Tanınmış jurnalist-tədqiqatçıŞəlalə Həsənova:
"Kitablarda yatan həqiqətləribu gün film formatında göstərmək daha maraqlıdır"
Ermənilər tarixifaktları saxtalaşdırmaqdan yorulmur, fürsət düşən kimi məkrli planlarını həyatakeçirilər. Tarixçi alimlərimizin, ziyalılarımızın ortaya qoyduğu elmi dəlillərermənilərin yalanlarını ifşa etsə də, biz hələ bu sahədə çox işlər görməliyik.
İctimaiyyətlə əlaqələrüzrə tanınmış mütəxəssislərdən biri, İctimaiyyətlə Əlaqələrin İnkişafına Köməkİctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin jurnalistikakafedrasının müdiri, istedadlı tədqiqatçı-jurnalist Şəlalə Həsənovanın fikrincə,tarixi həqiqətləri dünyaya çatdırmaq üçün müasir texnikanın yaratdığıimkanlardan daha dolğun istifadə etməliyik.
Şəlalə xanım özü bu sahədətəqdirəlayiq addımlar atır, onun müəllifi olduğu "Mənim 500 yaşımvar", "Ermənilərin Qafqaza köçü xronikası", "İlk xristiandövlətinin izi ilə", "Yerevanda azərbaycançılığın izi ilə" sənədlifilmlərində ermənilərin yalanları elmi sübutlarla ifşa olunur. AzərbaycanRespublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının maliyyə yardımı ilə ərsəyə gələn bu sənədli filmlər Macarıstanda,Rusiyada, Ukraynada maraqla qarşılanıb.
- Şəlalə xanım, qısazaman kəsiyində bir-birinin ardınca maraqlı sənədli filmlər hazırladınız. Ermənilərəməhz bu üsulla cavab vermək ideyası necə yarandı?
- Dövlət qulluğundaçalışanda uzun illər ictimaiyyətlə əlaqələrə cavabdeh olmuşam, bu sahəni elmi şəkildəaraşdırmışam, bir neçə ildir ki, Bakı Slavyan Universitetində həmin fənni tədrisedirəm. Belə qənaətə gəlmişəm ki, tariximizi saxtalaşdırmaqla məşğul olan ermənilərətutarlı elmi cavablar vermək üçün bugünkü internet fəzasından daha səmərəliistifadə etməli, necə deyərlər, mübarizə texnologiyasını yeniləməliyik. Əlimizdəkifaktları dünya ictimaiyyətinə qısametrajlı sənədli filmlərlə çatdırmaq buüsullardan biridir. Çünki belə filmlər qısa xronometraj çərçivəsində böyük vətutarlı sənədli faktlar ortaya qoymağa bizə imkan verir. Sənədli filmdəkiuğurlu görüntü, yerinə düşən musiqi, qəlbəyatan diktor mətni auditoriyanı cəlbedə bilir. Necə deyərlər, kitablarda yatıb qalan həqiqətləri bu gün filmformatında göstərmək daha maraqlıdır. Üstəlik, bugünkü yeni mediahazırladığımız informasiya məhsulun əhatəliyini görməyə imkan verir, tutaq ki,filmi youtube-yə yerləşdirdikdən sonra onun neçə min insan tərəfindən izləndiyinigörə bilirik.
Bu məsəlləri nəzərəalıb 2011-ci ildən qısametrajlı filmlər hazırlamağa start verdim. Bu silsilədənolan ilk film "Mənim 500 yaşım var" adlanırdı. Tarixi İrəvanqalasından bəhs etdiyinə görə filmə məhz bu adı seçdim. Cəmi 6 dəqiqəlik bufilm internetə yerləşdirildikdən cəmi iki gün sonra izləyicilərin sayı 14 miniötdü və qısa müddət ərzində böyük maraq doğurduğundan hiddətlənən ermənilər dəfilm çəkdilər. Onların bu təlaşı səbəbsiz deyildi, İrəvan qalasının tarixi, onu20 ildən çox bir müddətdə Rusiya imperiyasının hücumundan müdafiə edəninsanların qəhrəmanlığı filmdə tarixi faktlar əsasında göstərilirdi.
Bu illər ərzində müxtəliftarixi mövzuları əhatə edən 9 film hazırlamışam. Bu gün yetərincə uğur qazanan"Tarixi həqiqətlərin izi ilə" özü silsilə filmlər kimi nəzərdətutulub və iki filmdən ibarətdir. Birinci film "İlk xristian dövlətininizi ilə", ikincisi isə "Yerevanda azərbaycançılığın izi ilə"adlanır.
- Mətbuatda dərc olunanyazılardan belə başa düşdüm ki, filmlər Azərbaycan Respublikasının Prezidentiyanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıilə ərsəyə gəlib...
- İlk 4 filmi şəxsi vəsaitimvə dostlarımın köməyi ilə hazırlamışam. Bakı Slavyan Universitetindəki tələbələrimdə bu işə könüllü, heç bir maddi qazanc güdmədən qoşuldular. Gənclərimizin bucür ideyalar ətrafında birləşmələri, bu işə maraq göstərmələri bir pedaqoq kimiməni hədsiz sevindirir. Vətənpərvərliyi təbliğ edən layihələrin reallaşmasındaAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Şurasının çox böyük əməyi var. Son 3 film bu qurumun maliyyə dəstəyi iləçəkilib və Avropa məkanında göstərilməsi üçün ingilis dilinə tərcümə olunub."Ermənilərin Qafqaza köçü xronikası" adlı filmi də qurumun maliyyələşdirdiyilayihə əsasında hazırlamışam. Maliyyə yardımı olmadan belə keyfiyyətli film ərsəyəgətirmək mümkün deyildi. Fürsətdən istifadə edib şuranın rəhbərliyinə, bu işdə əməyikeçən hər kəsə minnətdarlığımı bildirirəm.
- Bildiyim qədəri ilə"İlk xristian dövlətinin izi ilə" Roma Papasının Ermənistana səfərizamanı səsləndirdiyi fikirlərə cavab olaraq çəkilib...
- Piar işi operativreaksiya tələb edir. Roma Katolik Kilsəsinin rəhbəri Fransisk bu ilin yayındaErmənistanda səfərdə olarkən "Mən bura ilk xristian dövlətinə zəvvar kimigəlmişəm", - deyə bir ifadə işlətdi. Roma Papasının bu sözləri Azərbaycanictimaiyyətində hiddət doğurmaya bilməzdi, çünki Prezident İlham Əliyev 10 ildənçoxdur ən nüfuzlu beynəlxalq tribunalardan da qətiyyətlə bəyan edir ki, indikiErmənistan dövləti qədim Azərbaycan ərazilərində yaradılıb. Ölkə rəhbərinin bufikirlərini əsas tutaraq "İlk xristian dövlətinin izi ilə" filminihazırladım və erməni alimlərinin, Qərb tarixçilərinin əsərlərinə istinad edərəkbir daha göstərdim ki, Qafqazda yerləşən Ermənistan heç vaxt ilk xristian dövlətiolmayıb və ola da bilməz. Ermənilər uzun müddət rəqəmlərlə manipulyasiya edərəkdünya ictimaiyyətini aldatmağa və bu yolla özlərinə xalq yığmağa çalışıblar.Guya xristianlığı ilk dəfə onlar qəbul ediblər, amma bu filmdə onlarınsaxtakarlığı tarixi faktlarla sübut olunur. 18 dəqiqəlik filmdə elmi dəlillərləvə etik qaydalar çərçivəsində Roma Papasının ermənilər tərəfindən aldadıldığınıgöstərməyə çalışmışam.
"Yerevanda azərbaycançılığınizi ilə" filmində də sübut etməyə çalışmışam ki, Yerevan sözü toponimolaraq ilk dəfə 1936-cı ildə işlədilib və tarixdən bizə məlum olan Ön AsiyadakıArmeniyanın indiki Ermənistana heç bir aidiyyəti yoxdur.
- Müəllifi olduğunuz sənədlifilmlər geniş araşdırma, müxtəlif arxivlərdə uzun müddətli iş tələb edir...
- Filmlər üzərindəçalışarkən elmdə bu günə kimi az işlədilən tezislərə daha çox müraciət edirəm.Mütəxəssislər də məhz bu məsələni filmlərimi səciyyələndirən əsas məqam kimivurğulayırlar. Geniş araşdırma aparmadan, arxiv materiallarından istifadə etmədənbuna nail olmaq mümkün deyil.
Azərbaycan və Türkiyəalimləri zaman-zaman çox sanballı elmi tədqiqatlar ortaya qoyub və əsl həqiqətiortaya çıxarıblar. Amma mən filmlərin heç birində bu faktlardan istifadə etməmişəm.Səbəbi də çox sadədir, bu faktları dünya ictimaiyyətinə çatdırmaq istəyəndə əksərhallarda bizi subyektivlikdə suçlayırlar. Ona görə də mən başqa ölkələrdən olangörkəmli alimlərin əsərlərinə, ermənilərin özlərinin yazdıqlarına daha çox istinadetməyə çalışıram. ABŞ-da yaşayan erməni əsilli alimlərin bəziləri Yerevandakıtarixçilərin uydurmalarını, şovinist tezislərini elmi faktlarla darmadağınedirlər.
Hər yeni bir film üzərindəçalışarkən hökmən tutarlı arxeoloji tapıntılara istinad edirəm. Çünkiarxeologiya və antropologiya yeganə dəlil sayılır, onları saxtalaşdırmaq mümkündeyil.
- "Tarixi həqiqətlərinizi ilə" silsiləsinə daxil olan filmlər artıq Macarıstanın paytaxtıBudapeştdə, Rusiyanın paytaxtı Moskvada nümayiş olunub. Reaksiyalar necədir?
- Film çox maraqlaqarşılandı. Qəzetiniz vasitəsi ilə ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətlisəfiri, professor Vilayət Quliyevə öz təşəkkürümü bildirirəm. Vilayət müəllimbu işə təkcə diplomat kimi deyil, həm də bir alim, Vətənini sevən bir ziyalıkimi yanaşdı. Avropanın mərkəzində belə bir tədbiri təşkil etmək, macar alimlərinitoplamaq asan məsələ deyildi. Filmin nümayişindən sonra macar alimləriyaxınlaşıb fikirlərini bölüşdülər və yeni elmi faktlar öyrəndiklərini dedilər.
Rusiya paytaxtında da təqdimatmərasimi maraqlı keçdi və bu işdə Ümumrusiya Azərbaycanlıları Konqresinin əməyiniqeyd etmək yerinə düşər. Moskvadakı təqdimat və müzakirə səmərəli oldu. Tədbirədəvət olunan Rusiyadan, Qazaxıstandan, Ukraynadan olan alim və mütəxəssislər təkcə tərifləmədilər, irad vətəkliflərini də verdilər. Mən də bir müəllif kimi öz arqumentlərimi əsaslandırmağaşərait yaratdılar.
Film Kiyevdə də göstərilibvə oradakı dostlarımın köməyi ilə Ukraynanın başqa şəhərlərində nümayişolunacaq. Onu da deyim ki, bu işin təşəbbüskarları olan milli ruhlu insanlarfilmi Ukrayna dilinə təmənnasız tərcümə ediblər.
Çox istəyirdim ki, bufilmlər bizim yerli televiziya kanallarında da göstərilsin.