adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Oktyabr 2016 19:53
5016
SİYASƏT
A- A+

Dağıstanın DİN rəhbəri ölkəmizə səfər edəcək

Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Adalet.az Report-a istinadən xəbər verir ki, Quba rayonunun istirahət mərkəzlərindən birində Dağıstan və Azərbaycan Daxili İşlər nazirliklərinin nümayəndələri arasında görüş keçiriləcək. Görüşdə ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlıq, transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizə, mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Görüşdə Azərbaycanın şimal rayonlarının polis şöbələrinin rəisləri də iştirak edəcəklər.