adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Oktyabr 2016 18:20
8025
MƏMLƏKƏT
A- A+

Bakıda iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Bakıda bir neçə müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

BNA tərəfindən həyata keçirilən optimallaşdırma tədbirləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bundan sonra 29 saylı marşrut üzrə hərəkər edən avtobuslar mertonun Memar Əcəmi stansiyası və "3-cü mikrorayon" dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.

53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından metronun "Elmlər Akademisyası" stansiyasınadək hərəkət edəcək. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi, Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş-gəlişi Bakı Nəqliyyat Agentliyi tərəfindən qadağan edilib.

BNA-dan qeyd edilib ki, davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində xidmət səviyyəsini artıran, nağdsız ödəniş sisteminə qoşulan daşıyıcılara xüsusi önəm veriləcək. Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir. Bakı Nəqliyyat Agentliyinin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi "Bakı Kart” vasitəsi ilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir.