adalet.az header logo
  • Bakı 18°C
21 Oktyabr 2016 17:48
4817
ELM VƏ TƏHSİL
A- A+

Buraxılış imtahanlarının yeni təqvim planı təsdiqləndi

2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar yeni təqvim planı təsdiq edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Adalet.az-a verilən məlumata görə, ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”nı Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təsdiqləyib.

Təhsil şöbələri və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, bu tədris ilində görüləcək işlərin təqvim planında göstərilən tarixlər üzrə yerinə yetirilməsini, o cümlədən ümumi təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) əsasında birinci mərhələsinin keçirilməsi məqsədilə IX sinif şagirdlərinə aid məlumatların bu ilin noyabrın 1-dən gələn ilin yanvarın 15-nə kimi "Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

Yeni təqvim planı ilə bu link vastiəsilə tanış olmaq mümkündür.