adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Oktyabr 2016 17:17
7553
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank 50 milyon manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Adalet.az xəbər verir ki, oktyabrın 24-da keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 28 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac "Bloomberg” ticarət platformasında keçiriləcək