adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Oktyabr 2016 17:00
5383
MƏMLƏKƏT
A- A+

Prospektlərdən birində hərəkətin istiqaməti dəyişdirildi

Bakı şəhərində hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinintəmin olunması, avtonəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədi ilə gərgin iş rejimində işləyən yol qovşaqlarında "Azəravtoyol” ASC tərəfindən aparılan işlər öz müsbət nəticələrini verir.

ASC-dən Adalet.az-a verilən məlumata görə, bu çərçivədə Ziya Bünyadov və Heydər Əliyev prospektinin kəsişməsində avtonəqliyyatın sıxlığını aradan qaldırmaq məqsədi ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.

Belə ki, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə (Böyükşor Qovşağı) son zamanlar müşahidə olunan tıxacların yaranma səbəblərinin araşdırılması məqsədi ilə aidiyyətiqurumların və "Azəravtoyol” ASC-nin mütəxəssisləri tərəfindən yerində müayinə aparılıb.

Müəyyən edilib ki, nəqliyyat vasitələrinin Atletlər kəndindən Ziya Bünyadov prospektinə və Ziya Bünyadov prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinin zolaqdan-zolağa yerdəyişmələrinin tənzimlənməsi üçün hərəkətin təşkilində dəyişiklik edilərək, mövcud olan üfüqi nişananma xəttinin əvəzinə, dəmir-beton arakəsmə ilə ayırıcı zolağın tikintisinə ehtiyac var.

Sözügedən ərazidə nəqliyyatın sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan işlərin həyata keçirilməsi məqsədilə hərəkətin təşkilində dəyişiklik edilməsi ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət olunub. Sözügedən ərazidə mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə, 132 metr uzunluğunda dəmir-beton arakəsmələrdən ibarət ayırıcı zolağın qanunvericiliyin Tikinti Norma və Qaydalarının (TN və Q-2.05.02-85) tələblərinə uyğun tikintisi aparıb.

Qeyd edək ki, "Azəravtoyol” ASC tərəfindən atılmış məqsədyönlü addımlar avtonəqliyyat axınına müsbət təsir edib.