Ölümün nəfəsi...

ƏBÜLFƏT MƏDƏTOĞLU
47719 | 2016-10-21 16:56

DAR AĞACI İLƏ SÖHBƏT

Buyazını yazmaq üçün ipucu tapa bilmirdim. Ona görə ki, ürəyim həddindən artıq yüklənmişdi.Sanki kiminsə ovcunun içindəydi. Özü də təkcə ovcunun içində yox, həm də dırnaqlarınınucundaydı. Toxunduqca, sıxdıqca dırnaqları batırdı ürəyimə. Bilmirəm, onun dırnaqlarıqana bələnirdi yoxsa yox, amma doğrudan-doğruya mənim içim qan ağlayırdı. Yad birşəhərdə dil bilməyən, yol tanımayan, ünvan tapa bilməyən bir insan kimi özüm öziçimdə var-gəl edirdim. Hətta bu anlar küçədə, dükan-bazarda anasını itirmiş uşağada bənzəyirdim. Gözümün yaşı bəbəyimdən,didəmdən kənara axmırdı. Əlimi yumruqlayıb gözlərimi silmirdim. Nə də uca səsləhönkürmürdüm, ağlamırdım, "anna!" deyə qışqırmırdım. Ona görə də nəfəsimbir az tıncıxırdı, ürəyim bir az da çox ağrıyırdı...

Qarşıma kitablarıtökmüşəm. Əvvəl Məmməd Arazdan oxudum, sonra Şahmar Əkbərzadədən. Sonra Rüstəm Behrudinin"Salam, dar ağacı"nı vərəqlədim. Bu da Ramiz Rövşən... Təkcə göy üzü yox,indiki halda heç mənim özüm də ovcumda daş saxlaya biləcək halda deyiləm. Çünkiovcum da ürəyim kimi qan-tərin içindədi. Allah, Allah insan necə də sudan çıxarılmışbalığa bənzəyirmiş. İndi fəhm elədim ki, bütün canlılarda mütləq və mütləq bir oxşarlıq,bir qohumluq, bir təmas yeri var. Bax, elə götürək insanı... İnsan suda boğulandakömək diləyə-diləyə ağzını açıb-yumur. Balıq isə açıq havada boğulanda çapalayıbkömək diləyir, o da ağzını açır. Gətirə bildinizimi bunları gözünüzün önünə. Mənelə bil həmin mənzərəni yaşayıram. Və birdən özümdən xəbərsiz mobil telefonun düyməsinətoxunuram. Danışmaq üçün yox, təklikdən, kimsəsizlikdən, havasızlıqdan boğulduğumudemək üçün. Elə bil niyyətim oxunur, elə bil üzümə bir nəfəslik açılır və zəng vurduğumnömrənin musiqi səsi məni qoynuna alır...

Rəhmətlik Şəfa Hüseynovaoxuyur: "Geri dön"... İlahi, sənin möcüzələrinə inanmayana lənət! Dünyasınıdəyişmiş Şəfa hardan bildi ki, mən kiminsə geri dönməsini istəyirəm, mən kimisəharaylayıram, çağırıram... mən kiminsə yol-yoldaşı olmaq, yanında dayanmaq istəyirəm...mən ürəyimi bölüşmək, fikirlərimi ələyib ələkdən keçirmək, duyğularımı təbəssüməbələmək istəyirəm. Hardan bildi, o bunu?! Və bir də nə yaxşı ki, dostum telefonunabu musiqini yazdırıb. Axı mən öncə ona zəng çalanda heç vaxt bu musiqini eşitməmişdim.Bəlkə bu da Allahın onun qəlbinə saldığı mənim xilasım, mənim umduğum nəfəsdi. Olabilər...

Zəng çalıram, telefonu açmaq istəyir. Söndürübtəkrar zəng çalıram, Şəfanı dinləmək üçün. Gedənləri geri çağıran bu haray üçün,bu səs üçün. Sonra başqa bir dosta zəng çalıram. Amma bunu bilə-bilə edirəm. Çünkio, Qədir Rüstəmovun dəlisidir. Son 5-6 ildə mən onun telefonundan ancaq Qədirin "Sona bülbüllər"inidinləmişəm. O da bunu bildiyindən heç vaxt mənim ilk zəngimə telefonunu açmayıb.Bilib ki, mən Qədiri dinləməkistəyirəm. İndi də açmadı. Və indi də mən yeri-göyü lərzəyə gətirən, canımdan canalan, məni öldürüb-dirildən "Sona bülbüllər"ə qulaq asıram. Qulaq asdıqcada ürəyimin sıxıntısı, sızıltısı yavaş-yavaş azalır. Yavaş-yavaş adam olmağa başlayıram,özümə qayıdıram. Özümə qayıtdıqca gözümün önündə dayanmış kölgəni dar ağacına bənzədirəm.İstəyirəm qışqıram, asılmağa hazır olmadığımı söyləyəm. Amma...

Kimdi, asmamışdanəvvəl səni sorğu-sual edən, asılmağa hazır olub-olmadığını öyrənmək istəyən? Mənbelə bir məqama nə yazı-pozuda, nə də həyatda rast gəlməmişəm. Sadəcə, bildiyimodur ki, sabunlu kəndir boğaza keçməmişdən öncə ürəyində hər kəs son duasını oxuyur,hər kəs Allaha üz tutur. Və dərk edir ki, onu Allahdan başqa heç kəs xilas edə bilməzvə Allahdan da böyük kimsə yoxdur...

Özümə qayıtdıqca əlim qələmə, vərəqə doğru uzanır.Nə vaxtdan bəri yaddaşımda qalan, amma necə başlayıb, necə yazacağımı anışdıra bilmədiyimbir günün şeirini kağıza köçürürəm.


Bakıda

Xəzərin

burnunun ucunda

Türkanla Hövsanın

arasında

irili-xırdalı

evlərin sırasında

ovuc içi boyda

nəfəs üçün

qəribsəmiş

bir bağda

gözləməkdən

yorulmuş

üzüm salxımları

döşənib

qumların üstünə...

sahibini gözləyir

dərilmək istəyir

tərif umur -

sanki

üzüm salxımları

bu son nəfəsdə...

sağ əlimə

alıram ürəyimi

salxımların işığında

mənə çox

doğma gəlir

bu dözüm də

həvəs də...

amma səbrimin qaşığında

qan var -

günahkaram

mən də bu qəsddə!

sizi gözlətməkdə

üzüm salxımları...


***

Əvvəllər də xatırlatmışamvə əvvəllər də dönə-dönə vurğulamışam ki, mənim üçün ən çətini və çətin olduğu qədərdə asanı aydınlı bir gecədə əllərimi başımın altında daraqlayb, ya da hansısa birağaca söyəkənib göy üzü ilə söhbət etməkdi, ayla, ulduzlarla baş-başa qalmaqdır.Bundan rahatı, bundan əzablısı mənim ağlıma da gəlmir. Ona görə ki, danışdıqca rahatlanıram.Amma rahatlandıqca da bütün olanları təkrar yaşayıram, bütün ağrı-acılar təkrarməni özündən, özünü də məndən keçirir. Bax, buna görə də əzablıdı, həm də rahatdı.Xüsusilə sənə heç kim mane olmadığı üçün, sənə ancaq göylər və Tanrı qulaq asdığıüçün hər şey gözəldir. Bu gözəlliyi sadəcə yaşamaq lazımdır, sadəcə duymaq lazımdıvə bir də sadəcə bu gözəlliyi duya biləcək insan olmaq lazımdı. Onda hər şey eləistədiyimiz kimi də olacaq.

İndi ürəyimin yükləndiyibu məqamda köməyimə çatan o qəmli musiqilər və o böyük səs məni bir azca səhmanasaldı, bir az adamlığımı qaytardı. Və mən də bu adamlığımın içərisində son günlərinbütün olub-olacaqlarını sandıq kimi açıb-tökdüm ortalığa. Başladım bir-bir sıralayıb,çeşidləyib hər biri öz yerinə qoymağa. Günahımla günahını, sözümlə sözünü, əməlimləəməlini, bir sözlə, özümlə özünü qarşılaşdırdım. Bu qarşıdurmada bir nizam-tərəziyarandı. Amma neyləyim ki, bu tərəzinin də tarazlıq nöqtəsi sənin əlində, çəki daşlarıməndə idi. Ona görə ki, çəkilən də mən idim, daş-daş yüngülləşən də, ağırlaşan da...

Çox qəribə məqamdı.Hər şey ortada ola-ola, hər şey gün işığında, ay işığında görünə-görünə və hər kəsində ürəyi üzündən oxuna-oxuna sorğu-sual da olur, mizan-tərəzi də gəlir ortaya. Görünür,hardasa bir incə məqam var, mənim də, sənin də nəzərindən qaçıb. Biz səninlə hərşeyi dürüst hesablaya bilməmişik, nəyisə unutmuşuq, nəyisə görməmişik. Bəlkə hissləraldadıb bizi, bəlkə duyğular güc gəlib. Bilmirəm, bircə anladığım, dərk etdiyimodur ki, bu pozulan mizan-tərəzinin günah deyilən nəyi varsa, o ikimizi də tutur.Biz ikimiz də eyni dərəcədə, eyni çəkidə, eyni ölçüdə günahkarıq. İstərsən bunuqəbul et, istərsən də yox. Axı gecənin gündüzü olduğu kimi, sevincin kədəri olduğukimi, həsrətin vüsalı olduğu kimi, ayrılığın görüşü olduğu kimi, mənim də sən, sənində mənin var. Bunu yəqin ki, etiraf etmək çətin deyil.

Və bir də duyğuluolmaq insanı nə qədər yükləsə də, nə qədər təsirlərə məruz qoysa da, o duyğununəlifbası, durğu işarələri heç vaxt yerini dəyişmir. Deməli, mənim düşündüklərimdə, mənim içimi didib-parçalayan da, yükləyən də... hamısı o qoşa ünvanla bağlıdır- gecəylə, gündüzlə, həsrətlə, vüsalla...

İndi nə vaxtdan yaddaşımdasaxladığım və təkrar-təkrar məqamı düşəndə öz-özümə pıçıldadığım misraları sənəünvanlayıram. Elə bu misralarda da duyğular hakimdi - kövrək, səmimi və bir az danisgilli...


həmişə

istəmişəm

sakit

uzaq bir bağda

yazımasam

vəbir də

balacaotağımda

divarabərkidilmiş

taxta-

üstündə

siqaretizi olan

nimdaşyataqda

sənidüşünmək

imkanımola...

həmişəistəmişəm

günəşpəncərəmdən

qəfil

kölgəniüstümə sala...

vəbeləcə

həmişəistədiyimə

hələdə

inana-inana

yaşayıramxəyalla...


***

Sözsözü çəkir. Nə qədər çalışsam da duyğuların əlindən xilas ola bilmirəm. Elə bilhardasa əliağaclı, sözü hökmlü kimsə dayanıb gözümə görünmədən, özünü mənə hissetdirmədən sadəcə bütün yazdıqlarımı oxuyur, düzəlişlər edir və mənə istiqamət verir.Mən də həmin o istiqamətin hansı səmtə olduğunu fəhmlə bilə-bilə heç nə demədən,heç bir etiraz etmədən gedirəm. Çünki hara getdiyimi, kimin üçün getdiyimi ürəyimçoxdan bilir, lap çoxdan. Bildiyini təkrar etmək heç vaxt günah sayılmır, qələthesab olunmur. Hətta deyirlər ki, təkrar biliyin anasıdır.

Bax,mən də bildiklərimin izi ilə gedə-gedə duyğu dəryasının bir dalğıcı kimi hərdənsahilə də üz tuturam. O sahilə ki, orada izlər var, ləpirlər var, xatirələr var,görüş yerləri var, yarpaqda, çiçəkdə ilişib qalmış xatirə var, pıçıltı var. Nə yaxşı da ki, var. Hardasa oxumuşam ki,bütün səslər göy üzündə yaşayır, xüsusilə məlahətli səslər, ilahi səslər. Bilmirəm,bizim pıçıltılar o səsə daxildir, yoxsa yox, amma tam səmimiyyətimlə etiraf etməliyəmki, mən bizim pıçıltıları yaşamaq hüququ olanların sırasında görürəm. Ən azı onagörə ki, biz ürəyimizin diliylə, səsiylə özümüzü etiraf etmişik. Elə bu şeiri dəhəmin səsin notları üzərində kağıza köçürmüşəm.


Arzuların arzumdu

Olsalar da hər nədən...

Niyə qovursan məni

Həyat adlı səhnədən-

bilmirəm?..


Yuxumun dar ağacı

Gözümdən çox uzaqda...

Nə görmüsən yaz çağı

Bu qarda, bu sazaqda-

bilmirəm?..


Çevirib səhifələri

Dünəni oxuyuram...

Niyə ipəkqurdu tək

Mən bir ev toxuyuram-

bilmirəm?..


Susmaq gücümcə deyil,

Ağlamaq da onun tək...

Qara paltarlı qızın

Görürsənmi sonuntək -

bilmirəm?..


Bəli, gözümə görünəndar ağacı ilə ürəyimin ovuc içində olduğu bir vaxtda Şəfanın, Qədir Rüstəmovun kövrəkvə adamı dəli edən nəğmələrinin qoynunda mən təkcə üzbəüz deyildim, həm də asılmağahazır idim...


TƏQVİM / ARXİV