adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Oktyabr 2016 16:23
9401
İQTİSADİYYAT
A- A+

SOCAR: Əhaliyə verilən qazın miqdarı artırılıb

Son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın miqdarı artıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri vitse-prezidenti Rəhman Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, hazırda yeraltı qaz anbarlarına vurulan qazın həcmi azaldılıb və bu həcm əhaliyə verilir.

Şirkətin vitse-prezidenti hazırda gündəlik ölkə üzrə əhaliyə 16-17 mln. kubmetr qaz verildiyini bildirib:

"Baxmayaraq ki, ölkədə qış rejiminə keçid noyabrın 15-də olmalıdır, "Azəriqaz”ın sistemi qış rejiminə keçmək üzrədir”.

O, ölkədə istehsal olunan qazdan əmtəəlik qaza düşən hissənin azaldılmasının səbəbindən danışaraq qeyd edib ki, bu, həm AÇG-də laylara vurulan qazın həcminin artması, həm də qışa hazırlq məqsədilə yeraltı qaz anbarlarına qaz vurulması ilə əlaqədardır:

"Ona görə əmtəəlik qaz azalıb”.

Onun sözlərinə görə, hələ yeraltı qaz anbarlarına qazın vurulması mövsümü başa çatmayıb.