Bu yolda dəyişikliklər edildi
Ziya Bünyadov və Heydər Əliyev prospektinin kəsişməsində avtonəqliyyat sıxlığını aradan qaldırmaq məqsədi ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.
Adalet.az "Azəravtoyol”a istinadən xəbər verir ki, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə (Böyükşor Qovşağı) son zamanlar müşahidə olunan tıxacların yaranma səbəblərinin araşdırılması məqsədi ilə aidiyyatı qurumların və "Azəravtoyol” ASC-nin mütəxəssisləri tərəfindən yerində müayinə aparılıb və müəyyən edilib ki, nəqliyyat vasitələrinin Atletlər kəndindən Ziya Bünyadov prospektinə və Ziya Bünyadov prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinin zolaqdan-zolağa yerdəyişmələrinin tənzimlənməsi üçün hərəkətin təşkilində dəyişiklik edilərək, mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə dəmir-beton arakəsmə ilə ayırıcı zolağın tikintisinə ehtiyac var.
Sözügedən ərazidə nəqliyyat sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan işlərin həyata keçirilməsi məqsədilə hərəkətin təşkilində dəyişiklik edilməsi ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət olunub.
Sözügedən ərazidə mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə 132 metr uzunluğunda dəmir-beton arakəsmələrdən ibarət ayırıcı zolağın qanunvericiliyin Tikinti Norma və Qaydalarının (TN və Q-2.05.02-85) tələblərinə uyğun tikintisi aparılıb.
Qeyd edək ki, "Azəravtoyol” ASC tərəfindən atılmış məqsədyönlü addımlar avtonəqliyyat axınına müsbət təsir edib.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16