adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Oktyabr 2016 12:13
6141
İDMAN
A- A+

II Avropa Oyunları Belarusda keçiriləcək - Qərar

2019-cu ilə planlaşdırılan II Avropa Oyunlarının keçiriləcəyi ölkə məlum olub.

Adalet.az "BELTA”-ya istinadən xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.

50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Avropa Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda təşkil olunub.