adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Oktyabr 2016 13:47
8276
MƏDƏNİYYƏT
A- A+

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

22-30 oktyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a verilən məlumata görə, festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulub.