adalet.az header logo
  • Bakı 17°C
21 Oktyabr 2016 12:00
3686
HADİSƏ
A- A+

FHN Samuxdakı partlayışla bağlı məlumat yaydı

Samux rayonu, Aşağı Ağasıbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələn partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticədə evin 1 otağının tavanı 3 m2 sahədə yanıb. Dağıntı olmayıb. Partlayış zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi təcili yardım xidməti tərəfindən Gəncə Şəhər Xəstəxanasına aparılıblar.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.