adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Oktyabr 2016 11:24
4940
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 773 nəfər qidadan zəhərlənib

Bu ilin 9 ayında Azərbaycanda 773 nəfər qidadan zəhərlənib, 1 nəfər isə dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ötən müddətdə 520 qida zəhərlənməsi hadisəsi baş verib.

Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm faktı qeydə alınıb.

Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi olub, bunlardan 81 nəfər zərər çəkib. Sentyabrda 2 botulizm hadisəsi baş verib ki, bundan da 2 nəfər zəhərlənib.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınıb. Ötən ilin qeyd edilən ayları ərzində 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.