adalet.az header logo
  • Bakı 18°C
21 Oktyabr 2016 10:51
12940
ŞOU-BİZNES
A- A+

Ancelina Coli dindirildi

Hollivud ulduzu Ancelina Coli Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən dindirilib.

Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, FTB Coli və övladlarını 3 saat sorğu-sual edib. Məlumata görə, agentlər aktrisanın Malibudakı yeni mənzilinə gəliblər. Onlar Fransadan ABŞ-a uçarkən Pittlə 15 yaşlı oğlu Meddoks arasında nə baş verdiyi ilə maraqlanıblar.

Qeyd edək ki, KİV-lər Pittin Meddoksa qarşı şiddət göstərməsi barədə məlumat yayıblar.