adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Oktyabr 2016 16:16
8453
ƏDƏBİYYAT
A- A+

Xalq yazıçısının “Sarı gəlin”i İstanbulda

Xalq yazıçısı Elçinin hekayə və povestlərindən ibarət "Sarı gəlin” kitabı İstanbulda nəşr edilib.

Axar.az xəbər verir ki, yeni nəşrdəki əsərləri tanınmış türk ədəbiyyatşünası Yusif Gədikli tərcümə edib. O, həmçinin, kitaba "Ön söz” də yazıb.

Kitabda xalq yazıçısı haqqında dərc olunmuş təqdimatda deyilir:

"Türk dünyası ədəbiyyatının seçilmiş yazıçılarından olan Elçinin bu kitabına bir-birindən gözəl on hekayəsi daxildir. Bu on hekayədə həyatın ən dramatik səhnələrindən ən fantastik anlarına qədər müxtəlif insani durumlar fövqəladə bir üslubla qələmə alınıb”.

Qeyd edək ki, "Sarı gəlin” kitabı İstanbuldakı məşhur "Ötükən” nəşriyyatında çap olunub.