adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Oktyabr 2016 15:16
9102
ƏDƏBİYYAT
A- A+

Bakıda PULSUZ kitab paylanacaq

22 oktyabr saat 14-00-da Bakıdakı "Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək.

Yunus Emre İnstitutundan Adalet.az-a verilən məlumata görə, "Tanpınar günü” adı altında təşkil olunacaq tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları və mediya nümayəndələri iştirak edəcək.

Tədbirdə Tanpınar haqda geniş ədəbi söhbət və fikir mübadiləsi aparılacaq, həmçinin onun yaradıcılığı haqda institut tərəfindən elan olunmuş"Tanpınarı kəşf edirəm”adlı esse müsabiqəsi haqqında geniş məlumat veriləcək.

Tədbirin sonunda iştirakçılara Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabları paylanılacaq.

Ədəbiyyatla maraqlanan hər kəs tədbirə dəvətlidir.

Ünvan:"Akademkitab” kitab evi, Elmlər metrosunun yeni çıxışı
(Bakı Dövlət Universitetinin yaxınlığı).