adalet.az header logo
  • Bakı 20°C
20 Oktyabr 2016 14:06
8418
SİYASƏT
A- A+

DÖVLƏT BAXÇALI KİŞİ KİMİ MHP-ni MƏHV ELƏDİ

Bir dəfə yazıçı Mustafa Çəmənlinin 50 illik yubileyi idi, süfrədə də quş südü vardı. Ölkədə nə qədər yaxşı yeyib-içən şair vardı hamı da məclisdəydi. Məclisin qızışdığı vaxtda görkəmli şairimiz Qabil dedi ki, day bəsdi, dağılaşağın. Kim idi belə məclisdən getmək istəyən? Qabil müəllim də bir dəfə dedi, iki dəfə dedi, beş dəfə dedi, axırda sözü Şahmar Əkbərzadədən aldı, son sağlıq dedi və məclisi bağladı. Yemək-içmək qaldı ortalıqda, hamı da dilxor qalxdı.

Seyran Səxavət dedi:

- Əjdahasan ey, Qabil müəllim, kişi kimi bu gözəl məclisi dağıtdın.

İndi MHP-nin başqanı Dövlət Baxçalı da Türkeşin min bir müsibətlə yaratdığı MHP-ni dağıtdı. Bizim Milli Şura AXCP-nin mənasız bir təşkilatına çevrildiyi kimi Baxçalı da MHP-ni AKP-nin bir mənasız qoluna çevirdi. Əjdahadı!