adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Oktyabr 2016 14:08
14521
DÜNYA
A- A+

NASA-nın CƏHƏNNƏM AXTARIŞI - BİZ YERİNİ BİLİRİK

Deməli, NASA axtarıb və cəhənnəmi tapıb. Görünür, əvvəl-axır ora gedəcəklərini bildiklərinə görə yerini dəqiqləşdirmək istəyiblər. NASA-nın kəşfinə görə cəhənnəm Yerin özəyində yerləşir və orda da temperatur 6 min dərəcə civarındadı.

Amma NASA-nın axtarmağına ehtiyac yoxdur, biz cəhənnəmin yerini dəqiq bilirik. Özü də orda cəhənnəmlik olmayanları yandırırlar, yandıranlar da cəhənnəmlik olmalı olanlardı.

Hələ qiyamət gəlməmiş neçə illərdi cəhənnəm fəaliyyətə başlayıb: Hələb, Mosul, Kərkük, Kərbəla… bir sözlə, bəşəriyyətin ilk sivilizasiyası yarandığı Orta Asiya, Dəclə-Fərat sahilləri. İlk sivilizasiya orda yaranmışdı, deyəsən son sivilizasiya da orda məhv olacaq.