Aqil Abbas: Bir daha deyirik: Yağışı Hacıbala Abutalıbov yağdırmamışdı!

AQİL ABBAS
94912 | 2016-10-20 20:00

Əslindəbunlar adi yağış deyildi, birtəbii fəlakət idi. Və dünyanın ən sivilölkələrində, ən inkişaf etmiş şəhərlərində belə yağış zamanı Bakıda yaşananlaryaşanır və hətta ondan da betər, ölüm-itim də olur. Yəni hələ ki təbiətləmübarizə aparmaq insan gücü xaricindədi.Məsələn, Avropada bir vulkan püskürdü, 10-15 gün o boyda qitədə təyyarə uçuşlarıdayandırıldı. Və yaxud daDrezdendə yağış yağdı, dünyanın ən zənginbir muzeyini su basdı. İstanbula bir az da yağsaydı şəhər sürüşüb gedib düşəcəkdi İzmirin yanına.

Sadəcə olaraq, insanın gücü ondadır ki, təbiifəlakəti əvvəlcə öyrənəbilir və hazırlıqlarını görür.

Bəli, Bakıya çox güclü yağış yağdı, bir təbiət hadisəsidi.Şəhərin bir hissəsi iflic vəziyyətinə düşdü. Bu iflic vəziyyətin yaranmasında günahkar olansəlahiyyətli təşkilatlar və onlarınrəhbərləri hamısı qaldı birkənarda, hamı düşdü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı,professor HacıbalaAbutalıbovun üstünə. Sosial şəbəkələr, saytlar, qəzetlərsağdan-soldan, kim hardan gəldi ordan şəhər merini vurmağabaşladı və hələ də vururlar.

Image result for hacı bala


Qaz yoxdu – günahkar Hacıbala Abutalıbovdu. Dostlar, Rövnəq Abdullayevməsləhət gördü də pəncərələrinizimöhkəm bağlayın, lazım gəlsə, laphörün. İşıq yoxdu – günahkarHacıbala Abutalıbovdu. Evlərdəistilik yoxdu – günahkar HacıbalaAbutalıbovdu. Tunelləri su basdı –günahkar Hacıbala Abutalıbovdu. Yağışbir az çox yağdı – günahkar Hacıbala Abutalıbovdu. Kanalizasiyalar işləmədi, yenə günahkar Hacıbala Abutalıbovdu.

Dostlar, bu məsələlərlə məşğul olansəlahiyyətli təşkilatlar hamısı Bakı Şəhər İcra Hakimiyyətinətabe deyil, birbaşa NazirlərKabinetinə tabedi. Onlar göstərişi Nazirlər Kabinetindən alırlar, HacıbalaAbutalıbovdan yox.

Ya butəşkilatların Bakı şəhərindəfəaliyyət göstərən idarələri Bakı Şəhər İcraHakimiyyətinin tabeliyinə verilməlidir, ya da onların bir koordinasiya mərkəzi yaradılmalıdır. Birdəfə küçəni qazıb su çəkirlər, ikinci dəfə həmin küçəni qazıb işıq çəkirlər,üçüncü dəfə həmin küçəni qazıb kanalizasiya çəkirlər, dördüncü dəfə yenə qazırlar ki, heç demə bu kanalizasiyaboruları dardı və sair və ilaxır. Yazmışam,yenə yazıram, həmin təşkilatlar da işgörəndə iri-iri hərflərlə yazırlar ki: «Müvəqqəti narahatlığa görə Bakı Şəhərİcra Hakimiyyəti üzr istəyir». Üzr istəməli olanlar özləri yaxasını çəkir kənara.

Deyəcəksiniz ki, Hacıbala Abutalıbovu müdafiə edir. Bəli, müdafiəedirəm. 15-16 il bundan əvvəlki Bakınıgözünüzün qabağına gətirin, Səməd Vurğunbağında hətta inək-qoyun otarırdılar.Şəhər nə gündəydi. Və bugünkü Bakıyabaxın. Təbii ki, bu, Möhtərəm Prezidentimizin apardığı uğurlu siyasətin nəticəsidir,ölkəmizdə gedən iqtisadi inkişafınnəticəsidir. Amma MöhtərəmPrezidentin tapşırıqlarını, fərman və sərəncamlarını baxır kim necəyerinə yetirir. Təbii ki, layiqincə yerinə yetirməyənlər müəyyən vaxtdan sonraçöldə qalırlar. Amma kim layiqincə yerinə yetirirsə, Möhtərəm Prezident onu daqiymətləndirir.

Həmkarım Fazil Mustafa «Yeni Müsavat» qəzetində bu məsələlərləbağlı, xüsusilə Hacıbala müəllimlə bağlımaraqlı bir açıqlama verib. Fikirlərimiz də təxminən üst-üstə düşür. Və FazilMustafa həmin açıqlamasında bildirir ki,iqtidarın ən işlək kadrlarından biri Hacıbala Abutalıbovdur.

Dostum Fazil Mustafa, belədi də, bizdəişləyəni söyürlər, işləməyənlə kimin nəişi?! Hacıbala müəllim də ona görəhədəfdi.


TƏQVİM / ARXİV