adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Oktyabr 2016 13:52
9024
GÜNDƏM
A- A+

MAŞIN SÜRƏRKƏN TELEFONLA DANIŞANLARIN OXUMASI QƏTİ QADAĞANDIR

Mən hərdənbir avtomobil sürürəm və bu vaxtlarda da telefondan istifadə etmirəm. Bəzi dostlarım var ki, araba sürərkən nəinki telefonla danışırlar, hətta mesaj da yazırlar. Və nəticədə həm özlərini zərbə altında qoyurlar, həm də başqalarını.

Türkiyədə belə bir araşdırma aparılıb və məlum olub ki, yol qəzalarının 10,5 faizi sürücülərin telefonla istifadəsi zamanı baş verir. Və statistika göstərir ki, bu hətta içkili sürücülərin törətdiyi qəzalardan az qala bir dəfə çoxdur.

Bizdə də sürücülərin telefonla istifadəsi qadağan olunub və cərimələr var. Və təbii ki, biz də elə türk qardaşlarımız kimi bu qanunları pozuruq. Cəzaları sərtləşdirəndə də aləm dəyir bir-birinə. Qardaşım, qanunu pozma, cəzanı da yemə dana!