adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Oktyabr 2016 13:45
12189
MARAQLI
A- A+

18 yaşlı çayçı dünyada belə məşhurlaşdı

Pakistanın paytaxtı İslamabad bazarında çayçılıq edən Arşad Xan adlı gənc qısa müddətdə dünyada məşhurlaşıb.

Adalet.az-ın xarici KİV-ə istinadən məlumatıan görə, fotoqraf Cia Ali mavi gözlü Arşadın fotosunu sosial şəbəkədə paylaşıb. Foto qısa müddətdə yayılıb və 10 minlərlə insan tərəfindən bəyənilib.

Bundan sonra məşhurlaşan 18 yaşlı oğlan müsahibə verib. O, kiçik bir əyalətdə yaşadığını və 17 bacı-qardaşının olduğunu bildirib. Arşad Xan məşhur olmağın ona xeyri dəydiyini də vurğulayıb.

Artıq Pakistanın internet-maqazinlərindən biri reklam üçün onunla müqavilə bağlayıb.