adalet.az header logo
  • Bakı 17°C
20 Oktyabr 2016 11:32
6854
ƏDƏBİYYAT
A- A+

Tərcümə Mərkəzinin yeni nəşri: “Zəfər və ilğım”

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - tanınmış rus yazıçısı Valeri İvanov-Taqanskinin "Zəfər və ilğım” kitabı işıq üzü görüb.

Adalet.az-ın məlumatına gör, kitab Moskvanın Taqanka Teatrınnın tarixini, bu qədim sənət ocağında çalışmış Yuri Lübimov, Valeri Zolotuxin, Vladimir Vısotski kimi sənət adamlarının, eləcə də azad yaradıcılıq havasıyla yaşayan teatr truppasının sovet ideologiyası basqısı altında üzləşdiyi çətinlikləri, mədəniyyət sahəsində hökm sürən ətalətin yaradıcı kollektivə təsiri, teatrın yüksəlişi və parçalanması proseslərini sənədli faktlarla əks etdirir.

Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Etimad Başkeçid çevirib.

Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin "Açıq kitab” elektron kitabxanası vasitəsi ilə onlayn mütaliəçilərin ixtiyarına veriləcək.