adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Oktyabr 2016 18:24
6518
ƏDƏBİYYAT
A- A+

Ekonun “Sıfır sayı” romanı nəşr olunub

Qanun Nәşrlәr Evindә yeni kitab satışa göndәrilib. Bu Umberto Ekonun "Sıfır sayı” adlı kitabıdır.

Umberto Eko "Sıfır sayı” əsərində İtaliyanın son illərdəki tarixini gözdən keçirir. Bu əsərdə oxucular "Gladio” adlı gizli təşkilatdan, Roma papasının qətlə yetirilməsindən, hökumət çevrilişlərindən, terror təşkilatlarıyla xüsusi xidmət orqanları arasındakı müəmmalı əlaqələrdən xəbərdar olacaqlar. Umberto Eko bu əsərdə İtaliyanı idarə etmiş faşist hakimiyyətini dərindən araşdırır və mövzunu Mussolininin üzərində qurur.

Yazıçı 1992-ci il İtaliyası ilə Mussolini İtaliyası arasında müqayisələr aparmaqla yanaşı, pis jurnalistliyin insanları necə bir fəlakətə sürükləyə biləcəyini də incə detallarla oxucuya izah edir. "Sıfır sayı” əsəri bir çox dolaşıq və müəmmalı hadisələri bir yerə toplayaraq İtaliyanın son əlliillik tarixi haqqında oxucuda fikir yaradır.

Bu gün vicdanlı jurnalistliyin əhəmiyyətini dərk etmək istə­yənlər, xalqın xəbərləri olduğu kimi deyil, müəyyən adamların istədiyi kimi almasının bir ölkənin taleyini necə dəyişdirdiyini görmək istəyənlər Umberto Ekonun "Sıfır sayı” əsərini mütləq oxumalıdırlar.

Kitabın qiyməti 7.49 AZN-dir.