adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Oktyabr 2016 16:31
19366
MƏMLƏKƏT
A- A+

MÜSTƏQILLIK GÜNÜNÜZ MÜBARƏK, ŞƏHİDLƏR!!!

Tanınmış rəssam Kərim Dünyamalı gənc şair Ülvi Bünyadzadənin 18 oktyabr Müstəqillik günü münasibəti ilə çəkdiyi portretini "Respublika gəncləri" qəzetinin redaksiyasında təqdim etdi. 

Adalet.az xəbər verir ki, tədbirdə Azərbaycan Nəşriyyatından bir sıra qəzet və sayt rəhbərləri iştirak edirdilər. Rəssamın yaratdığı gənc şairin portretinin təqdimatını da məhz bu redakasiyanı seçməsi də təsadüfi deyildir. Çünki, qəzet yarandığı (2003-cü il) tarixdən Ülvi həmin qəzetin Fəxri heyətinin üzvüdür. Sözügedən qəzetin baş redaktoru N. Rafiq mərasimi giriş sözü açaraq rəssam Kərim Dünyamalıya minnətdarlığını bildirdikdən sonra dedi: 
 
- Yaxın tariximizin qan yaddaşında izi olan Ülvi Bünyadzadənin şanlı Azərbaycan səhifəsində yeri misilsizdir. Azərbaycan dövlət müstəqilliyinin əldə olunmasında canından, qanından keçmiş Vətən oğullarının hər zaman anılması, yaddaşlara həkk olunması hər birimizin müqəddəs vəzifəsi, amalı olmalıdır. Bu baxımdan gənc şairin adının "Respublika gəncləri” qəzetində anılması da bizlərin öhdəsinə düşən bir vətəndaşlıq borcudur. Torpaq o zaman dəyərli, qiymətli olur ki, onun uğrunda canından keçən şəhid övladları, oğulları olur. 

Daha dəqiq desək: - "Bayrağı bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir.” 

 "Qanun naminə.info” saytının baş redaktoru Mehbalı Abdulrəhimov, "Yeni Təfəkkür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyə Kərimova, "Şəffaflıq və Paklıq” qəzetinin baş redakatoru Akif Soltanov, "İnternet xpressin” baş redakatoru Vüsalə Əlibəyli, "Təzadlar” qəzetindən Elbar Şirinov, "Ədalət” qəzetindən Sübhan Mahmudov, "Qanun və hədəf” qəzetindən Pünhan Şükür tədbirdə iştirak edirdilər. AMEA – nın Ədəbiyyat İnstutunun professoru, Qarabağşünas alim Mərziyyə Nəcəfova, AMEA – nın elmlər doktoru Almaz Ülvi, şair, tərcüməçi Giya Paçxataşvili, BDU – nun müəllimi, müharibə veteranı Rəşid Əliyev, şair Məhərrəm Şəmkirli, şairə, publisist Hacı Zərifə Novruzova və başqaları çıxış edərək gənc şair Ülvi Bünyadzadə haqqında ürək sözlərini bildirdilər. Tədbirin sonunda rəssam kətan üzərində yağlı boyalarla çəkdiyi gözəl rəsm əsəri şəhidin bibisi, tanınmış tədqiqatçı Almaz Ülviyə təqdim etdi. Mərasimdə bütün şəhidlərin ruhuna dualar da oxundu. 

 Sevinc Məhərrəm qızı