Atama məktub

OĞUZ AYVAZ
80691 | 2017-01-18 16:52

Ata, səngedəli beşinci ildir. Çox şey dəyişib, hətta mən də dəyişmişəm. Saçlarım bir azda ağarıb, kökəlmişəm, eynəyimin şüşəsini dəyişdirmişəm. Bizi soruşursansa,qardaşım, bacım hamısı yaxşıdılar, üçümüz də işləyirik. Yazıçı oğlun Ayxanxeyli inkişaf eləyib, narahat olma içib eləmir, bacım Gülbəs isə azca kökəlib,o, da eynəyini dəyişib, rəssamlıq universitetini də gələn il artıq bitirir.Gözünaydın ata, qızın istədiyi yerdədir. Bircə tez-tez əsəbləşməyi olmaya.Böyüdükcə sənə oxşayır. Ata, anam necədir? Onunla görüşdünüz heç?

Mən də sən gedəndən şeirlər yazdım, şeirlərimdə sənvardın, anam vardı. Bu il payız qapımızı tez döydü, ata. Hər həftə yağış yağırşəhərimizə. Ata, bu adamlar lap dəli olub e, bilirsən, yağışdan qaçırlar,qorxurlar islanmaqdan. Mən yağışda çox gəzirəm, sonra da xəstələnirəm, ata. Sənhəmişə məni danlayırdın ki, soyuqdan qoru özünü, görürsən sözünə yenə dəbaxmıram. Ancaq gecələr yorğanla yatıram, üstümü də açıq qoymuram.Universitetimi heç soruşma, oranı hələ də bitirə bilməmişəm. Üzüm qaradı. İşləyirəm,mütaliə edirəm, filmlər izləyirəm. Yəni ata, inkişaf eləmişəm. İnanmırsansaAyxandan soruş. Hə yadımdan çıxmamış deyim, Ayxan da siqaret çəkir. Biz çox tezböyüdük, ata. İndi insanları tanıyırıq. Tanıdıqca sarsılırıq.

Kəndimizi heç soruşma. Ordakı insanlar "buz adam”açevriliblər, laqeydləşiblər. Sənin böyüdüyün evi kol-kos basıb. Qara itimiz dəölüb. Yazılarından narahat olma. Hamısını çap edəcəyik. Ata, Türkiyə millifutbol komandası sən gedəndən çox zəyifləyib, tükənib. İnanmayacaqsan amma Azərbaycanmillisi xeyli inkişaf edib. Keçən oyunda Norveçi uddu. Ancaq kasıb ölkələrdünya çempionatında çempion ola bilmir, ata.

Ata, sən tanıdığım ən təmiz adam olaraq köçdün yerkürəsindən. Bəlkə də yenidən dünyaya gəlmisən. Bəlkə qonşumuzda doğulan körpə sənsən.Bəlkə də evimizdə saxladığımız tutuquşu sən elə özünsən. Məzarınıza tez-tez gələbilmirik. Ora gələndə günlərcə özümüzə gələ bilmirik. Elə bilirəm ki, dünəngetmisən bizdən. Elə bilirəm ki, bu saat ayılacaqsan və bizi güldürəcəksən.

Əgər maraqlanırsansa sevdiyin qız varsa, var ata.Mənədadlı yeməklər bişirir, qayğıma qalır. Özü də məni lap çox sevir. Dostlarımıheç soruşma. Onlardan ayırldım. Uzun hekayədir, sonra danışaram. İndi dostlarımAyxan, Gülbəs, sevdiyim qız, Şəhriyar və Safidir. Çox dost lazım deyilmiş, ata.

Sənə gülməli bir əhvalat danışım. Axşam futbol izləyirdim.Gülbəs də mətbəxdə yemək bişirirdi. Qəfil, təşvişlə üstümə atıldı ki, kuxnadasiçan var. Tut, onu öldür. Yaşamasını dedim. Gedib qonşuları çağırdı. Hamı səfərbərolub siçanı axtardılar, ancaq tapa bilmədilər. Sənin "Siçanın ölümü” hekayənixatırladım.

Ata, şad xəbər də verim, təzə ev almışıq. Həyətevidir, ancaq köçə bilmirik. Təmir işləri yarımçıq qalıb. Mən hiss edirəm ki, səninbunlardan xəbərin var. Təzə evimizə sevinsək belə, öz evimizdən ayrılmaq da çətinolacaq.

Yuxularımı heç soruşma. Aylardır, hüzurlu yuxuya həsrətəm.Kabuslar, qorxular, anamın intiharı yuxularımdan əl çəkmir. Yaddaş deyilən bu zəhrimarmənə olmazın əzab verir. Səni isə yuxularımda görə bilmirəm. Kaş, gəlsəydinfutbol oynayardıq. Ya da teatra gedərdik.

Yaxşı ata, mən getməliyəm. Redaktorumuz məniçağırır. Bir gün mütləq, görüşəcəyik. Hələlik!

TƏQVİM / ARXİV