adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2016 13:49
8018
MƏMLƏKƏT
A- A+

Sayın Ərdoğanın asqırmağını alqışladılar

Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Beş Təpə Akademiyasında keçirilən mərasimdə nə az, nə çox düz 5 dəfə asqırıb. İştirakçılar prezidentin asqırmasını alqışlarla qarşılayıblar.

Yadıma bir hadisə düşdü. Ağdamın Qaradağlı kəndində (Telman adına Kolxoz) sədr, kəndin tanınmış ziyalısı Allahverdi Allahverdiyev iclasda çıxış edən zaman asqırır. Zalda olan yaltaqlardan biri sədrin asqırmağına biganə qala bilmir və cəld yerindən qalxır deyir ki, "əcəb edib asqırdınız Allahverdi müəllim”. Allahverdi müəllim də əsəbləşir: "Kəs səsini asqırmağın əcəbi olmur” deyir və nitqinə davam edir.