adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Oktyabr 2016 00:02
13166
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Ailəsinə çörək pulu qazanmaq üçün dranqulet "Jiquli" sürməkdən əldən düşmüş Həsənqulu nəhayət bir az pul toplayır, bir az da bankdan kredit götürüb köhnə bir "Mercedes" alır, kef edir, day gecələr əli-ayağı yorğunluqdan ağrımır, day yuxuda sürət ötürücü keçirməklə arvadı oyatmır.
3-4 gün "Mercedes"in ləzzətini çıxarandan sonra maşını sürür Böyük Vətən Müharibəsi veteranı olan atasının məzarının üstə və deyir:
- Allah sənə rəhmət eləsin, ata, belə maşın düzəldənə də heç güllə atarlar?!