adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Oktyabr 2016 17:30
7164
GÜNDƏM
A- A+

Danimarkada Milli müstəqillik günü ilə bağlı dəyirmi masa təşkil olundu

Danimarkada Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılğı ilə " Müstəqil Azərbaycanın güclənməsində dünya azərbaycanlılarının rolu" mövzusunda dəyirmi masa təşkil olundu.

Tədbirin təşkilatçıları DAA Vitse presidenti Aida Məmmədova , DAA İdarə Heyyətinin üzvü və DAA Danimarka təmsilçisi Kəmalə Hüseynova idi. Çıxışa ilk başlayan DAA Prezidenti ilk öncə Assambleya haqqında məlumat vermiş daha sonra müstəqillik dövrü diasporamızın rolu , Azərbaycanın xarici siyasəti və dövlətimizin beynəlxalq əməkdaşlığı ilə bağlı məlumat vermişdir. "Bugün müstəqilliyimizə sevinməyən qüvvələrin olduğunu bilirik. Ölkəmizin beynəlxalq imicinin zədələnməsinə çalışanların olduğunu bilirik , məhz buna görə çox ciddi çalışmalı , minlərlə insanımızın həlak olmasıyla əldə etdiyimiz müsəqilliyimizi qoruyub saxlamalı , hətta güclənməsi üçün dünya azərbaycanlıları olaraq əlimizdən gələni əsirgəməməliyik. Daha sonra DAA Danimarka nümayəndəliyinin rəhbəri Kəmalə Maisqızı söz alaraq gələn qonaqlara öz təşəkkürünü bildirdi. Müstəqillik aktının qəbul olunmasını Azərbaycan tarixi üçün şanlı tarix olduğunu qeyd etdi. Bundan sonra əldə etdiyimiz müstəqilliyimizin güclənməsi üçün gücümüzü birləşdirməli , ölkəmizin düşmənlərinə hər sahədə layiqli cavab verməli , informasiya müharibəsində üstünlüyü ələ almağın vacibliyini qeyd etdi. Daha sonra söz DAA - nın Vitse Aida Məmmədovaya verildi. Aida xanım öz növbəsində qürurlu tarixi günü ilə bağlı hər kəsi təbrik etdi. DAA olaraq dünyaya haqq səsimizi çatdırmağın tərəfdarı olduğunu və həmvətənlilərimizin yaşadığı hər ölkədə təşkilatlanaraq gücə çevrilməyin vaxtının gəldiyini bildirərək , bugün göstərdiyimiz bu kiçik həmrəyliyin gələcəkdə dünyaya yayılaraq güclü bir qüvvəyə çevriləcəyinə əminliyini ifadə etdi. Bugün Azərbaycan müstəqilliyinin qarantiyası onun güclü ordusu , güclü diplomatiyasıdır. Son illər bu sahələrdə xüsusi və nəzərə çapacaq dərəcədə inkişaf olduğunu qeyd edərək bundan xaricdə yaşayanlar olaraq hər zaman məmnun olduqlarını bildirdi. Daha sonra musiqi fasiləsi yarandı İran Azərbaycanlısı olan Mehrdad bəyin ifasında "Sarı Gəlin " , "Yaralıyam" mahnılarını ifa etdi. Qeyd edim ki , Mehrdad bəy Danimarka Polis Akademiyasının kriminalistika üzrə müəllimi və Kriminal Polis İdarəsinin zabiti və kriminalistidir. Bundan başqa O , "Smagen Af Edderkop" - Hörümçəyin Dadı kitabının müəllifidir. Kitab İran - İraq savaşından bəhs edir və satirik üslübda yazılıb. Kitab Danimarkada ən çox satılan kitablar siyahısın daxil olub və Danimarka Kraliçası bu kitabı oxuyaraq maraqlı kitab üçün təşəkkür edib. Daha sonra Danimarka və İsveçdən gələn qonaqlarla şirniyyat süfrəsi ilə davam etdi.