adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Oktyabr 2016 17:55
12497
DÜNYA
A- A+

ABŞ-a ARXAYIN OLAN MOSULSUZ QALAR

Olmuyan İraqın hökumət qüvvələri Koalisiya qüvvələri ilə birgə Mosulu İŞİD-dən təmizləmə əməliyyatına başlayıb. Bu əməliyyat da əslində Bərzanin 18 min nəfərə yaxın peşmərgəsi iştirak edir. Amma Türkiyənin əməliyyatda iştirakına icazə vermirlər.

Əslində Mosul elə Türkiyənin torpağıdır. Burda yaşayanlar da ərəblər və türklərdir (Türklər onlara Türkmən deyir).

Mosul vilayətinin təkcə bir şəhəri olan Terafledə Suriyada hadisələr başlayanadək 400 min türk yaşayırdı.

Son iki ildə ölən ölüb, öldürülən öldürülüb, qaçan qaçıb, indi şəhərdə təxminən 80 min Türk yaşayır. Yəni bu vilayət də Türklər üstünlük təşkil edir. Bəxtləri onda gətirməyib ki, bu türklər əslən şiədir, şiə olduqlarına görə də sahibləri yoxdur.

İndi Mosul bölüşdürülür və oyun elə qurulub ki, bu bölüşmədən Türkiyəyə bir çay qaşığı da düşmür. Nə isə... arxasın yazmaq bir az çətindir.