ANA SƏHİFƏ / AVTOMOBİL

Bakı yollarında sürət həddi azaldıldı

29456    |   2016-10-17 09:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda müşahidə edilən intensiv yağışla əlaqədar müəyyən avtomobil yollarında maksimal sürət məhdudiyyəti azaldılıb.

Sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda da dəyişiklik edilib.

Hazırda "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq "Nargilə" kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb.

"Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb - 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb hava şəraitinin pisləşməsidir”, - deyə NİİM-dən bildirilib.

Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.

Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib.


İmza:Report.az
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK