adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Uşaqların sevdiyi qocaman məkan

ETİBAR CƏBRAYILOĞLU
54562 | 2016-10-14 18:28

Abdulla Şaiq adına DövlətKukla Teatrının 85 yaşı tamam olur

Biri vardı, biriyoxdu... Nağıllarımız adətən bu cümlə ilə başlayır. Abdulla Şaiq adına DövlətKukla Teatrının balaca tamaşaçıları da səhnədən bu sözləri çox eşidiblər.Uşaqların sevimli məkanlarından biri sayılan bu teatrın 85 yaşı tamam olur.Qocaman teatrın yubiley mərasimi təntənəli şəkildə qeyd ediləcək. Son illər Azərbaycandankənarda da yaxşı tanınan, müxtəlif beynəlxalq festivallarda ölkəmizi uğurla təmsiledən kollektivin keçdiyi bu uzun yola teatrın direktoru Rəşad Əhməd-zadənin köməyiilə işıq salacaq, gələcək yaradıcılıq planlarından danışacağıq.

Tanınmış yazıçı,maraqlı satirik şeirlərin müəllifi Rüfət Əhmədzadənin ailəsində dünyaya gələnmüsahibimiz 1996-cı ildən Abdulla Şaiq adına Dövlət Kukla Teatrında çalışır.2010-cu ildən isə bu doğma kollektivə rəhbərlik edir.

- Rəşad müəllim, rəhbərliketdiyiniz teatr 85 il öncə maraqlı bir missiya ilə fəaliyyətə başlayıb. Söhbətimizinəvvəlində oxucularımıza bu teatrın yaranma tarixi ilə bağlı məlumatlar versək məncə,yerinə düşər...

- Kukla Teatrının əsasını1931-ci ildə daha çox dram aktyoru kimi tanınan Mollağa Bəbirli qoyub.İstedadlı rejissor Hüseyn Seyidzadənin lentə aldığı "O olmasın, buolsun" filminə baxmayan çətin tapıla, amma yəqin çox az adam bilir ki, həminekran əsərində Hamamçı Məşədi Qəzənfəri məhz bizim teatrın yaradıcısı Mollağa Bəbirlioynayıb. Bir il sonra teatr "Sirk" adlı ilk tamaşasını təqdim edib. Həmindövrün arxiv sənədləri, şəkilləri də sübut edir ki, ilk vaxtlar kuklaları dateatrın rəhbəri özü hazırlayırmış. Səyyar tamaşalar göstərən bu kollektiv BöyükVətən müharibəsi illərində Dövlət Gənc Tamaşaçılar Teatrının, 1950-ci ildə isəDövlət Filarmoniyasının nəzdində fəaliyyətini davam etdirib. 1964-cü il aprelin15-də Kukla Teatrına dövlət statusu verilib, 1974-cü ildən teatrımız AbdullaŞaiqin adını daşıyır. Dövlət Teatrı statusu aldığı ildən sonra hazırlanan bütüntamaşaların adlarını arxivləşdirib teatrımızın rəsmi saytında yerləşdirmişik.Teatr tənqidçiləri, araşdırmaçılar, bu sahə ilə maraqlananlar saytımız vasitəsiilə ətraflı bilgi ala bilərlər. Qısaca onu deyə bilərəm ki, bu illər ərzindəDövlət Kukla Teatrı Azərbaycan xalq nağılları, klassik və müasirdramaturqlarımızın əsərləri əsasında çox maraqlı tamaşalar hazırlayıb, eləcə dəQərbi Avropa və rus ədəbiyyatının nadir incilərini uğurla səhnələşdirərək öztamaşaçılarına təqdim edib.

Son illər Azərbaycanda teatr sənətinin inkişafına yönəlmiş mühümaddımlar atılır, böyük işlər görülür. Azərbaycan teatrının zəngin bədii irsininvə yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliği vədünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlıinkişafını dəstəkləmək məqsədi ilə 2009-cu ildə "Azərbaycan teatrı2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq olunub. Bu mühüm sənədinicrası ilə bağlı xeyli işlər görülüb və davamlı görülməkdədir. Abdulla Şaiqadına Dövlət Kukla Teatrı da bu işlərəöz töhfəsini verməyə çalışır.

Dövlətimizin bizim teatra xüsusi diqqət və qayğısının olduğunu xüsusiqeyd etmək istərdim. Təsadüfi deyil ki, son dövrlər ölkə teatrlarında aparılantəmir-bərpa və yenidənqurma işləri məhz Dövlət Kukla Teatrından start götürüb.Kollektivin normal fəaliyyəti və tamaşaçıların rahatlığı üçün gözəl şəraityaradılıb. Bu gün 20 santimetrdən tutmuş 7 metrlik kuklaları özümüz hazırlayabilirik. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə son 5 ildə10 tamaşa hazırlamışıq. Nazirliyin verdiyi dəstəyin sayəsində biz Rusiyadan,İrandan və Gürcüstandan olan rejissorlarla, rəssam və bəstəkarlarla sıx yaradıcılıqəlaqələri saxlamışıq. Bu əlaqələrin sayəsində maraqlı tamaşalar hazırlanıb vəteatrsevərlərə təqdim olunub. Repertuarımızda bu gün 28 tamaşa var, ilin sonunakimi daha iki yeni səhnə əsərinə quruluş verməyi planlaşdırırıq.


Azərbaycan teatrının müasir mənzərəsini və kollektivimizin yaradıcılıqpotensialını ölkəmizdən xaricdə layiqincə təbliğ etmək əsas işlərimizdənbiridir. Təsadüfi deyil ki, son illərdə teatrımız dünyanın müxtəlif ölkələrindəkeçirilən beynəlxalq festivallarda iştirak edib, qastrol səfərlərində olub.

- Teatrınızın beynəlxalq festivallar, xarici ölkələrə qastrollar zamanıqazandığı uğurlar barədə mətbuatda tez-tez yazılar dərc olunur. Yubileylə bağlımüsahibədə bu məsələyə niyə toxunmayaq ki?

- Fəaliyyətimizi, o cümlədən xarici ölkələrdə gördüyümüz işləri müntəzəmişıqlandıran media təmsilçilərinə minnətdarlığımı bildirirəm, şadam ki, həmkarlarınızamövzu verməyi bacarırıq. Həqiqətən də bu sahədə uğurlarımız çoxdur. Son 5 ildəDövlət Kukla Teatrı ölkəmizi Mərakeşdə, İtaliyada, Yunanıstanda, Hindistanda,Türkiyədə, İranda və Rusiyada təmsil edib. Mərakeşdə keçirilən beynəlxalqfestivalda Nizami Gəncəvinin əsəri əsasında hazırlanan "Xeyir və Şər"tamaşamız I yerə layiq görülüb. Mərhum baş rejissorumuz Rəhman Əlizadəninquruluş verdiyi bu tamaşanın çox mürəkkəb səhnə həlli var, çünki 2 aktyor 17kukla oynadır. Təsəvvür edin, festivalda "Xeyir və Şər" ə baxaninsanlar inanmırdılar ki, cəmi 2 aktyorla belə tamaşa hazırlanmaq olar. Pərdəbağlanandan sonra səhnəyə çıxıb öz gözlərin ilə bunu görəndə inandılar.


Təkcə elə bu il iki xarici səfərimiz olub. Apreldə RusiyaFederasiyasının İvanova şəhərində keçirilən XI Beynəlxalq"Muraveynik" Festivalında çıxış etdiyimiz "Ağ və Qara"tamaşası maraqla qarşılandı. Finlandiyada yaşayan soydaşımız Kamran Şahmərdanınmüəllifi və quruluşçu rejissoru olduğu bu tamaşa həm təşkilatçıların, həm dəfestivala gələnlərin rəğbətini qazana bildi.

May ayında isə Yunanıstanda olduq. Mədəniyyət və Turizm Nazirliyinin,ölkəmizin Afinadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan günlərində3 tamaşa ilə çıxış etdik. Teatrımızın baş rejissoru Qurban Məsimovun"Çanta-trio və...", "Zəng", eləcə də Kamran Şahmərdanın"Ağ və Qara" tamaşalarını 7 gün ərzində 8 dəfə böyük tamaşaçı kütləsiqarşısında nümayiş etdirdik. Bu səhnə əsərlərinin açıq havada oynanılması müəyyənçətinliklər yaratsa da, yaradıcı kollektiv bunun öhdəsindən layiqincə gəldi,yunan tamaşaçılarının rəğbətini qazandı. Təsadüfi deyil ki, səfərin sonundaUNESCO-nun Xoşməramlı səfiri xanım Mairanna Vardinoya aktyorlarımıza xatirəmedalları təqdim etdi.

Ümumiyyətlə, beynəlxalq festivallar, müxtəlif ölkələrə qastrollar hərbir teatr kollektivinin inkişafına, tanınmasına, yaradıcı kollektivlər arasındaəlaqələrin güclənməsinə müsbət təsir göstərir.

- 2011-ci ildənbaşlayaraq ölkəmizdə keçirilən Kukla Teatrlarının Beynəlxalq Festivalını da yəqinki, elə bu məqsədlə təşkil edirsiniz...

- Son illər Azərbaycanpaytaxtında, eləcə də ayrı-ayrı bölgələrimizdə incəsənətin müxtəlif sahələrini əhatəedən beynəlxalq tədbirlər, festival və forumlar keçirilir. 2011-ci ildən bu tədbirlərinsırasına Kukla Teatrlarının Beynəlxalq Festivalı da qoşulub. Mədəniyyət vəTurizm Nazirliyinin, UNİMA-Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyiilə ərsəyə gələn bu maraqlı festival böyük maraq doğurub. Təsadüfi deyil ki, həmI, həm də 2013-cü ildə təşkil olunan II festivalda 20 ölkədən 24 kollektiviştirak edib. Etiraf edək ki. bu gün belə geniş formatda festival keçirmək heçdə asan deyil, amma Azərbaycan bunu yüksək səviyyədə bacardı. Hər ikifestivalda iştirak etmiş xarici həmkarlarımızın əksəriyyəti tez-tez bizimlə, eləcədə Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayır, növbəti festivaldaiştirak üçün Bakıya gəlmək istədiklərini bildirirlər.

- Yeri gəlmişkən, IIIfestival nə zaman olacaq?

- 2017-ci ildə.İnanıram ki, növbəti festival da əvvəlki iki tədbir kimi yüksək səviyyədə təşkilolunacaq.

- Rəhbərlik etdiyinizteatrın qarşısından keçəndə demək olar ki, həmişə böyük bir növbənin olduğugörünür. Balaca tamaşaçılarınız böyüyəndən sonra bu növbəni niyə başqateatrların qarşısında yarada bilmirlər?

- Tam səmimi deyim ki,tək bizim deyil, paytaxt teatrlarının heç birinin bu gün tamaşaçı problemiyoxdur. Şəxsən mən özüm də tez-tez başqa teatrların tamaşalarına gedib baxıram,həmişə də zal demək olar dolu olur. Yəqin ki, onların arasında bir vaxtlarKukla Teatrının tamaşaları ilə böyüyən insanlar da var. Bir məsələni də qeydedim, bizim teatrın öz spesifikası var. Balacalar teatrımıza öz valideynləri iləgəldiyindən gərək tamaşalarımızı həm onlar, həm də valideynləri bəyənsin. Üstəlikrepertuarımızı daim yeniləməliyik ki, tamaşaçılara təzə səhnə əsərləri təqdimedə bilək.

- Uşaqlar üçün əsəryazanlar isə o qədər də çox deyil...

- İstedadlı qələmadamları üçün qapılarımız həmişə açıqdır, Bədii Şuramızın bəyəndiyi əsərin səhnəyəgəlişinə heç bir maneə ola bilməz. Yaxşı əsərin yazılmasında, yüksək keyfiyyətlitamaşanın hazırlanmasında ən çox maraqlı olan varsa, o da bizim teatrınkollektividir.

- Söhbətimizə Kukla Teatrınıntarixinə ekskursla başladıq, qarşıdan 85 illik yubiley gəlir, bayramı necə qeydetməyə hazırlaşırsınız?

- Həqiqətən dəkollektivimiz üçün əlamətdar bir hadisədir. Söhbətimizin əvvəlində qeyd etdiyimkimi, Mədəniyyət və Turizm Nazirliyinin diqqətini gündəlik fəaliyyətimizdə hissedirik. Son illər Nazirliyin təqdimatı və dövlət başçısının sərəncamı ilə 6işçimiz fəxri adlara, 2 əməkdaşımız isə Prezident mükafatına layiq görülüb.Konkret yubiley tədbirlərinə gəlincə, təkliflərimizi Mədəniyyət və TurizmNazirliyinə təqdim etmişik. Bundan əlavə Yazıçılar Birliyi və Mətbuat Şurası iləbirgə müsabiqələrin keçirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, yaddaqalan, mədənimühitdə hadisəyə çevrilə bilən yubiley keçiriləcək.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV