CƏHƏNNƏMƏ GEDƏCƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
74250 | 2016-10-14 16:12

Bəri başdandeyirəm. Bu yazı içimdəki bütün ağrı-acı, sevinc, kədər, bir sözlə, duyğu, hissnə varsa hamısı sarı simin üstündə köklənib. Ona görə də yazını oxuyanda ricaedirəm ağlınıza gerçəklikdən başqa heç nə gətirməyin. Düşünün, hətta inanın ki,bu sarı simdə səslənən, daha doğrusu, yazılan yazı gerçək həyat hekayəsinə bənzəyirvə bir az da onun kopyasıdı. Ola bilər ki, siz oxşarı ilə qarşılaşmışolarsınız. Onda təəccüb etməyin. Axı, Tanrı hər şeyin özü kimi oxşarını dayaradıb. Üstəlik, hər kəsin yarısı da var. Yarı yox ha, yarısı!..

Hə, deməli,insanların yaranışdan ilk öyrəndikləri, daha doğrusu, böyüklərin kiçiklərə təlqinetdikləri bir deyim var. Əslində bu həm də dinimizdən, inanclarımızdan gələnbir fikirdi. Söyləyirlər ki, bu dünya və o dünya, cənnət və cəhənnəm də var. Vəbiz də böyüdükcə içimizdə o cənnət və cəhənnəmin həm müzakirəsini, həm də təftişiniaparırıq. İnanclılar, inamlılar özünü cənnətə hazırlayır, əks qütbdə dayananlarisə hər şeyi taleyin öhdəsinə verir. Necə deyərlər, su hara axır axsın. Və bəzəndə bu axan suya bir etinasız, ya da ironik şəkildə «cəhənnəm də boşqalmamalıdır» deyirlər. Bax, mən də zaman-zaman bu iki qütbun arasında necə deyərlər,orta xəttin üstündə dayanıb payıma düşən ömrü yaşamağa çalışmışam. Amma hər ikitərəfdən fəprnli olaraq Allahımı və Peyğəmbərimi unutmamaq şərtiylə. Çünkibirincisinə bütün varlığımla, ruhumla bağlıyam, ikincisini də Allahın elçisiolduğuna görə sevirəm. Başqa üz tutası kimsəni aramamışam, axtarmamışam vədüşünmüşəm ki, Yaradanın yazdığı yazı pozulmazdı. Ona ən böyük güc sahibləribelə düzəliş etmək qüdrətində deyillər. Olsa-olsa nəyinsə üst qatına birgörüntü verə bilərlər. Amma alt qat olduğu kimi qalacaq. Dəyişən zahir dəyişməyənbatili heç vaxt kölgələyə bilmir. Zahirdən olsa o özünü göstərir. Elə mənimduyğularım kimi, mənim yaşantılarım kimi…

Günün, ayın bəllitarixində hətta ilin də yaddaşıma yazıldığı o zaman kəsiyində mən ruhuma, qəlbimə,varlığıma göy üzündən gələn işığıhopdurdum. Və o işıq mənim bir az xaotik, bir az qarmaqarışıq, bir başınaburaxılmış həyatımı istiqamətləndirdi, cilovladı və yavaş-yavaş mən ona bələndim,ona büründüm. Anladım ki, bu dünyanın gördüyüm, oxuyub öyrəndiyim, eşidibbildiyim ən böyük həqiqəti məhz o işıq imiş. Ona tapınan həm də Tanrısına tapınır. Çünki o, yerə, göyə, suya, oda,insana, bütün Yer kürəsinə sevgidi. O sənin içində varsa, sən yaşayırsan. Səniniçində diridi, canlıdı. Mən bunu dərk edəndə anladım ki, o göy üzündən gələn mənimelə cənnətə də, cəhənnəmə də olan yolumu müəyənləşdirmək üçün bir ipucudur. Vəözüm də bilmədən könüllü şəkildə tutdum o ipucundan və başladım o işığın göstərdiyiyolla getməyə. Özü də təkcə getməyə yox, həm də yaşamağa, düşünməyə, yazmağa,boynuma düşən işləri görməyə. Və bir də onda başımı qaldırıb ətrafıma baxandaelə cənnətimin də, cəhənnəmimin də mənimlə çiyindaş, mənimlə bir məkandaolduğunu təxmin etdim!..

İlahi, sənin payverdiyin işıq nə boyda gücə malik imiş. Bunu dərk etməyən, görməyən duymayancanlı deyil. O, ən yaxşı halda qara bir daş və yaxud da quru bir kötükdü. Nə isə…

Hə, bu düşüncələrin,bu duyğuların hakim kəsildiyi iç dünyam gözlərimi dörd açmağa, ancaq o işıqüçün yaşamağa məni həm məcbur etdi, həm də həvəsləndirdi. İnanın ki, o həvəs mənəikinci bir nəfəs kimi gəlmişdi, qanadlandırmışdı məni. Adına uçurdum, ünvanınaqaçırdım. Yerimək yadımdan çıxmışdı, ancaq yüyürürdüm. Elə yüyürə-yüyürə dəpıçıldayırdım. Deyirdim ki:


Gözlərinin

rəngi qarışıb

demək ki,

ağlamısan

nə mən

yanında olmuşam

nə sən

güzgüyə baxmısan…

baxıb

gözlərinin

rənginiqaytarasan

gözünə!..


***

İndi barəsindədanışdığım, daha doğrusu, vəsf etdiyim o gözlər qan çanağına dönüb. Elə dolubki, qara buludlar onun heç kölgəsinə də bərabər tutula bilməz. Bu da səbəbsizdeyil. Çünki həmin o cənnət, cəhənnəm adlı anlayış o gözlərin sahibinə seçimsualını göndərib. Və bu seçim də elə-belə gözüyumulu ediləsi deyil. Bunun üçüntəkcə düşünmək, məsləhətləşmək, öz-özünü sorğu-suala tutmaq və… Və bir də ogözlərin baxdığının hansı istiqaməti seçdiyini bilmək vacibdir. Bax elə gözlərinrəngi burdan qarışır, burdan bulanır gözlərin dibi. Mən dünyanın çaylarından, dəryalarındanaz-çox xəbərdaram. Və bilirəm ki, sulu çaylar heç vaxt qurumur. Əgər təbii bir hadisə baş verməsə və yaxud insanlar osulu çayların məcrasını ədyişməsələr o elə axacaqdır. Bunu ona görə deyirəm ki,tanıdığım, gözümün önündə olan, həyatımda nəfəsi, əlinin istisi, bişirdiyi yeməklərinözəl dadı olan adamlar var ki, mən onların göz yaşlarının quruduğunu görməmişəm,elə anamın da, elə onun da. Elə bil ki, qaçqınlıq deyilən gündən, daha doğrusu,yəni Dərələyəzdən, doğulduğu yerdən didərgin düşəndən gözünün yaşı ovcunda olubanamın. Yurd itirib… qardaş itirib… ata-ana itirib… övlad itirib… doğmalarınıitirib… qurduğu evi itirib… Elə o da - gülüşləri, təbəssümləri bütöv olmayıb,yarımçıq olub. Bax, ona görə deyirəm ki, insanın göz yaşı bitib-tükənmirmiş.Ağladıqca, kövrəldikcə, xatırladıqca kipriklərdən üzü aşağı cığır salırmış. Eləhəmin o dolmuş gözlərlə eyni məqamı yaşayır. Mənim o göz yaşlarını dayandırmaq,qurutmaq, bir hovur da olsa o gözün dibini işığa qərq etmək gücüm yoxdur,gücsüzəm. Üstəlik həm də günahkaram. Çünki gücsüz olduğumu əvvəldən dərk etməmişəm,əvvəldən bilməmişəm. Büründüyüm, bələndiyim işığın hər şeyə hökm edəcəyinə, aydınlığa çıxaracağınainanmışam. Sən demə, mənim içimdəki işıqməni kökləmək üçün, məni dəyişmək üçün, məni yönəltmək üçün, məni onaqovuşdurmaq üçün imiş, onu mənə yox. Ona görə də:


İçimdəki təkliyi

Ovuduram,ovuram…

Bu təkliyin şəklini

Göz yaşımla qovuram-

Gücüm çatmır…


Dilim sankiqıfıllı

Ruhum tikanüstündə…

Kipriklərimqovuşmur

Yuva tikəmüstündə-

Gücüm çatmır…


Öz-özündənçoxalır

Sinəmdəki göynərti…

Bu göynərti tayməni

Gücsüzlüyə öyrətdi-

Gücüm çatmır!..


***

Deməli, özgücsüzlüyünü dərk edəndə adam sən demə fağırlaşırmış, yazıqlaşırmış. Bu mənadamən də quruda bilmədiyim gözlərim önündə, içimdəki işığa bələyə bilmədiyimsevginin qarşısında ancaq boynubükük dayanıram. Və mənə elə gəlir ki, bu mənimhaqq etdiyimin özüdü. Mən bundan artığına layiq deyiləm. Deməli, həm də mən bugücsüzlüyümlə, bu fağırlığımla sevginin özünə də bir probleməm, bir yükəm. Onuda yaşamağa qoymuram. Onda nə etmək, necə etmək suallarının nişangahınaçevrilirəm. Daha doğrusu, çevrilmişəm.Atılan oxların qarşısından yayınmaq ikinci bir namərdlik olar. gücsüzlükdənsonrakı namərdlik. Bunu anlamaq üçün alim olmağa ehtiyac yoxdur. Bu, həyatın ənböyük şriftlərlə yazdığı bir lövhədir. Eləcə o lövhəyə göz yetirmək, nəzərsalmaq kifayət edər. İndi mənim hansı durumda olduğumu, nədən iç dünyamınduyğularımın, düşüncələrimin sarı simdə danışdığını hiss edirsiniz. Və elə buyerdəcə onu da etiraf edim ki, bus arı simin zil nöqtəsi çox üzücüdür. Çünki:


Söndü bütünulduzlar

Ay da, Günəş dəsöndü…

Həyat mənimgözümdə-

Bütün heçliyədöndə…


Axarından qaldısu

Nə zülmdü axı,bu?!

Şair – biryaralı qu-

Üzü qibləyəçöndü…


Dağ idi külükləndi

Qırıldı çilikləndi…

İçindən dilikləndi-

Öldü, Əbülfətöldü!..


***

Düşünürəm ki,bütün bu yazdıqlarımın fonunda mən necə görünürəm. Məncə bu, həyatın bütünuğursuzluqlarını uğur kimi qəbul edən, bütün dərdlərini sevinc kimi qarşılayanvə hərdən də bunların heç birinə əhəmiyyət verməyib yolunu davam edən birisiyləçox üst-üstə düşən, bir-birini tamamlayan insanın obrazıdı. Yəni bu elə mənəm.Ona görə də başımdan keçənlər, ürəyimə köçənlər məni hamının, daha doğrusu,inanclıların yön tütdüğü istiqamətdən yayındırıb. Və mən daha çox cəhənnəmadamına çevrilirəm. Doğrudur, orda da dost-tanış yəqin ki, çıxacaq qarşıma.Çünki Allah məni tək yaratmayıb. Burda, ya orda oxşarım var. Deməli, artıq cəhənnəməgedəcəyim bəllidi. Bu bəlli olan özümün günahlarım, özümün yaşaya bilmədiklərim,özümün biganəlik göstərdiklərimdi. Və mən Allahımı və peyğəmbərimivarlığında duya-duya, sevə-sevə gedirəmcəhənnəmə. Olsun! Ora da kimsə getməlidi də. Və gedənləri saxlamazlar deyiblər.Amma tez də yola salmazlar deyənlər də var. Mən də yola çıxmamışdan öncə içimdəkini şeirəçevirirəm, misralayıram və yazıram:


Mey süzüb-badəverməyə

Gəldim, can fədaverməyə…

Tələsmə fatihəverməyə-

Ruhumutapşırmamışam…


Ölümü yazan bilməyib

Günümü pozansilməyib…

Hələ qapıdangirməyib-

Ruhumutapşırmamışam…


Ayırmacandan canımı

Ayırmaqandan qanımı…

Boşqoyma sən sol yanımı-

Ruhumutapşırmamışam…


Mələksən,həm də bəndəsən

Dində,imanda öndəsən…

Ammasən də mən gündəsən-

Ruhunutapşırmamısan…


***

Hə,bütün olanlardan və olmuşlardan sonra nələr olacağını bilmədiyim halda belə birfikir mənə rahatlıq vermir. O da Tanrıdan gələnin Tanrı adıyla məndən alınmasıistəyidi. Yəni içimə göy üzündən axıb gəlmiş işığı elə göy üzünün xatirinə geriqaytarılması istəyi məndə yalnız sənin xatirinə susmaq, dayanmaq, durmaq məntiqinidoğurur. Bir az da xırdalasam, yalnız sənin cənnətə getməyin üçün mən o işıqdanuzaqlaşmağa, o işığa göz yummağa məcburam.Və deməli, burda ikinci yol olmadığından mən özümü işıq üçün bağlı elan edirəm.Qoy belə olsun! Sənə xoş olan mənə də xoş olar. Sənə təbəssüm gətirən mənim də yanımdan laqeyd ötməz. Bu da o deməkdir ki, cəhənnəmyolunda işığa ehtiyac olmayacaq. Yəqin ki, heç ehtiyac da yoxdu. Bir də ki, məno yolu tək gedəcəm.

Yıxılsamda, büdrəsəm də özüm görəcəm, özüm biləcəm, bir də Allahım!


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV