adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Oktyabr 2016 16:53
50399
TEXNOLOGİYA
A- A+

Ən sürətli internetə sahib olan ölkələr

"Akamai” rabitə operatoru tərəfindən keçirilmiş tədqiqatın nəticələri bəlli olub.Tədqiqat internetiən sürətliolanölkəni müəyyənləşdirmək məqsədi ilə keçirilib.

Adalet.az-ın məlumatına görə,"ICTnews”Elektron Xəbər Xidməti "gazeta.ru” saytına istinadən yazır ki, Norveç Avropada internetin sürəti üzrə birinciliyi ələ keçirib.

Belə ki, Norveçdə 2015-ci illə müqayisədə internetin orta sürəti 55% yüksəlib. Eyni zamanda Norveç dünya reytinqində 20,1 Mbit/san internet sürəti göstəricisi ilə yalnız Cənubi Koreyadan (27 Mbit/san) geridə qalır.

19,5 Mbit/san göstəriciyə malik Honkonq internetin sürəti üzrə dünya reytinqində üçüncü pillədə qərarlaşıb. Avropada internetin sürəti üzrə əvvəlki lider İsveç isə 18,8 Mbit/san göstərici ilə dördüncü olub.