ANA SƏHİFƏ / AVTOMOBİL

Bu maşınlar radara düşmür - Açıqlama

58398    |   2016-10-13 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tranzit nömrəli maşınların sürücüləri qayda pozuntularına yol verdiyi halda əməkdaşlarımız tərəfindən saxlanılır və inzibati protokol tərtib edilir. Əgər tranzit nömrəli maşını idarə edən şəxs xarici ölkə vətəndaşdırsa, ümumi əsaslarla məsuliyyətə cəlb olunur.

Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında deyib.

O bildirib ki, hələ ki, tranzit nömrəli maşınların dövlət qeydiyyat nişanlarının radarlarda oxunması ilə bağlı məsələlər tam həllini tapmayıb.

"Yaxın vaxtlarda bu məsələl də öz həllini tapacaq. Amma əməkdaşlarımız tərəfindən vizual şəkildə aşkar olunan qayda pozuntuları yerindəcə protokollaşdırılır”.

Kamran Əliyev həmçinin qeyd edib ki, əgər həmin dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs öz vətəndaşımız olsa, onun barəsində də eyni qaydada tədbir görülür.
O bildirib ki, vətəndaşın ünvanı qeyd edildikdə isə həmin cərimə onun evinə də göndərilir.


İmza:Modern.az
SON XƏBƏRLƏR
2017-07-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (30%)
Top-topa - YOX (70%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əbülfət Mədətoölu;
- Vəli, yaman çox içirsən, bir az azaltsan yaxşı olar.
Vəli;
- Əbülfət qağa, vallah mən yüzcə qram araq içirəm, o yüz qramnan sonra içimdə ikinci adam oyaner. Bax o zalım oğlu içməkdən doymer. Sonra da hamı deyerkin Vəli çox içeyir.





digər lətifələr
ARXİV
FACEBOOK