adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YOL POLİSİ QƏZAYA DÜŞƏN SÜRÜCÜLƏRƏ NECƏ KÖMƏK EDİR?

6962 | 2016-10-12 14:27

Bir çoxlarımız yolpolisinin görünməyən fəaliyyəti barəsindəbir o qədər də məlumatlı deyilik. Ən azından ona görə ki, bəzilərimiz öz gözümüzdətiri görməsək də, başqasının gözündə tük axtarırıq. Amma gəlin onunla razılaşaqki, respublikanın avtomobil yollarında xidmət aparan Yol Patrul Xidməti Alayınınəməkdaşları sutkanın 24 saatı ərzində üzləşmədikləri çətinliklər olmur. Düzdür,onların əsas vəzifəsi hərəkətin təhlükəsizliyini təmin etməkdir. Təbii ki, bu vəzifənində öhdəsindən yol polisləri həmişə bacarıqla gəlməyə çalışır.

Bir jurnalist olaraqyol polisinin fəaliyyəti ilə bağlı tez-tez müxtəlif tağımlarda oluruq. Keçirilənreydlərdə yaxından iştirak edirik və həmişə də bir hadisənin şahidi olmuşuq ki,yol polisləri hər hansı sürücü qəza törədərkən onlar ekstrimal şəraitdə sürücülərə,hərəkət iştirakçılarına necə ilkin yardım göstərir. Həkimlər gələnə qədər yol polisləriqəzaya düşmüş sürücüyə və sərnişinə xeyli köməklik göstərir. Onlara yardım edir,təsəlli verir və həkimlər gələnə qədər bütün mümkün qayğını göstərirlər.

Belə baxanda heçyol polisinin vəzifəsi deyil ki, qəzaya düşmüş hər hansı hərəkət iştirakçısına köməkeləsin. Ancaq onlar insanlıq xatirinə və ən nəhayət, daxillərindən gələn bir sevgiyləçətin durumda olan, stress keçirən və bəzən də ölüm ayağında olan insanlara operativqaydada kömək əli uzadırlar. Zarafat deyil, al qanın içərisində olan, ölümlə çarpışanadamı ani bir anda çətin vəziyyətdə xilas etmək və ona təsəlli vermək insandan böyükürək sahibi olmağı tələb edir. Və biz də həmişə bu cür anların və bu cür ürək sahiblərininşahidi olmuşuq.

Oktyabrın 12-də təsadüfənyolum yenidən Yol Patrul Xidməti Alayının 6-cı tağımına düşmüşdü. Elə oldu ki, mənstasionar posta çatanda ağ mikroavtobus sərnişinləri maşından düşürərək sürücü qayğılıbir görkəm almışdı. Sərnişinlər və sürücü nəsə eləmək istəyirdi. Sən demə, sərnişinlərdənbirinin vəziyyəti qəfil ağırlaşıb və hətta o ölümcül durumda olub. Təbii ki, sərnişinlərvə sürücü mürəkkəb durumda olan Beyləqan rayonunun Birinci Şahsevən kəndinin sakiniXalid Malik oğlu Qocayevə yardım göstərmək istəyirdilər. Həmin anda xidmətdə olan6-cı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov və bir neçə əməkdaş onlarayaxınlaşdı. Gördülər ki, Xalid Qocayevin vəziyyəti daha da ağırlaşır. Namiq Əzizovvə polis kapitanları Elçin Orucov, polis baş serjantı Ramin Vəliyev xəstənin qolundan tutub yol patrul xidməti maşınınaəyləşdirdilər. Çətinliklə də olsa səhhətində problem yaranmış Xalidi stasionar postun otaqlarından birinə apardılar.Orda təcili olaraq onu divana uzatdılar,əl-qolunu masaj elədilər və sonra da ayaqlarını vanna gətirib isti suya qoydular.Hələ də səhhətində problem olan Xalid Qocayev titrədirdi. Naryad rəhbəri otağa çaygətirtdi və özü xəstəyə çay içirtməyə başladı. İlkin tibbi yardım xəstəyə müsbət təsir göstərdi. 10 dəqiqədən sonraisə təcili yardım maşını gəldi və həkimlər xəstənin təyziqini ölçdülər. Məlum olduki, səhhətində problem yaranmış Malik həddindən artıq stress keçirib və əsəbləşib.Həkimlər də ona yardım elədi. 5 dəqiqədən sonra onun vəziyyəti daha da yaxşılaşdı.Polis əməkdaşlarının köməyi ilə onu otaqdan çıxarıb Beyləqana gedən mikroavtobusaəyləşdirdilər. Bir insanın həyatı yol polisinin, sərnişinlərin və təcili yardımxidməti həkimlərinin köməyi ilə xilas edildi.

Həmin günü Məhərrəmlikgünü idi. Yəni bu cür çətin vəziyyətdə və ağır xəstə durumda olan insana yardımetmək çox savab bir iş sayılır. Görəsən, bir insanın həyatını xilas etməkdən gözəliş ola bilərmi? Əlbəttə, yox! Bax, Azərbaycan polisi həmişə öz vəzifəsinə bu cürməsuliyyətlə və diqqətlə yanaşır, insan amilini ön plana çəkir.

Biz reyddə olarkəndəfələrlə istər 1-ci tağımda, istər 3-cü tağımda, istər 6-cı tağımda, istərsə də12-ci tağımda xidmət aparan yol polisi əməkdaşlarının qəzaya düşmüş sürücülərə necəkömək etməsinin şahidi olmuşuq. Görmüşük ki, yol-nəqliyyat hadisəsi zamanı heç birkəs hadisə yerinə həmin an yaxınlaşmayıb. İlk növbədə özünü ora çatdıran yol polisləriolublar. Bu cür humanist addımlar və insanpərvərlik hərəkətləri yol polisinin nüfuzunutəbii ki, artırır. Yol polisi-sürücü-sərnişin münasibətləri sivil qaydaya yüksəlib.

Bununla yanaşı, gecəsaatlarında nasaz vəziyyətdə yolda qalan bir sürücüyə 12-ci tağımın əməkdaşlarıyaxından köməklik göstəriblər. Sürücünün idarə etdiyi avtomobil yoldan çıxarılaraqtəmir stansiyasına aparılıb. Elə gecəykən orda avtomobilin nasazlığı aradan qaldırılıbvə bundan sonra yol polislərinin köməkliyi ilə sürücü sükan arxasında əyləşərəkmənzilbaşına gedib. Hətta bəzən yuxusuz qalan sürücü və özünü pis hiss edən sərnişin12-ci tağımın stasionar postunda bir neçə saat dincəlib və bundan sonra yoluna davamedib.


Eyni zamanda istiyay günlərində bütün tağımlarda sürücülərin əl-üzlərini yuması üçün əlverişli şəraityaradılıb. Hər hansı sürücü istənilən tağımın stasionar postunda yay vaxtı maşınınısaxlayıb əl-üzünü yuya bilərdi və bir müddət dincəlib yenidən sükan arxasına əyləşərdi.Elə bugunun özündə də bütün tağımlarda bu cür şərait yaradılıb. Yəni sürücü səhhətində problem yaranarsa və özünü pishiss edərsə, stasionar posta yaxınlaşıb yol polisindən köməklik istəyə bilər. Təbiiki, ilk köməkliyi yol polisi göstərir. Sonradan isə onlar təcili yardıma çağırışverir və təcili yardımın həkimləri də operativ olaraq özlərini hadisə yerinə çatdırırlar.

Biz gördüyümüz vəşahidi olduğumuz bir neçə epizodu yada saldıq. Yada saldıq ki, Azərbaycan polisiən çətin şəraitdə və mürəkkəb durumda sürücülərə, sərnişinlərə necə köməklik göstərir.Biz Azərbaycan polisi ilə həmişə fəxr etmişik və bu gün də fəxr edib qürur duyuruq.Çünki Azərbaycan polisinə çox vətənpərvər, dövlətə, cənab Prezidentə sədaqətlə xidmətedən general-polkovnik Ramil Usubov rəhbərlik edir.


TƏQVİM / ARXİV