adalet.az header logo
  • Bakı 11°C

Bircə Mirzə Cəlil ola bilsəydim...

RÜFƏT SOLTAN
26618 | 2016-10-12 14:05

Düşünürəmki, mən Mirzə Cəlil ola bilərəmmi? Bəlkə də yazılarımda eləcə Mirzə Cəlilitəbliğ eləmişəm, özüm də bilmədən. Böyük sənətkar öz satiralarında xalqınıdaima tənqid edirdi. İllər sonra yavaş-yavaş anladılar ki, əslində kişi özmillətinə bağlılığı və sevgisi ilə, beləcə onlara qarşı yönələn ürək yanğısınınbədii təsviri ilə yazıb yaradırmış. İndi bilmirəm ki, mən də elə bir hərəkətəyol vermişəm, ya yox. Həyatdır də, tutalım ki, Mirzə Cəlillik eləmişəm. İşdibirdən mən çox yaşamasam, o zamanyazılarım tarixin dərin qatlarına gömüləcək. Ömür billah heç kəsin də ondanxəbəri olmayacaqdır. "Həvəskar biri idi, yaşasaydı bəlkə püxtələşərək birgüldan çıxarardı ortaya. Allah rəhmət eləsin”.

-Ölənlərinizərəhmət!

Siziintizarda saxlamaq istəməzdim əziz oxucularım! Mənim bir köşə yazım universitetdəali təhsil aldığım dönəmdə peyda olmuşdu. Belə ki, tam ali təhsil almaq istəyənbəzi yoldaşlarımı tənqid eləməyə başladım. Bilirdim ki, mənə qarşı kinyaradacaq bir məqalədir. Gördüm ki, nəfsim məndən daha güclü çıxdı. Nəysə,onların içərisində inciyənlər də üzə çıxmış oldu, hətta nifrət edənlər də vəhəmçinin vaxtilə aramızda nifaq düşmüş və o zamandan bəri mənə qarşı intiqamhissi ilə yaşayan bəziləri. Onları ayırd eləmək elə də çətin olmadı mənə.Baxın, yuxarıda üç kateqoriya ayırdım: İnciyənlər-hansı ki, bu yazımınqarşısında sadəcə susdular.

Nifrətedənlər-Öz fikirlərinin çəkinmədən bəyan elədilər.

VəƏzəli düşmənlərim-Yəni onun-bunun, daha doğrusu nifrət edənlərin fikirlərinidəstəkləyirdilər.

Əslindəburada dördüncü kateqoriya da olmalı idi. Amma görürsünüz ki, yoxdur. Dahaonların da hansı sıra dostum olduğunu siz tapın!

Söhbətiilişdirmək istəmirəm, hələ sona çatmamışıq. Əziyyətdi "mən ölüm-əlimvaratnikimdədi” sona qədər oxuyun ki, sonra deyim mənim oxuyan dostlarım var.Bəlkə sizi onda dördüncü kateqoriyaya əlavə elədim.

Dostlarımınarasında kimin dərdi, sirri var, mənim sifətimə çırpırlar. Daha xəbərləriyoxdur ki, qarşılarında danışdıqları sadəcə bir divardır, rəngsiz, aboysuz, suvağlıdivar.

Ehh!Dost! Yox bir insan nəfəsi... Bəzilərinizin ağzından pis demirəm, yaxşıolmayan, necə deyim ürəyə yatmayan qoxu gələndə, bəzən hər hansı bir dişpastasının, nanəli saqqızın heyranedici qoxusu divarı nəmləyəndə, siz gedəndənsonra səhərdəndir qarşısını kəsdiyiniz günəş şüası cuşa gəlib divarı qupquruedir. Gördünüzmü, bu gün danışdığınızı sabah boş vərəqə quruduram. Həm sizrahatlayırsınız, həm də mənim hekayələrim günbəgün, anbaan artır.

Mərkəzəgələk: Etiraf edirəm ki, sizin belə boş mənasız, yersiz-falansız, acınacaqlı,lakin əttökən dərd paylaşmalarınıza məcburən qulaq asmalı olurdum. Hələ birGünəşin qabağını kəsirsiniz, sonra da deyirsiniz ki, heç nə yazma. Yazanda daheç kim oxumasın! Vallah bircə yaşlı nəslin nümayəndəsiylə dostluq etsəydim,onun haqqında bir gerçək roman yazardım, böyük nəşə, böyük duyğular vəhəvəslə... Əminəm ki, bu daha uğurlu alınardı. O gün sizin haqqınızda beləcədüşünərkən bu, tədricən yuxuma dönüşdü. Yuxuda görürəm ki, aradan yalan olmasın,təxminən bir iyirmi-iyirmi beş il keçib.Və mən üstünüzdən iraq rəhmətə getmişəm. Hələ ölüm ayağındaykən elə olur ki,hamınızın halından tam müxbir oluram. Görürəm ki, maşallah turp kimi başımınüstünü kəsdirmisiniz. İndi nəyi düşünürəm bilirsiniz? Vallah gəlin indi nəzəriyanaşaq də: tutalım ki, siz bu qədər dərd-ağrı insanısınız (hər halda nəmişlikdivardan bəllidir). Həyat da elə qurulub ki, ona qarşı istər sevgi olsun,istərsə də nifrət hissi, bildiyimiz əsas fundament insan qəlbidir. Yəni his-həyəcan, duyğusallaşma,dərdlərini kiməsə açıb söyləmək halı və s. bu kimi məziyyətlər insanın qəlbinəbirbaşa yönələn ağrıdır. Qəlbi ağrıyan insanın canı necə turp kimi olur? Baxınbunu anlaya bilmirəm. Deməli, sizin vaxtilə qabağımda oturub ağlamağınız, parıldayangözləriniz, hüznlə dolu gülümsəməyiniz... Bunlar hamısı qısası "farşifka”dır dəelə deyil? Belə bir fikir var: "Sirrini sənə danışan insanlardan uzaq dur,çünki onlar götürə bilməyəcəyi yükü sənin üzərinə atmağa çalışırlar”. Ay siziyaramazlar, deməli, bu günə kimi mənim tək axmaq bir divara rast gəlməmişdiniz,indi isə əlinizə keçmişəm deyə elə düşünürsünüz ki, nəmdivaram, nəyəm. Günəşsağ olsun. Mən bunu çoxdan bəri anlamalıydım zatən, bu qədər mənimlə səmimiolan dostlarım bircə yazıma görə kin yaradırlarsa, bu süniliyi çoxdananlamalıydım. Nəysə. Amma sonda sizə bircə kəlməm var: "İşdi, çərxi fələk oyuxudakı kimi gətirəsi olsa, xahiş edirəm qəbrimin üstünə süni güllərqoyarsınız. Təbii çiçəklər tez solur və təptəzə məzarımın üstünü eləyir zibilxana. Süni çiçəklər isə sizinkimi həm "farşifkadır”, həm də uzun ömürlü...

İndisözümün canı odur ki, bir vaxtlar Mirzə Cəlili tənqid edənlərin nəvələrigörkəmli yazıçının əsərləriylə danışırlar.

Rüfət Soltan


TƏQVİM / ARXİV