AQİL ABBAS: İMAM HÜSEYN BİZİM GÖZ YAŞLARIMIZ ÜÇÜN ŞƏHİD OLMAMIŞDI

AQİL ABBAS
128514 | 2016-10-12 15:51

Bu gün Aşura günüdü.

1400 ilə yaxın bundan öncə Kərbəlaçölündə şəhid oldu imamlarımız. Qurbanı olduğum İmam Hüseyn, qurbanı olduğum HəzrətiƏlinin qəzəbnək oğlu Əbülfəzl Abbas, qurbanı olduğumuz imamlarımız şəhidolmadılar ki, biz zəncir vuraq, başımızı yaraq, sinə döyək, ağlayaq.

Onlar şəhid oldular ki, insanlarşərəfli ölümün şərəfsiz yaşamdan nə qədər ucada durduğunu öyrənsinlər.

Onlar şəhid oldular ki,insanların və insanlığın Allaha, dinə sevgisi, düşmənə nifrəti ölməsin.

Onlar şəhid oldular ki, kişilikölməsin, mərdlik ölməsin, qeyrət ölməsin. Onlar şəhid oldular ki, bizə əqidəyolunda şəhid olmağı öyrətsinlər. Vətən yolunda şəhid olmağı öyrətsinlər.Torpaq uğrunda şəhid olmağı öyrətsinlər, xalq yolunda, millət yolunda şəhidolmağı öyrətsinlər.

Onlar şəhid olmadılar ki, bizə zəncirvurdursunlar, sinə döydürsünlər, ağlatsınlar.

İmamlarımızın şəhidliyi dünyadatayı-bərabəri olmayan, misli görünməmiş şəhidlikdi. Hələ dünya tarixində görünməyibki, 72 şəxs (içində cavanı var, ahılı var, xəstəsi var) 15 minlik bir qoşunladöyüşə girsin. Və tarixçilərin yazdığına görə, bu döyüş 2 saat çəkib. 72 şəxsin15 minlik bir qoşunla 2 saat döyüşməsi dünyanın ən böyük qəhrəmanlıq tarixidir.İmamlarımız şəhid olub bu tarixi yaratdılar. Və bu tarixi bizim üçün yaratdılar.

Bir gün yaranan insan onsuz dabir gün ölməlidir. Lap Şirəli Müslümov kimi uzaqbaşı yaşa 167 il, yaşa 200 il,sonra...

İnsanın bəzən ölməyi lazımolduğu an gəlir. Vətən uğrunda, millət uğrunda, torpaq uğrunda, namus uğrundaölməyi lazım gəldiyi an. Və insan həmin an bu müqəddəsliklər uğrunda ölməyibacarmalıdır. Əgər Vətən, topraq, millət yolunda ölümün lazım gəldiyi an qorxubqaçırsansa, ondan sonra yaşamağın heç bir mənası yoxdur, istəyirsən 200 il yaşa.

Necə ki biz Şuşada ölüb qalabilmədik, Ağdamda, Kəlbəcərdə ölüb qala bilmədik. Ölümün lazım gəldiyi an İmamHüseyndən şəhidlik dərsi almış şəhidlərimizlə birlikdə ölə bilmədik. Onlarıölümün pəncəsində, düşmənin qarşısında tək qoyduq. Onlar şəhidlik zirvəsinəucaldı, Allahın yanına ucaldı, biz də yaşayırıq də... Bir az onlardan çox kababyeyəcəyik, bir az onlardan çox kinoya baxacağıq, bir az onlardan çox nə bilim nəedəcəyik.

İndi İmam Hüseynə, o HəzrətiƏlinin qəzəbnək oğlu Əbülfəzl Abbasa, imamlarımıza ağlayırıq. Bizim gözyaşlarımızı qəbul etmir İmam Hüseyn. Bizim göz yaşlarımızı qəbul etmir ƏbülfəzlAbbas.

Onlar şəhid olmadılar ki, bizəağlamağı öyrətsinlər. Onlar şəhid oldular ki, bizə şəhidliyin nə qədər müqəddəs,nə qədər uca, Allah sevgisinə bələnmiş, Allah nuruna qərq olmuş olduğunu öyrətsinlər.

İmamlarımızın sevgisiağlayanlara deyil, Əlif Hacıyevədi, Allahverdi Bağırovadı, Vəzirədi, Riyad Əhmədovadı,Təbriz Ulutürkədi, Şəhidlər Xiyabanında uyuyan şəhidlərədi. İmamlarımızınsevgisi Vətən yolunda, millət yolunda şəhid olan oğlanlarımızadı. İmamlarımızınsevgisi Fred Asifədi, Çingiz Mustafayevədi, Kamil Sabitovadı,Fəxrəddin Səfərovadı,VəzirHaciyevədi...

İmamlarımız bizim ağlamağımızüçün şəhid olmadılar. Şəhid oldular ki, bizə düşməni ağlatmağı öyrətsinlər.

İmamlarımız öz şəhidlikləri ilə dünyadamisli görünməmiş bir tarix yazdılar. Və bu tarixi bizim üçün yazdılar. İndi otarixi yazmaq da bu gün bizdən umulur. Bunu bizdən Allah da umur, bunu bizdənPeyğəmbərimiz də umur, bunu bizdən İmam Hüseyn də umur, bunu bizdən Vətən dəumur, torpaq da umur, analarımız da umur, bacılarımız da umur, balalarımız daumur. Və biz bunu ağlamaqla yaza bilmərik, tarix qılıncla yazılır, şəhidlikləyazılır, qaziliklə yazılır.

Çox xoşuma gələn və tez-tez işlətdiyimbir məsəli yenidən işlətmək istərdim...

... Çanaqqala savaşında üç gününiçində 250 min türk övladı şəhid olub! 250 min! Atatürkə deyirlər ki, paşam,millət qırıldı, bəlkə savaşı saxlayaq? Atatürk deyir:

- Qırılan oğlanları doğmağaanalarımız var, bacılarımız var, qarılarımız var. Bəs İstanbulu kim doğacaq?Onu göstərin mənə, savaşı saxlayım!

... O 250 min şəhidin qanındandoğuldu İstanbul.

Bizdə heç kim demədi kim doğacaqŞuşanı?! Bizdə heç kim demədi kim doğacaq Laçını?! Demədi, demədilər...

Millət Çanaqqalada qırılan millətidi. Millət Şuşa uğrunda ölməyi bacaran millət idi. Sadəcə olaraq, millətinAtatürkü yox idi.

Biz şəhidlərin qanından doğacaqŞuşa! Biz şəhidlərin qanından doğacaq Laçın! Biz şəhidlərin qanından doğacaqQarabağ!

Artıq erməni qoşunları otorpaqlardan çıxmağa məcburdu. Ermənistan işğal etdikləri Azərbaycantorpaqlarını azad etməyə məcburdu. Hələ ki, bizim təklifimiz sülhlə, qansızçıxmalarıdır. Çıxmazlarsa, Ali Baş Komandan buyuracaq və bizlər də Şuşa yolundaşəhid olacağıq və biz şəhidlərin qanından Şuşa doğulacaq!

Mən buna Allaha və Qədir Rüstəmovunsəsinə inandığım kimi inanıram. Və kim buna inanmırsa, kafirdi və İmam Hüseyndəndə şəhidlik dərsi almayıb.

Bu gün Aşura günüdü. Yığışacağıqməscidlərə zəncir vurmağa, sinə döyməyə, yas tutub ağlamağa. İmamlarımız şəhidolmadılar ki, bizi ağlatsınlar. İmamlarımız şəhid oldular ki, insanlara vəinsanlığa, bizə Vətən yolunda, millət yolunda, din yolunda şəhidlik öyrətsinlər!

Və ən böyük xoşbəxtliyimiz odurki, imamlarımızdan şəhidlik dərsi alanların sayı Azərbaycanda yüz minlərlədir,milyonlarladır.

2009 "Ədalət" qəzeti


TƏQVİM / ARXİV