Gözəl qız necə çirkin oldu?

OĞUZ AYVAZ
51967 | 2016-10-11 15:48

Facebook sosial şəbəkəsinə yenicə qoşulmuşdum. Günə üç-dört statusyazır, vaxtımı öldürürdüm. Paylaşımlarımı da üç adam bəyənirdi. Biri özüm, biriqonşum, biri də dostum. Bəzən statuslarım üç laykı ötəndə sevinirdim.

Bir qızla yazışmağa başladım. Profil fotosundakıözü idi. Hər dəfə fotosuna baxanda, gözlərim kəlləmə çıxırdı. Çox gözəlgörünürdü. Vaxt aşırı bu gözəlliyə tamaşa edir, zövq alırdım. Günlərcə,saatlarca yazışırdıq. Hər dəfə ona cavabyazanda həyəcanlanırdım. Yazdığım sözlərə diqqət yetirir, artıq-əksik bir şeyyazmayım deyə dəfələrlə yazdığımı oxuyurdum. Demək olar ki, virtual olaraq qızavurulmuşdum. Qızın da məndən xoşu gəldiyini hiss edirdim. Qızın adı Həmidə idi.Bir gün Həmidə telefon nömrəmi istədi. Dedi, səsini eşitmək istəyirəm. Onunlatelefonda danışırdıq. İlk cümləmi heç vaxt unutmaram: "sizin kimi gözəl birxanımla danışdığıma inana bilmirəm”. Bu sözlərdən sonra gülüş səsləri eşitdim.Bacım, qardaşım səsimi eşitmiş, tez-tez də qımışırdılar. Həmidə ilə telefondadanışarkən səsim titrəyirdi. Buna görə də evdəkilər məni lağa qoyur, şaqqanaq çəkibgülürdülər. Həmidə bir gün yazdı ki, bu gün görüşək. Artıq bir-birimizi görməliyik.Nədənsə alınan qərarlar, fikirlər ancaq ona məxsus idi. Mən isə miskin, mütiadamlar kimi qızın sözünə baxırdım.

Görüşəcəyimiz gün şalvarımı, köynəyimi ütüləmiş,saçımı bahalı gellə yağlamışdım. Dostumun bahalı ətirindən də üzümə, boynumavurmuş, ruslar demiş "şıkarnı” oğlan olmuşdum. Həmidəni görəcəyim anın xəyallarınıqururdum. Həyəcanım birə-on artırdı. Universitetdən çıxdım, dərsim bitmişdi.Vaxt gəlib, çatmışdı. Telefonum səs elədi. Mesaj gəlmişdi: "gəl da səni gözləyirəmaxı”. Qaça-qaça qız dediyi yerə gəldim. Ətrafda heç kim görünmürdü. Arxadan səseşidildi. Səsə doğru çevriləndə başımdan elə bil qaynar su tökdülər. Həmidəbumu idi, ilahi?

Saçları qısa və səliqəsiz, üzündə yekə-yekəsızanaqlar, boyu balaca, dişləri sap-sarı, ayaqları futbolçuların ayaqları kimiəzələli və iri. Gözlərimə inana bilmirdim. Neçə gündü xəyalları ilə yaşadığımqız sən demə başqa planetin adamı idi.

-Salam,necsən? Nə olub kefin yoxdu?

-Salam,yox dərsdən çıxmışam, yorğunam.

-Yoxsaməni bəyənmədinmi?

-Əksinəbəyəndim, təbii gözəlliyin var.

-Ayçox sağ ol!

Təəssüf dolu əhval öz ağuşuna almışdı məni. Qızdanqurtulmaq üçün bir bəhanə lazım idi. Beynim tormuzlanmışdı. Həmidə nəsədanışırdı. Ancaq dediyi sözlər havada aslı qalırdı. Şok vəziyyətim davamedirdi. O, isə dili qəfəsə qoymadan sözləri üyüdürdü. İrəlidə bir dükanınqarşısında dayandıq. Bir şey almalıyam dedi və içəri girdi. Birdən beynim xodadüşdü. Ətrafa göz gəzdirdim. Hava buludlanmış, küçələrdə adamlar çoxalmışdı.Fikirləşdim ki, telefonumun zəngli saat bölməsinə vaxt qoyum, guya zəng gəlir vəevə gedirəm. Həmidə dükandan çıxdı. Gəzdiyimiz an telefonum səs eləməyəbaşladı.

-Bəli,nə? Doğurdan? Hə, bu saat gəlirəm, gəlirəm.

Həmidə təəccüb dolu baxışları ilə üzümə baxdı. Evisu basıb. Təcili evə getməliyəm-dedim. Qızı yola salıb, piyada evə getdim. Yolboyu bəxtsizliyimdən gileyləndim.

TƏQVİM / ARXİV