ANA SƏHİFƏ / YAZARLAR

Gözəl qız necə çirkin oldu?

34130    |   2016-10-11 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Facebook sosial şəbəkəsinə yenicə qoşulmuşdum. Günə üç-dört status yazır, vaxtımı öldürürdüm. Paylaşımlarımı da üç adam bəyənirdi. Biri özüm, biri qonşum, biri də dostum. Bəzən statuslarım üç laykı ötəndə sevinirdim.

Bir qızla yazışmağa başladım. Profil fotosundakı özü idi. Hər dəfə fotosuna baxanda, gözlərim kəlləmə çıxırdı. Çox gözəl görünürdü. Vaxt aşırı bu gözəlliyə tamaşa edir, zövq alırdım. Günlərcə, saatlarca yazışırdıq. Hər dəfə ona cavab yazanda həyəcanlanırdım. Yazdığım sözlərə diqqət yetirir, artıq-əksik bir şey yazmayım deyə dəfələrlə yazdığımı oxuyurdum. Demək olar ki, virtual olaraq qıza vurulmuşdum. Qızın da məndən xoşu gəldiyini hiss edirdim. Qızın adı Həmidə idi. Bir gün Həmidə telefon nömrəmi istədi. Dedi, səsini eşitmək istəyirəm. Onunla telefonda danışırdıq. İlk cümləmi heç vaxt unutmaram: "sizin kimi gözəl bir xanımla danışdığıma inana bilmirəm”. Bu sözlərdən sonra gülüş səsləri eşitdim. Bacım, qardaşım səsimi eşitmiş, tez-tez də qımışırdılar. Həmidə ilə telefonda danışarkən səsim titrəyirdi. Buna görə də evdəkilər məni lağa qoyur, şaqqanaq çəkib gülürdülər. Həmidə bir gün yazdı ki, bu gün görüşək. Artıq bir-birimizi görməliyik. Nədənsə alınan qərarlar, fikirlər ancaq ona məxsus idi. Mən isə miskin, müti adamlar kimi qızın sözünə baxırdım.

Görüşəcəyimiz gün şalvarımı, köynəyimi ütüləmiş, saçımı bahalı gellə yağlamışdım. Dostumun bahalı ətirindən də üzümə, boynuma vurmuş, ruslar demiş "şıkarnı” oğlan olmuşdum. Həmidəni görəcəyim anın xəyallarını qururdum. Həyəcanım birə-on artırdı. Universitetdən çıxdım, dərsim bitmişdi. Vaxt gəlib, çatmışdı. Telefonum səs elədi. Mesaj gəlmişdi: "gəl da səni gözləyirəm axı”. Qaça-qaça qız dediyi yerə gəldim. Ətrafda heç kim görünmürdü. Arxadan səs eşidildi. Səsə doğru çevriləndə başımdan elə bil qaynar su tökdülər. Həmidə bumu idi, ilahi?

Saçları qısa və səliqəsiz, üzündə yekə-yekə sızanaqlar, boyu balaca, dişləri sap-sarı, ayaqları futbolçuların ayaqları kimi əzələli və iri. Gözlərimə inana bilmirdim. Neçə gündü xəyalları ilə yaşadığım qız sən demə başqa planetin adamı idi.

- Salam, necsən? Nə olub kefin yoxdu?

- Salam, yox dərsdən çıxmışam, yorğunam.

- Yoxsa məni bəyənmədinmi?

- Əksinə bəyəndim, təbii gözəlliyin var.

- Ay çox sağ ol!

Təəssüf dolu əhval öz ağuşuna almışdı məni. Qızdan qurtulmaq üçün bir bəhanə lazım idi. Beynim tormuzlanmışdı. Həmidə nəsə danışırdı. Ancaq dediyi sözlər havada aslı qalırdı. Şok vəziyyətim davam edirdi. O, isə dili qəfəsə qoymadan sözləri üyüdürdü. İrəlidə bir dükanın qarşısında dayandıq. Bir şey almalıyam dedi və içəri girdi. Birdən beynim xoda düşdü. Ətrafa göz gəzdirdim. Hava buludlanmış, küçələrdə adamlar çoxalmışdı. Fikirləşdim ki, telefonumun zəngli saat bölməsinə vaxt qoyum, guya zəng gəlir və evə gedirəm. Həmidə dükandan çıxdı. Gəzdiyimiz an telefonum səs eləməyə başladı.

- Bəli, nə? Doğurdan? Hə, bu saat gəlirəm, gəlirəm.

Həmidə təəccüb dolu baxışları ilə üzümə baxdı. Evi su basıb. Təcili evə getməliyəm-dedim. Qızı yola salıb, piyada evə getdim. Yol boyu bəxtsizliyimdən gileyləndim.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK