ANA SƏHİFƏ / RUBRİKA

Gənc Aprel döyüşçüsü: "Komandirim qollarımda can verdi" - DÖYÜŞ TARİXİ

93148    |   2016-10-10 20:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprel döyüşləri xalqın milli iradəsini üzə çıxardı. Paytaxtda küçələrə, prospektlərə toplaşan Azərbaycan milli şüuru həmin anlarda cəbhədə döyüşən əsgərlərimiz, zabitlər və gizirlərimizin ruhuna bağlanmışdı. Müharibədə hər iki tərəf itki verə bilər. Bu bir savaş, iradə və dözüm tələb edən mübarizədir. Kim daha üstün oldusa daha az itki verən tərəf olacaq. Erməni silahlı qüvvələrinin süni şəkildə azaldılmış itki sayı belə bizim şəhid oğullarımızın sayından çox idi. Təbii ki, müharibə iştirakçısı olmayan bir şəxs bu məlumatları ancaq qəzetlərdən, televiziya kanallarından öyrənə bilər. Lakin istər Lələtəpə, istərsə də Talış istiqamətində gedən böyük döyüşlərin iştirakçıları düşmənin torpaqlarımızdakı səngər və postlarında hər addımbaşı yerdə sərilmiş meyitlərini görüblər və tam halı ilə arxayındılar ki, erməniləri "Doğulduqlarına peşman etmişik". Yəqin anladınız ki, kim daha çox itki verib. Xain hər yerdə xaindir, eləcə də qorxaqların yeri yurdu olmur. Rubrikamızın gənc qonağı Aprel döyüşlərində Füzuli rayonu, Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak etmiş Qartal Ovçiyev də belə düşünür. O deyir ki, biz öz meyitlərimizə sahib çıxdığımz halda düşmənlər qorxularından özlərinkini elə oradaca qoyub geri çəkilmişdilər: "Hava erməni cəsədlərinin qoxusu ilə zəhərlənmişdi elə bil. Mən özüm də şəhid və yaralı əsgər yoldaşlarımızı geri gətirmək üçün getmişdim. Qucağımda neçə əsgər gözünü yumdu. Təbii ki, 19 yaşlı bir gəncin gözləri müharibə görməyə adət etməyib. İndi siz düşünün, mən və əsgər yoldaşlarımın irəli atılmağı bir qədər təəccüb yarada bilər, sizin beyniniz də sual işarələri qoya bilər. Bu sualların yalnız bir cavabı var: MÜHARİBƏ". Çünki müharibədə yaxşı mənada insan vəhşiləşir. Başqa heç nə düşünmürsən. Və bir də mənə elə gəlir ki, müharibə görmüş insanlar daha tez böyüyürlər.


Bir vaxtlar əsgər yoldaşım olmuş Qartal Ovçiyevlə indi üz-üzə söhbət etməyimiz belə möcüzədir. Düşmən tankının hədəfinə tuş gələn Əsgər Ovçiyev öz komandirini qollarında qeyb edib. Gənc qazimiz həmin hadisəni belə xatırlayır: "Şəhid komandirim Çavuş Quliyev əvvəla çox cəsur və mərd insan idi. Ən vacibi isə ona tabe olan əsgərlərini çox istəyən biri olub. Hətta bizə qardaş qədər yaxınlıq edib. Belə bir insanın qollarımda öləcəyini görmək məni sarsıtdı. Müharibədən əvvəlki vaxtımızda deyərdilər ya ölüm, ya sağ qalmaq. Bu tezisin mənasını anlamırdım. Lakin həmin çaxnaşmanın ortasında olanda artıq hər şeyi çox gözəl anlayırdım. Aprelin 1-dən 2-nə keçən gecə döyüşlər başladı. Əvvəlcə şəhid komandirim, ardınca isə mən irəli atıldım. Bizdən əvvəl kəşfiyyatçılarımız düşmən tərəfə keçib yolumuzu açmışdılar. Bizim irəliləyə bilməyimiz kəşfiyyatçılarımızın hesabına olub. Əlqərəz, Lələtəpə yaxınlığında artıq düşmənin ərazimizdə olan postlarına yaxınlaşırdıq, lakin postlara daxil olmaq qəti qadağan idi. Çünki düşmən qüvvələri öz postlarının koordinatını bildikləri üçün bizə birbaşa minamyotlarla zərbələr endirə bilər. Ətrafdakı səngərlərdə gizli çalalarda mövqe tutmuşduq. Bu zaman bir qədər qabaqda erməni tankının dayandığını gördük. Ehtiyatlı olmalı idik və çalışdığımız qədər topluluqdan kənarlaşırdıq. O ərəfədə bizim tankımız düşmən tankına zərbələr endirib onu sıradan çıxardı. Lakin arxadan gələn daha bir tank biz tərəfi hədəf alıb atəş açdı..."

Qartal Ovçiyev elə ən ağrılı anlarını o zərbədən sonra yaşayıb.

Elə bildim ki, qolumun birini itirmişəm

- Partlayış baş verəndən sonra nə xatırlayırsan?

-Onu bilirəm ki, tank mərmisi yanımıza düşəndə məni, komandirimi və yoldaşlarımı kənara tulladı. Bir neçə saniyə sonra toz-duman yenəndə artıq özümü hiss etməyə başladım. Əvvəlcə elə düşündüm ki, qolumu itirmişəm, çünki gözüm açıqda qalsa da şokda idim. Boynumu çevirib ətrafa baxmaq istəyəndə qəlpənin məni zədələdiyini anladım".


Mərmi qəlpəsi əsgər Ovçuyevin üz nahiyəsindən daxil olaraq baş sümüyünü zədələmişdi. Xoşbəxtlikdən qəlpə onun beyin nahiyəsinə daxil olmayıb. Həmçinin qan itkisi və zərbə təsiri onun bədənini haldan salmışdı:

"O anı təsəvvür etməyiniz çox çətindir, filmlərdə gördüklərimi realda yaşadım. Artıq sürünərək təhlükəsiz bir yerə keçməliydim, yaxınlıqda bizə yardım edəcək biriləri görsənmirdi, bir qədər də sürünüb özümü səngərə atanda orada komandirim Çavuş Quliyevi uzanmış halda gördüm. Özümdə güc toplayıb yaxınlaşdım və başını qoluma qoydum. Elə o anda da komandir gözlərini yumdu və əbədiyyətə qovuşdu. Onun ölümü ilə barabər hələ dünyaya gəlməmiş körpəsinin atasız qalması insan mənəviyyatı üçün bir başqa zərbədir. Oradan uzaqlaşmağa başladım, səngəri aşanda artıq müvazimətimi itirib dərəyə yuvarlananda huşumu itirmişdim... Gözümü açanda gördüm ki, artıq hospitaldayam".

Aprel döyüşlərində yaralanan həmvətənlərimizi Füzulinin Əhmədbəyli kəndində yerləşən Mərkəzi Hospitala daşıdılar. Qartal da həmin hospitalda bir gün qaldıqdan sorna sabahısı gün onu Bakıya köhnə "Papanin adlanan indiki Mərkəzi Hərbi Klinik Hospitala gətirdilər. Şokda olan bu gəncin özünə gəlməsi üçün isə zaman lazmı idi..

Əsgər yoldaşım mənə dedi ki,"bağışla, sənə kömək edə bilməyəcəm".

"Hərbidə tanış olduqlarımın çoxu şəhid oldu. Bəziləri gözümün önündə can verdilər, bəziləri yaralandı, bəzilərinin isə şəhid olduğunu Hospitalda olanda öyrəndim".

Hal-hazırda ikinci qrup Qarabağ əlili olan Qartal Ovçuyev başından aldığı həmin qəlpə yarasından sonra çox ağrılar çəkdiyini deyir. Müalicəsi başa çatsa da aldığı yaranın fəsadları qalmaqdadır: "Bəzən sağ qulaq nahiyəmdə ağrılar olur, eşitməkdə çətinlik yaşayıram, amma inanıram ki, zamanla düzələcəm, daha sağlam olacağam".

-Müharibə yarası tək olmur hə?

-Çoxdur. Yaddaşımda qalan əsgər yoldaşlarımı, komandirimi itirməyim, həmçinin məni döyüş meydanında yaralı qoyub gedən səngər yoldaşlarımı da unutmamışam. Bu qəlpə bircə yaddaşıma zərbə vura bilməyib. Tank mərmisinin partlamasından sonra özümü itirmişdim, tərpənə bilmirdim, ətraf yaralılar olsa da, bu partlayışdan zərbə almayan iki əsgər yoldaşımı başımın üstündə gördüm. Təsəvvür edə bilməzsən ki, başımızın üstündən minamyontlar, trasillər şığıyırdı. Belə məqamda sağ qalan yoldaşlarımı da başa düşmək olardı, ancaq mən heç bir zaman əsgər yoldaşımı yaralı vəziyyətdə o bombardamanın ortasında qoyub "Bağışla sənə kömək edə bilməyəcəm" deyib qaçmazdım. Onlar mənə bunu dedilər. Hər halda bunu edə biləcək biri olsaydım orduya yazılıb adımızı batırmazdım.

Jurnalist mövqeyimi qoruyaraq bu məsələdə münasibətimi gizlədirəm, hər halda əsl vətənpərvər və Qarabağ qaziləri, o cümlədən veteranları bunu qiymətləndirsin. Məni qürurlandıran odur ki, bir vaxtlar silahdaşım olan biri ilə həmsöhbət oldum. Birlikdə xatirələrimizi danışdıq. Qartal Ovçiyevlə ağrılarımız yaxındır. Eyni komandirlərin tabeliyində xidmət etmişik, deməli, şəhid qürurunu mən də onun kimi yaşayıram. Bu mənim üçün fəxarətdir, başucalığıdır. Elə Qartal üçün də. Aprel döyüşləri başlayanda informasiya portallarında ard-ardına tanıdığım əsgər yoldaşlarımın, komandirimin ölüm xəbərini eşitdim. Qartalla yaxın dostluğum istər-istəməz onu da düşünməyimə səbəb oldu. O mənim kiçik qardaşım kimidir. Bakıda Mərkəzi Hərbi Klinik Hospitala ziyarətə gedəndə bu əsgəri möhkəm qucaqlamq istədim. Lakin məlum səbəbdən həkim buna icazə verə bilməzdi. Onun əsgər yoldaşım olduğu üçün deyil, həm də Aprel döyüşlərində cəsarətlə mübarizə apardığı üçün bağrıma basmaq istədim. Aprel döyüşündə mərdliklə vuruşmuş hər bir azərbaycanlı mənin qardaşımdır çünki...

Rüfət Soltan




İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK