adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Oktyabr 2016 19:02
21025
MƏMLƏKƏT
A- A+

MÜQAYİS VERDİYEV HƏBS EDİLDİ

Dünən saytımızda Müqayis Verdiyevlə bağlı məlumat dərc edilmişdi. Aldığımız rəsmi məlumata görə, Müqayis Verdiyev bu kimi əməlləri təkrarladığına görə həbs edilib. 

****

Saytlarda oxudum ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iş adamı Müqayis Verdiyevə 12 milyon manat pul borcludu vermir. Yəni Müqayis Verdiyev Sumqayıtın dənizkənarı bulvarınımı, haranımı bir belə xərc çəkib abadlaşdırıb, indi həmin pulu şəhər icra hakimiyyətindən ala bilmir.

Müqayis Verdiyevin 12 milyon manat pulu vardı ki, o boyda işə xərcləyə bilsin? Elə şeylər yazın ki, inandırıcı olsun.

Möhtərəm prezidentin Sumqayıta sonuncu səfəri, görülən işlərdən razı qalması, şəhər icra başçısı haqqında xoş sözlər deməsi görünür kimlərisə bərk qıcıqlandırıb, indi bunu atıblar ortalığa.

Bilməyənlər bilsin ki, Müqayis Verdiyev bir dəfə belə şeylərə görə həbs olunub.

Sonda. Həm Sumqayıt şəhər icra başçısına, həm də digər rayonların icra başçılarına bir iradımız var. Bir iş gördürəndə iş gördürdüyünüz adamın bir keçmişi ilə maraqlanın, fəaliyyəti ilə maraqlanın ki, sonra belə şər-böhtana düşməyəsiniz!