adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İstifadə etmədiyin

FƏRHAD ŞABANOV
36533 | 2013-02-09 00:50
Türkiyədəkiilk aylarımdan biriydi. Dərsdən evə qayıdanda gördüm ki, poçt qutusundakağız-kuğuz var. Poçt qutusunu açıb kağızları götürdüm və evə qalxdım. Kommunalödəmələrin yazıldığı fakturalar idi. Birdən gözümə sataşdı ki, bu fakturalarınüzərində bizimkilərə baxanda daha çox yazı var. Elektrik fakturasını götürübgözucu baxım dedim. Gördüm ki, üstündə istifadə miqdarından yol puluna qədərhər şey yazılıb. Ən aşağıda isə ümumi məbləğ yazılıb.

Bufakturada iki şey diqqətimi cəlb etdi. Birincisi "TRT bedeli",ikincisi "kaçak kullanım bedeli". TRT Türkiyənin dövlət kanalıdı.Yəni ki, dövlət kanalı üçün - büdcədən ayrılan məbləğdən əlavə olaraq - hərailədən 1-2 lira yığıb işçilərinə maaş verirlər, müəyyən proyektləri həyatakeçirirlər. Düşünün ki, ömründə heç TRT-yə baxmayan adamlar da oradaişləyənlərin maaşını verir. Bunun məntiqini hələ də başa düşmürəm. Dövlət TRTüçün həm büdcədən əlavə məbləğ ayırır, həm də camaatdan pul dilənir. Normalda1-2 lira küçədəki ehtiyac sahiblərinə verilən puldur. Bizim pul ilə 50 qəpikedir.

Əsas ciddinarahatlıq doğuran məqam isə ikinci məsələdir - kaçak kullanım bedeli. Tutaqki, dövlət enerji üçün hər ay 10 milyard lira ayırır və vətəndaşlara satırhəmin enerjini. Satdığı enerjidən 5 milyard əldə edir və bu halda 5 milyardziyanda olur. Evində sayğac olan vətəndaşlar nə qədər enerjidən istifadə edibsəonun qarşılığını ödəyir. Ancaq hər kəsin evində sayğac yoxdur axı. Kimsə əsaselektrik şəbəkəsindən qeyri-qanuni elektrik xətti çəkib öz evinə və istifadəetdiyi elektrikin əvəzində heç kimə pul ödəmir. Bu halda dövlət vətəndaşlardan"kaçak kullanım bedeli" alaraq özünə dəyən ziyanı kompensasiya edir.Bəs dövlət kimdən alır həmin kompensasiyanı? Evində sayğac olan - qanuna tabeolan -vətəndaşlardan. Yəni ki, oğruların oğurladığını dövlət adi vətəndaşlardanalır. Çünki onsuz da evində sayğac olmayan adama faktura getmir.

Bunun adıdövlət terrorudur. Dövlət, dövləti ziyana salan vətəndaşları cəzalandıra bilmirvə bunun əvəzinə hər bir qanuna tabe olan vətəndaşları cəzalandırır. Bununladövlət öz acizliyini nümayiş etdirir. Son illərə qədər hər kəs başını aşağısalıb istifadə etdiyi işıqdan əlavə oğruların istifadə etdiyi qeyri-qanuniişığın da pulunu verirdi. Son illərdə xəbərlərdə tez-tez qarşıma çıxır ki,istifadəçilər məhkəmələrdə öz haqlarını axtarmağa başlayıb. Haqlı olaraq "kaçakkullanım bedeli"ni ödəmək istəmədiklərini deyirlər. Məhkəmədən isə zərərçəkənlərin leyhinə qərar çıxdı. Artıq Türkiyə vətəndaşları "kaçak kullanımbedeli"ni ödəmir.

Bəs bu"kaçak kullanım bedeli"nin tarixçəsi nədir? İndi sizinlə çox ciddiaraşdırmalarımın nəticəsini paylaşacam.

Türkiyəninən problemli bölgəsi olan cənub-şərqi Anadoluda - sakinlərinin əksəriyyətikürdlərdir və PKK-nın ən çox bəsləndiyi yerdir - yaşayan insanların şəraitiTürkiyənin qərb, ya da şimal bölgəsində yaşayan insanların şəraitinə görə çoxpisdir. Bu bölgə nə sənaye, nə infrastruktur baxımından inkişaf edib. Bubölgədəki insanların əksəriyyəti qaçaqmalçılıqla məşğuldur. Çünki insanlarındolanması üçün başqa şərait demək olar ki, yoxdur. Bu bölgənin coğrafi quruluşuda inkişafına mane olur. Daha çox dağlıq ərazilərdir bu bölgədə. Bu bölgədəkiinsanların PKK-ya dəstək verməsində bu şəraitsizlik də önəmli rol oynayır.Çünki bir çıxış yolu tapacaq başqa çarələri yoxdur. Bu bölgənin təməli artıqilleqal xəmirlə yoğurulub. Yəqin ki, nəticəni özünüz çıxartdınız. Bu bölgədəistifadə olunan işığa, suya, qaza görə heç kim heç hara pul ödəmir.

Bu bölgənininsanları sanki dövlətin ögey övladlarıdır. Ögey övlad istər-istəməz dahadəcəl, daha söz dinləməz olur. Dövlət bu bölgənin inkişafı üçün heç bir addımata bilmir. Çünki heç bir iş adamı həmin bölgəyə investisiya qoymaq istəmir.Qoyulan investisiyanı bir gecənin içində havaya uçurmaq PKK-nın əlində heçnədir. Ona görə hamı qorxur, ona görə heç kim yaxınlaşmır. Böyük şəhərlərdəbəzi məhəllələr olur ki, ora kənar adamlar girə bilmir. Köhnə Bakıdakı, köhnə"Sovetskiy" kimi. Cənub-şərqi Anadolu da həmin cür. Qıraq adamlargirə bilmir. Oranın öz qayda-qanunları var. İşıq pulu ödəmirlər, vergilərinivermirlər, dövlətə qarşı baş qaldırırlar.

Bəs Türkiyənindoğma övladları? Qanuna tabe olan normal vətəndaşlar. Onlar vergiləriniverirlər, dövlətlərinə qarşı səmərəlidirlər. Və onları ən çox narahat edənsəbəblərdən biri də Türkiyənin ögey övladlarının dövlətə qarşı olanmünasibətidir. Deyirlər ki, nə vergi verirlər, nə qayda-qanun sayırlar. Ancaqdövlət hər şeyin əvəzini bizdən çıxır. Bu nə qədər ədalətlidir? Türkiyənincənub-şərqi Anadolu ilə digər bölgələri arasında çox ciddi qopma meydana gəlib.Get-gedə nifrətə dönüşür. Dövlətin yalnış siyasəti də bu yanğının üzərinəbenzin tökür.

Türkiyəninbu problemi kor bir insanın baxışları qədər dərin və eyni zamanda harabaxdığını bilməmək qədər məqsədsizdir. Vətəndaşlar arasında qopma, dövlətinbölünməsinə gətirib çıxarır. Türkiyə kimi bölgədə sözü keçən və stratejicəhətdən önəmli bir dövlətin inkişafındakı ən böyük əngəl də elə bu səbəblərdəndoğur.

AvropaŞurası Baş Katibi ötən günlərdən birində dedi ki, Ərdoğan Kürd problemini həlletsə zənnimcə Nobel Sülh mükafatına namizəd göstəriləcək. Hətta çoxbilmiş avropalıda bilir bu problemin heç vaxt həllini tapmayacağını. Çünki heç bir avropalı nəTürkiyəni düşünür, nə türkiyəlini. Zənnimcə, kürdlərə muxtariyyət verilməsə,heç bir sülhdən söz gedə bilməz. Həmin halda isə Türkiyədə daha ciddibaşqaldırışlar olacaq. Düşünürəm ki, 2013-cü ildə Kürd məsələsi ya o yanlıqolacaq, ya bu yanlıq. Yaşayaq, görək!

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV