adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Oktyabr 2016 11:40
35615
HÜQUQ
A- A+

Cahangir Hacıyevin bacanağına 7 il həbs verildi

"Beynəlxalq Bank”ın sabiq İdarə Heyətinin sədri Cahangirin Hacıyevin mənimsəmədə təqsirləndirilən bacanağı İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Hidayət-Zadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti verib.

Qeyd edək ki, "Beynəlxalq Bank”la başlanan cinayət işi çərçivəsində İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 179 .3.2( külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İsmayıl Hidayətzadə "İntertabakko” MMC-ə rəhbərlik edib. Bu MMC qeyri-rəsmi Cahangir Hacıyevə məxsus olub.