adalet.az header logo
  • Bakı 18°C

Şairin ölümü

XURAMAN HÜSEYNZADƏ
36501 | 2013-02-09 00:50
Tanrı onunalnını yazmamışdı. Onun alnı Tanrı üçün qaralama dəftəri idi. Hansısa şərəfsizbir məmura epik janrda sicilləmə xoş sözlər yazdığı halda bu binəvaya cəmi birbənd qara gün haqda səhv-sühv bayatı yazmışdı...

İlkantropomorfizm ruhlu şeirlərini uşaq olanda yazdı: gül-çiçəyə, kəpənəklərə,gecəyə, yağışa... Sonra bığ yeri tərlədi. Şeirlərindəki kəpənəklər uçdu, getdi,yerini ağ göyərçin əllərə verdi; gecələr öz rəngini sevgilisinin saçlarındanaldı...

Şeiryazdıqca ruhu pərvazlandı. Hərbi xidmətdən kəpənək-kəpənək şeirli məktublargöndərdi sevgilisinə. Sonra bildi ki, şair imiş. Şeirləri mətbuata ayaq açdı.Səhərlər sevincək qəzet köşklərinə qaçdı. Bir şeirini bəlkə yüz dəfə oxudu.Sevindi, uçmağa qanad axtardı... Ev-ev, küçə-küçə qanadlandı şeirləri. Kəndəsığmadı şair. Şəhər onu çəkdi özünə. Şəhərə gəldi. İlk pənah gətirəcəyi yeriartıq bilirdi: "Azərbaycan" nəşriyyatı. Bir qəzetdə korrektorişləməyə başladı. Bir daxma da kirayələdi. Artıq həyat adlı o okeanda Lermontovdemiş, tənha yelkən ağarırdı...

Kifgöbələkləri otaq yoldaşı oldu şairin. Bu xarabaya bənzəyən otaqda hər şeyiöyrəndi: yemək bişirməyi, paltar, qab-qaşıq yumağı... Təkcə hörümçəklərdənkünc-bucaqda ona-buna tor qurmağı öyrənə bilmədi...

Səhərlər üztutduğu redaksiyadan axşam ayrıldı. Hər axşam qoltuğunda ucuz araq, bir dişləmkolbasa, bir çörək qaldığı mənzilə döndü... Mənzilində onu bir də tənhalıqgözləyirdi...

Nimdaş,dirsəyi süzülmüş köynək, köhnə şalvarla başını dik tutub yaşadı. Yaltaqlanmağıbacarmadı, kimsəyə əl açmadı. Yedi, içdi, həsrətli, məhəbbətli şeirlər yazdı.Darıxdırıcı janrdan usananda evləndi. Evini dəyişdi. Yenə ucuz, amma bir azgeniş otaqlı mənzil kirayələdi. Balaca-balaca qayğıları dünyaya gəldi-ata oldu.Tənha yelkən dalğalarla təkbaşına mübarizə aparırdı. Saç-saqqalı ağardıqca,uşaqları böyüdükcə gücü də tükənirdi. Uşaqlar da böyüdü, həyat da öz axarıyladavam etdi... Təkcə... Axx, o bir bəndlik alın yazısı!!!

Yoxsulluq,araq öz işini görmüşdü... şair xəstə idi. Müalicəyə, dava-dərman almağa puluyoxuydu. Yatağa düşər-düşməz şairlik işinə xitam verdi. Şeir onu məhvəaparırdı... Araq yoldaşlarının yanında bir sağlıq qədəhi boş qaldı-yeri beləgözə çarpmadı. Kimsələr onu itirmədi, axtarmadı. Və bir gün-şairin səhhətipisləşən gün balaları dözmədi. Aləmə car çəkdilər. Jurnalistin beşi getdi, onbeşi gəldi. Təzə mövzu tapmışdılar: "Şair ölüm ayağındadı!" Yazarlarqələmə qurşandı. Geninə-boluna döşəyib qonorar aldılar. Şair arxa plandaydı.Çəkilib getdilər.

Və bir yazsəhəri dan yeri qızara-qızara göy üzünü tərk edib gedəndə qapqara bir xəbəryayıldı: "Şair öldü!" Yelkən batmışdı...

Əhli-qələmyenə iş başındaydı: nekroloq nekroloq arxasınca yazıldı. Xəstə vaxtı bir dəfəhalını xəbər almayanlar dəfn günü bəlağətli nitqlər irad etməyə başladılar.Qara xəbəri eşidən kimi məzar başında əzbər söyləmək üçün şairin şeirləriniəzbərləmişdilər. Şeir deyən qələmdaşların şəkilləri ertəsi gün qəzetlərdəməzardan daha geniş planda oxucuların görüşünə gəldi...

XuramanHüseynzadə

[email protected]

TƏQVİM / ARXİV