ANA SƏHİFƏ / YAZARLAR

Efirimizin "Bakı vaxtı"

Tanınmış jurnalist Müsəllim Həsənovun təqdimatında

29123    |   2013-02-09 00:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim də bir Bakım vardı. Görmək istədiyim, qalmaq istədiyim şəhər. Gəldim, gördüm, qaldım. Bu şəhərdə imzası, sanbalı olan peşəkar jurnalistlərlə çiyin-çiyinə çalışmaq, onlardan öyrənmək imkanı qazandım.

Müsəllim Həsənov özümə ustad saydığım jurnalistlərdəndi. Bu istedadlı və türklər demiş mütəvazi insanla talesiz bir qəzetdə - "Yeni Yüzil"də bir yerdə çalışmışam.

O Müsəllim Həsənov ki, 1958-ci ildə Şəmkirin Şiştəpə kəndində doğulub.

1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsili başa vurduqdan sonra bir müddət "Azərnəşr"də çalışıb. "Yeni fikir" qəzetində şöbə müdiri, redaktor müavini olub, bir müddət "Panorama" qəzetində şöbə müdiri kimi çalışıb.

1997-2000-ci illərdə Respublika Baş Prokurorunun mətbuat xidmətinə rəhbərlik edib. Yaradıcılığının sonrakı illəri "Media-Holdinq" şirkəti ilə - "Bizim əsr" qəzeti və "Lider" telekanalı ilə bağlıdı. Artıq 3 ildir ki, İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyinin redaktorudu.

O Müsəllim Həsənov ki, İctimai Televiziyanın efirindən yayımlanan "Daşdan tikilmiş şəhər", "Mübariz", Mirzə Fətəli Axundzadədən, Mİrzə Ələkbər Sabirdən, Mİrzə İbrahimovdan bəhs edən sənədli filmlərin ssenari müəllifi olub. Amerika Birləşmiş Ştatlarında uzunmüddətli səfərdə olarkən hazırladığı "Amerika etüdləri" silsiləsi geniş tamaşaçı rəğbəti qazanıb. Bu silsilədən hazırlanan "Alnımızın Qarabağı. Amerikadan oxunanlar", "Tarixdən səhifələr", "Nyu-York mozaikası", "Heydər Əliyev. Şəxsiyyətə Amerikadan baxış" və s. sənədli filmlərinə böyük maraqla baxılır.

Bu gün onunla İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində hazırladığı "Bakı vaxtı" silsiləsi barədə danışmaq istəyirəm. Adından bəlli olduğu kimi bu telelayihə Bakıya həsr olunub.

O Bakıya ki... Mən də bir vaxtlar o Bakını görmək istəyirdim. Gəldiyim, gördüyüm və qaldığım şəhər...

- Jurnalistikaya qəzetçiliklə başlayıb, sonra televiziyadakı fəaliyyəti ilə məşhurlaşanlara Rusiyada, Türkiyədə, elə bizim məmləkətdə də rast gəlmək olar. Siz də hər iki sahədə uğur qazanan jurnalistsiniz. Adaptasiya dövrü sizin üçün necə keçdi?

- Qəzetdən televiziyaya keçidimdən təxminən 10 il ötüb. Ona görə də adaptasiya dövründəki detalları tam xatırlamıram. "Media-Holdinq"in "Bizim əsr" qəzetində çalışanda eyni zamanda "Lider" telekanalının sənədli filmlər redaksiyası ilə də əməkdaşlıq etməyə başladım. Bir müddət bu iki işi paralel gördüyümdən uyğunlaşma prosesinin neçə keçdiyini hiss etmədim. Əslində mən burda ciddi bir fərq görmürəm. Çünki hər ikisi sırf jurnalistika sahəsidir. Olsa-olsa forma fərqi var. Qəzetdə hər şey sadədi. Məqaləni hazırlayırsan, redaktə olunduqdan sonra qoyurlar səhifəyə. Amma televiziyada yaradıcılıq prosesi bir qədər çox vaxt aparır. Bu mərhələdə kollektivin digər üzvləri də - rejissor, operator, işıqçı, montajçı birbaşa iştirak edir. Belə bir kollektiv əməyin məhsulu kimi o vaxtlar "Lider"də erməni təxribatçılarının vaxtilə Bakıda törətdiyi partlayışdan bəhs edən "106 saylı avtobusda partlayış", 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən danışan "63-ün tutqun payızı" və s. sənədli filmlər ərsəyə gəldi.

- Və televiziya jurnalistikasına elə bağlandınız ki, Amerikada yaşayanda da bu sənətdən uzaq qalmadınız. Bioqrafiyanızdakı Amerika dövrü, okeanın o tayına getməyinizin səbəbləri barədə geniş məlumatım var. Oxucularımız üçün də aydın olsun deyə, bəlkə həmin dövr haqqında ətraflı danışaq...

- Azərbaycan Dillər Universitetində çalışan xanımım 2003-cü ildə ABŞ Dövlət Departamentinin ali məktəb müəllimləri üçün keçirdiyi Fulbrayt mübadilə proqramında qalib gəlmişdi. Həmin proqram qaliblərə ailə üzvləri ilə birgə ABŞ-a getməyə imkan verdiyindən biz də bu fürsətdən yararlandıq. Onda Amerikada yaşadığımız altı aya yaxın vaxtda, təbii ki, mən bir jurnalist kimi boş oturmadım və köhnə qəzetçi kimi Amerika həyatı ilə bağlı silsilə yazılar yazdım. Sonra bu yazılar "Adi və qeyri-adi Amerika" adlı kitaba çevrildi. Amerikadan qayıdandan sonra "Lider"də "Adi və qeyri-adi Amerika" adlı silsilə filmlərim də getdi.

2010-cu ildə ikinci dəfə dörd aylığa Amerikaya getdik və bu səfərdən sonra da "Amerika etüdləri" silsiləsi meydana gəldi.

- Kitabın yazılma prosesi məlumdu, bəs uzaq Amerikada çəkiliş qrupunu necə formalaşdırdınız?

- Son səfərimiz zamanı xanımımın əməkdaşlıq etdiyi tanınmış Corc Meyson Universiteti bu işdə bizə yardımçı oldu. Azərbaycandan gələn jurnalist kimi Amerika həyatından sənədli filmlər hazırlamaq istəyimizi onlara bildirəndən sonra universitet rəhbərliyi lazımi şərait yaratdı, operatorla, videokamera ilə təmin etdi. Çəkiləcək filmlərin Amerika həyatının Azərbaycanda daha yaxşı dərk olunacağına kömək edəcəyinə inandıqları üçün hətta universitetin büdcəsindən tələbə operatora müəyyən qonorar da ödədilər.

- Müsahibənin bu yerində Amerikadan Bakıya qayıdaq və "Bakı vaxtı"ndan danışaq...

- Mənim arxivlərdə işləmək həvəsimi birgə çalışdığımız müddətdə yəqin ki, sən də müşahidə etmisən. Arxivlərdə araşdırma apararkən Bakı şəhərinin tarixi, buradakı memarlıq abidələrinin yaranması ilə bağlı maraqlı sənədlərə rast gəlirdim. Elə o zamandan bu mövzuda silsilə verilişlər hazırlamaq ideyası yaranmışdı. 2010-cu ildə İctimai Televiziyanın "Carçı-film" Yaradıcılıq Birliyində çalışmağa başlayandan bu ideyanı həyata keçirmək imkanı qazandım. İctimai Televiziyanın Baş direktoru İsmayıl Ömərovla elə ilk görüşümüzdə bu mövzu barədə bir-iki kəlmə danışdım və o peşəkar televiziya mütəxəssisi kimi mənim nə istədiyimi dərhal anladı, bəzi yeni ideyalar verdi, Bakı barədə söhbətə İçərişəhərdən başlamağı məsləhət gördü. Və bu telekanalda ilk işim İçərişəhər haqqında - "Daşdan tikilmiş şəhər" adlı sənədli film oldu.

Bundan sonra isə "Bakı vaxtı" silsiləsinə başladıq. Bu layihə üçün də hər cür şərait yaradıldı. Qəzetinizin verdiyi fürsətdən istifadə edib telekanalın rəhbərliyinə, layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

- Silsilənin adı da maraqlıdı. Niyə məhz "Bakı vaxtı"?

- Bununla ekran qarşısında oturan tamaşaçılara demək istəyirik ki, indi Bakı vaxtı, Bakı haqqında danışmaq vaxtıdı. Bu silsilədən ilk veriliş Bakının quberniya mərkəzinə çevrilməsi tarixinə həsr edilib. Tarixdən məlumdur ki, 1859-cu ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra quberniya mərkəzinin daha təhlükəsiz yerə köçürülməsi məsələsi gündəmə gəlir və bununla bağlı rus çarına müraciət olunur. Çarın fərmanından sonra həmin il quberniya mərkəzi Şamaxıdan Bakıya köçürülür.

- Bu silsilədən olan verilişlərin bəzilərinə - İsmailiyyə binası, Dəmiryolu vağzalı, Opera və Balet Teatrının binası, Xaqani bağı (köhnə Molakan bağı), Fəvvarələr bağı (köhnə Parapet) barədə çəkdiklərinizə baxmışam. Dəvət etdiyiniz ekspertlərin söhbəti verilişləri daha maraqlı edir. Ekspert seçərkən hansı meyarları əsas götürürsünüz?

- Bu, bizim belə deyək də, ən ağrılı yerimizdi. Danışacağı mövzunu dərindən bilən, fikirlərini tamaşaçılara çatdırmağı bacaran ekspert tapmaq arxivdə çalışmaqdan qat-qat çətindi. Elə mütəxəssislər var ki, mövzunu dərindən bilsə də, bu və ya digər səbəblərdən danışmaq istəmir. Elələri də var ki, danışmaq istədiyi mövzunu dərindən bilmir. İkinci qəbildən olan ekspert nə bizim üçün maraqlıdı, nə də tamaşaçılarımız üçün. Görünür, bu məsələdə biz Rusiya telejurnalistlərinə hələ çox həsəd aparacağıq.

- Müsəllim müəllim, siz də, mən də, əhatəmizdəki dostların əksəriyyəti də Bakıya Azərbaycanın müxtəlif rayonlarından gəlib. "Bakı vaxtı"nı hazırlayarkən ilk vaxtlar gəldiyiniz həmin o şəhər üçün darıxmırsınız?

- Bəzən nostalji hisslər baş qaldırır. Görünür, bunsuz keçinmək mümkün deyil. Amma bu gün paytaxtımız 30-40 il əvvəlki Bakı deyil. Son 10-12 ildə Bakı xüsusi ilə dəyişib və inkişaf edib. Nə qədər qəribə olsa da, bu inkişaf tempi bəzən mənim verilişlərimə mane olur...

- Məsələn?

- "Bakı vaxtı"nda Bayıl həbsxanası haqqında da sənədli film hazırlamaq istəyirdim. Bu həbsxana, səhv etmirəmsə, 19-cu əsrin ikinci yarısında tikilib. Həmin həbsxanada dövrünün çox tanınmış insanları, tarixi şəxsiyyətlər cəza çəkib. Mən bununla bağlı müvafiq arxiv materiallarını toplayana qədər həbsxananı sökdülər. Ona görə də bu istəyimi reallaşdıra bilmədim. Amma Bakının haqqında filmlər çəkiləsi tarixi məkanları çoxdu. Yəqin ki, tamaşaçılar İctimai Televiziyanın efirində "Bakı vaxtı"na hələ çox köklənəcək.

Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK