DİVARIN O ÜZÜNDƏKİ ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
81164 | 2013-02-09 00:46
Əməlli-başlıçaşıb qalmışam. Nədən yazacaığımı bilə-bilə kələfin ucunu tapmaq zülməçevrilib. Elə bil kimsə qəsdimə dayanıb, kimsə mənimlə düşmənçilik edir. Mən dəbu kimsənin kim olduğunu fəhm edə-edə qaranlıqda yox, lap günün günorta çağıotaqda adam axtarıram. Təbii ki, kənardan baxana bu, dəlilik əlaməti kimi dəgörünə bilər. Amma inanın ki, doğru sözümdü, indi təkcə mən yox, az qala bütündünya dəli olub...

Mən beləgötürəndə yer üzünün bütün insanlarının sırasında bəlkə də heç bir nöqtə boydayerdə tutmuram və yer üzünün də bütün insanları təbii ki, bu nöqtədənxəbərsizdi. Xəbəri olanlar üçün də bu nöqtə sıradakı sadəcə bir yerdi. Bax eləbu yerin nöqtə boyda olmasına baxmayaraq, içimə dolan dəlilik, başıma vurandəlilik, tay bilmirəm nə mənədisə məni əməlli-başlı çaş-baş salıb. Və...

Bu günlərdərus qəzetlərindən birində maraqlı bir şey oxudum. Sizə maraqlı gəlməsə də mənəmaraqlı gələn həmin o bir abzaslıq yazıda bildirilirdi ki, dünyanın ən böyük,ən qorxulu və ən qaçılmaz xəstəliyi sevgidi. Bunu bilə-bilə insanlar ona doğrugedirlər!..

Doğrudan dasəni nə gözlədiyini, nələr yaşayacağını, nələrə tuş gələcəyini, nələrdənkeçəcəyini və nəhayət, sonunun sual altında olduğunu bilə-bilə gedirsən...Doğrudu, bizim müdriklər də deyib ki, sevgi insanı kor edir. Təbii ki, bu,məcazi mənada deyilmiş bir ifadədi. Ancaq maraqlıdı, biz kor olmağı da qəbuledirik və gedirik... Bax, yazmaq istədiyim yazının mövzusu yəqin ki, sizə bəllioldu. Amma bu yazının hardan başlamağın ip ucunu tapa bilməmək məni həm dəhövsələdən çıxarır. Elə bil ki, sözlər də pərən-pərən düşüb. Görəsən, sözlərənə olub? Bəlkə sözlər də hardasa mitinq edirlər və yaxud kiminsə qapısına daşatılar, bilmirəm. Sadəcə hiss edirəm ki,yazmaq, demək istədiyim sözlər indikiməqamda nə dilimin ucundadı, nə da ağlımda. Heç ürəyimdə də deyil...

Ona görə dəadi qaydada, adi üslubda yazmağa cəhd göstərirəm və yazduqca da hiss edirəm ki,deyəsən axtardığım adam divarın o biri üzündədi. Oturub orda öz sükutununiçində kölgəsini ətrafıma dolandırır, kölgəsi mənə nəzarət edir, kölgəsimənimlə baş-başa qalır...

Çoxmaraqlıdı, insanın özü divarın o biri üzündə, kölgəsi burda mənim yanımda. Azqala yadıma böyük Üzeyir bəyin Məşədi İbadın dilə ilə dediyi o məşhur nəğmədüşür: "Yar o yanda, mən bu yanda..."

Eləbilməyin ki, indi səsimə kimsə səs verəcək və yaxud kimisə köməyə çağıracam.Yox, adama gülərlər. Gülünc duruma düşmək, dəlilik əlamətlərinin artmasınasəbəb ola bilər. Axı bizdə daha sevənə Məcnun demirlər, dəli deyirlər! Həttasevənin cinsinə də fərq qoymadan işlədirlər bu sözü. Çünki indi sevgi dəbdədeyil, mesaj dəbdədi...internet saytları məsələləri həll edir... körpü rolunuoynayır...

Deyəsənmövzudan uzaqlaşdım. Amma qınamayın, axı əvvəldə dedim ki, yazıya ipucu tapa bilmirəm. Mən buçaşqın durumun içərisində mənimlə bərabər dəli olan, daha doğrusu, mən dəlinidə öz dəliləri sırasına qatan dünyanın bir neçə dəliliyinə etiraz etməkistəyirəm. Onlardan ən birincisi, olduğun kimi görünməməkdi. Bax, busəbəbdəndir ki, olduğu kimi görünməyənlərin üstünə qoşun-qoşun dəlilər gedir, basqılar olur...Əslində qoşun-qoşun gedən dəlilər də, basqı edənlər də haqlıdılar. Çünki onlarhər şeyi bir rəngdə, bir sifətdə, bir təqdimatda görürlər, belə qəbul edirlər.Onlar üçün ürəklə sözün, əməllə sözün arasında insan dayanır. Elə bir insan ki,o əmələ də, o sözə də həmişə və hər yerdə sahib çıxır. Daha demir ki, o söz, oəməl mənim tiplərimin ifadəçiləridi, onlarınməzmunudu, onların mənasıdı...

İndi bax,bu dəliliyin bir nümunəsi olan və divarın o biri üzündə oturub bu dəliliyimüşayət edən Adama üz tutub pıçıldayıram:

Sözümünişıq payın

Sözümdənalma, nolar?

Bu sevdalıdünyamı -

Gözümdənsalma, nolar?

Şam kimiəriyənə

Kölgə təkyeriyənə,

İçindəkiriyənə -

Biganəqalma, nolar?

Həsrətə gözyumuram

Dözə-dözəsınıram!

Mən haqqımıumuram-

Sən fikrədalma, nolar?

***

Bu gün hamıondan danışır, hamı onu qınayır. Əslində danışan da, qınayan da heç də hamıdeyil. Sadəcə, təqdimatlarda hamının danışdığı, hamının qınadığı ifadə olunurvə oxucuya da, tamaşaçıya da elə gəlir ki, hamı danışır. Zənnimcə, heç hamınındanışmağına da ehtiyac yoxdu. Çünki görünən kənd də, o kəndə gedən yol da, eləo yoldakı adam da açıq-aşkar göz önündədi. Onu kimdənsə soruşmaq, ona kimdənsətanışlıq almağa ehtiyac yoxdu. Belə olan halda təbii ki, hamının danışmağı biraz məni sıxır, bir az mənə kütləvilik təsiri bağışlayır. Elə bil hansısatamaşada kütləvi səhnəni seyr edirəm. Ammahamımız da yaxşı bilirik ki, kütləvi səhnədə iştirak edən aktyorlar oqədər də yadda qalmır, diqqəti çəkmir. Çünki o səhnənin elə adından bəllidi:kütləvi səhnə!

Hə, indihamının danışdığı mövzunu təkrar etmək istəmirəm. Onsuz da söhbətin nədəngetdiyi məlumdu. Sadəcə, mənim üçün ağrılı olan bu söhbətin içində bir məqamvar ki, onun üstündən sükutla keçmək istəmirəm. Həmin o məqamı "YeniMüsavat" qəzetinin dünənki sayında Nəsiman Yaqublunun və Azər Ayxanınyazılarındakı müəyyən nöqtələrdə təkrar gördüm, tutdum və elə bildim ki,onların həmin replikalarıdımı, mesajlarıdımı, yoxsa atmacalarıdırmı, yoxsa hərnədirsə mənim içimdən səsləndi. Nəsiman bəyin adlarını çəkdiyi, doğulduğuünvanları işğal altında olan dəyərli ziyalıların, eləcə də Azər bəyin yazınınlap sonundakı faciəni yaşamış söz adamlarının susqunluğuna, müdafiə mövqeyitutmasına yönəlik fikirləri mənim demək istədiklərimlə tam üst-üstə düşdü. Onagörə də dəyərli qələm adamlarına, yəni hər iki bəyə sayğımı ifadə edirəm.

Məmləkətinindiki durumunda gözlənilməz qasırğaların baş verməsi adamı üzür. Çünki bizadətən təbiət hadisələrindən sığortalanmırıq. Yəni Tanrının hökmü ilə baş verənzəlzələyə, qəfil uçquna, selə, tufana insan nə qədər hazır olsa da, o, tamsığortalana bilmir, təbiət ona gücünü göstərir. Ancaq görünür, biz cəmiyyətdəngələn hadisələrə də heç sığortalı deyilik. Ona görə də cəmiyyətin istənilən birüzvünün atdığı addım, "yaratdığı qasırğa" bizi elə yerdə yaxalayırki, necə deyərlər, əlimiz yerdən də, göydən də üzülür. Məhz həmin anda Divarıno biri üzündəki Adamın niyə məhz divarın o biri üzündə olduğu üzə çıxır. Ondaanlayırsan ki, kölgəsi özündən uzaqda olan adamlar elə-belə sıradan birideyilmiş.

Sözün sözəçalandığı, sözdən söz çıxarıldığı indiki anda istər-istəməz dünənə tərəfboylanıram. Boylanıb görmək istədiyim və bəzən də gördüyüm dünəndə qalanlarmənə doğma gəldikləri qədər də yad, ögey görünürlər. Sanki dünəndənuzaqlaşdıqca, o dünəndə qalanlar da məndən uzaqlaşır, mənə ögeyləşirlər.Bilmirəm niyə? Burdadamı dəli olmuş dünya günahkardı, yoxsa özəl sevgilərindəndəli olanlar? Deyəsən, maraqlı sualalındı. Elə bu səbəbdən də həmin o maraqlı sualın cavabını araşdırmaqistəyirəm, bu təşəbbüsə üz tuturam, maraq gösətərirəm. Düşünürəm ki, bəlkə nəisə alındı. Ancaq deyəsən yox. Çünki elə əvvəldə dediyim kimi, dəlinin biri dəözüməm. Onda belə çıxır ki, indiki vaxtda dəlidən doğru xəbər gözləmək o qədərdə ağıllı iş deyil. Çünki bir dəlinin quyuya atdığı daşın səsi heç sakitləşməkbilmir. Sanki anasından zorla ayrılmış körpədi. Eləcə hıçqırtılarının içərisindəboğula-boğula "Ana!" deyir.

Yəqin ki,bu qarışıq, dolaşıq düşən fikirlərin içərisində də bir dəlilik görürsünüz. Ammaçox istərdim ki, gördüyünüz o dəliliyi normal qarşılayasınız. Ən azı ona görəki, dəlinin sahibi olmalıdı, dəliyə sahib çıxmalıdılar! Bax, bu qəti vədəyişməz inamımla da fikirlərimi bir az da çözmək, bir az da şaxələməkistəyirəm. Çalışıram ki, bu şaxələnən, bu çözələnən fikirlərin içərisində özümdə əriyim, itim ki, dünyanın bir dəlisi azalsın. Təəssüf ki, Divarın o biriüzündəki Adam buna imkan vermir. Daha doğrusu, divarın o biri üzündəki adamaolan sevgi məni tutub saxlayır və mən məhz həmin anda ona bu misralarıpıçıldayıram:

Mən şeiryazanda

Yadımda vəyanımda

Səndənbaşqa

Kimsəolmur...

Mən şeiryazanda

Yəni baxonda

Əslinəbaxanda

Yadımda vəyanımda

Səndənbaşqa

Kimsəninolmadığı

Təəccübdoğurmur...

Mən şeiryazanda

Yadımda vəyanımda

Kimsəninolmadığı

Misralardanoxunmur...

Mən şeiryazanda

Yadımda vəyanımda

Olan sən

Sevdiyimgündən

Ruhumda vəqanımda

Ola-ola

Anbaan

Hər birhalda

Təkrar

Ürəyiməyazılırsan!..

***

İlin-gününbu çağında, yəni təbiətin qış fəslinin əslində özündə olmadığı, yəni onun bütüngörkəmi ilə duyulmadığı bütün məqamda adam elə bil ki, içindən yorulur, içindənqocalır, süstləşir, halsızlaşır. Çünki baş aça bilmədiyin bu fəsil, dahadoğrusu, onun indiki durumu təkcə sıxıntı gətirmir, həm də adamı avara qoyur.Bilmirsən səni hansı sürprizlər gözləyir, bilmirsən necə geyinəsən, bilmirsənnecə görünəsən və s. və ilaxır. Amma bəziləri bunu Allahın kasıba, evsizlərəlütfü kimi qiymətləndirirlər. Deyirlər ki, Tanrı imkansızları, orda-burdagecələyənləri nəzərə alıb, ona görə qarı, şaxtası, sazağı yoxdu. Hələ üstəlikonu da deyirlər ki, guya Allahın maddi durumu zəif olan işıq, qaz pulu verəbilməyən bəndələrə də rəhmi bu günlər özünü daha çox göstərir. Nə bilim vallah,deyilənlərin nə qədər həqiqət olduğunu hər kəs özü-özlüyündə daha yaxşı bilir.Fakt odur ki, həqiqətən indi yaşadığımız qış fəslinin adıdı. Özünü isə...

Dediyimyorğunluğun, sıxıntının içində yaşamağımda Divarın o biri üzündəki Adamın dapayı var. Çünki həm söhbət olmaqdan,pıçıltılarıma qulaq asmaqdan, duyğularıma düzəm verməkdən qaçır. Elə bil dahaçox sıxılmağımı, daha çox pərişan olmağımı və daha çox dəlilik həddini aşmağımıarzulayır. Bilmirəm niyə? Bəlkə bu da mənim uydurmamdı? Bəlkə onun heç belə birfikri yoxdu, bunu da deyə bilmirəm. Buna da şərh tapa bilmirəm. Amma içimdəngəlib keçir bu yazdıqlarım, bu dediklərim...

Bir də ki,mənim düşüncəmə görə insan özünə qapılanda, özünə çəkiləndə çox ağır yükdaşımış olur. O qədər ağır ki, o yük adamın çiyinlərindən torpağa doğru basır,elə bil ki, torpaq adamı çəkir. Düzdü, indiki durumda, indiki düşüncədətorpağın adamı çəkməsi təbii haldı. Ən azı ona görə ki, həmin o yazdıqlarım, oifadə etdiklərim elə torpağın özündən qaynaqlanır, onun verdiyi enerjidəndirçəlir, pərvəriş tapır. Bu da torpağın açılan qolları, açılan yaxasıdı - səniözünə səsləyir!

Bütün buyazdıqlarım ola bilsin ki, sonda heç nəyi ifadə eləmədi. Bəlkə də heç səninxoşuna da gəlmədi. Beləcə, qəzet qarışıq büküb atdın bir tərəfə. Bax, onda dahiss eləmədin ki, o büküb atdığın ipucunu tapmadığım, sağa, sola əl-qol atıbiçində çabaladığım və daha çox səninlə bölüşmək istədiyim fikirlərin,duyğuların çox kiçik bir hissəsidi. Təəssüf ki, sən Divarın o biri üzündəkiAdam olmaqla mənə divarın bu biri üzündə rahatca, heç nə olmamış kimi sənidüşünməyi diqtə edirsən. Mən də sənə dəlicəsinə, bəlkə də ondan artıq dərəcədəsevgisi olan birisi kimi divarın bu biri üzündə səndən xəbərsiz, sənə deməkistədiklərimin çur-çubuğunu, əl-ətəyini kağıza köçürürəm. Xoşuna gəlsə də,gəlməsə də.

Ovduramözümü-

hələlik...

sınayıramdözümü-

hələlik...

Dırnağımtorpaq cırır

Yumruğumyarpaq qırır

Dərd mənətor, bax, qurur-

hələlik...

Yaş deyəsən güc gəlir

Gözyaşlarım güclənir

Sözümtək-tək cücərir-

hələlik...

Bir ağ yoluaşıram

Bir dağyolu aşıram

Guyasağollaşıram-

hələlik!

İndibildiniz də mən Divarın o biri üzündəki Adamla niyə dil tapa bilmirəm. Əgərbilmədinizsə, eybi yoxdu. Nə vaxtsa lazım bilsəniz araşdırıb öyrənərsiniz. Ammayox, heç vaxtınızı itirməyin. Çünki Divarın o biri üzündəki Adam orda olduğunutəkcə mənə hiss etdirir. Sizi öz dəliliyimə şərik etmək istəmirəm. Hələlik...

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV