Nyu-Yorkdakı evimiz

ETİBAR CƏBRAYILOĞLU
53686 | 2016-10-07 18:32

Azərbaycanı dünyayatanıtmaq və sevdirmək, qədim tarixə malik mədəniyyətini layiqincə təbliğ etməkdiaspor təşkilatlarımızın ən ümdə vəzifələrindən biridir. Bu sahədə öz fəallığıilə seçilən təşkilatlardan biri də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəfəaliyyət göstərən "Azərbaycan Evi"dir. Yarandığı gündən az müddət keçməsinə baxmayaraq mühüm işlər görən"Azərbaycan evi"nə Münəvvər Vahabova rəhbərlik edir. Diasporamızın fəallarından biri kimi tanınanMünəvvər xanım həm də Nyu-York Amerika-Azərbaycan Qadın Cəmiyyətininyaradıcısıdır.

"Azərbaycan Evi”ninsahibəsi

9 il öncə AzərbaycandanAmerika Birləşmiş Dövlətlərinə köçən Münəvvər Vahabova gəldiyi elə ilk günlərdənNyu-Yorkda və ətraf şəhərlərdə yaşayan soydaşlarımızın bir araya gəlməsinə, təşkilatlanmasınaçalışıb. Uzaq Amerikada kiçik bir Azərbaycan mühiti yaradan Münəvvər VahabovaNyu-York şəhərindəki "Azərbaycan Evi"nin məqsədi, diaspora üzvlərimizingördüyü işlər barədə ətraflı məlumat verir: "2014-cü ilin sentyabrından fəaliyyətəbaşlayan Nyu- York şəhərindəki"Azərbaycan Evi" sözün əsil mənasında uzaq Amerikada hərtərəflifəaliyyət göstərən bir mədəniyyət mərkəzi, ocaq, həmvətənlərimizin toplandığıisti və doğma bir məkandır. "Azərbaycan Evi" təkcə Nyu-Yorkda deyil, ətraf şəhərlərdə yaşayanamerikalılara və digər xalqların nümayəndələrinə Azərbaycan xalqının milli adət-ənənələrini,musiqisini, dadlı-ləzzətli mətbəxini layiqincə təqdim etməyə çalışır və inamlademək olar ki, bu missiyanın öhdəsindən bacarıqla gəlir. "Azərbaycan Evi"ninqapısından içəri keçən insanlar qədim vəözəllikləri olan milli mətbəximizin ləziz nemətlərini dadır, bir-biriləri iləsöhbətləşmək imkanı da əldə edir. Vətəndən yeni gələnlərə mənəvi dəstək olmaq, necə deyərlər, əsl azərbaycanlılaraməxsus ev sahibliyi etmək də əsas işlərimizdən biridir. Məhz bizim köməyimiz sayəsində bura yeni gələn həmvətənlərimiz Amerika həyatınainteqrasiyası olunurlar". Münəvvər xanımın sözlərinə görə, "AzərbaycanEvi"ni əslində bu şəhərdə 2013-cü ildən fəaliyyət göstərən Nyu-YorkAmerika-Azərbaycan Qadın Cəmiyyətinin fəaliyyətinindavamı da saymaq olar. "Azərbaycan Evi" həm də bu təşkilatın qərargahırolunu oynayır.


Təşkilatın yaradıcısıdeyir ki, Nyu-Yorkda və bütünlükdə Amerika Birləşmiş Ştatlarında Azərbaycandiasporu çox yenidir və demək olar ki, lobbiçilik işində çox gəncdir. Ona görədə Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaq üçün xeyli işgörülməlidir: "ABŞ-a daimi yaşamaq üçün gələn hər bir azərbaycanlı Vətəninitanıtmaq, onun mənafeyinə xidmət etmək məqsədilə əlindən gələni etməlidir. Bizharada yaşamağımızdan asılı olmayaraq ilk öncə bir Azərbaycan vətəndaşıyıq və hərhansı bir məsələdə Vətənimizin, dövlətimizindaxili və xarici siyasətinə dəstək olaraq öz fəaliyyətimizi bu xidmət,bu amal üzərində kökləməliyik. Nyu-Yorkdakı"Azərbaycan Evi" də diaspora fəaliyyətində Vətənə xidmət etməyiəsas məsələ kimi qarşıya qoyaraq hərzaman doğma Azərbaycanın maraqlarına, dövlətimizin mənafeyinə uyğun işlər görməyəçalışır".

"Bakı-Nyu-York

Dostluq Körpüsü”

Yazının əvvəlində qeydetdiyimiz kimi, yeni yaranmasına baxmayaraq, "Azərbaycan Evi" artıqmüxtəlif tədbirlər keçirməklə diqqətləri özünə cəlb edə bilib. Həmintoplantılar Nyu-Yorkda yaşayan azərbaycanlıların bir araya gəlməsinə gözəl vəsiləolub. Münəvvər Vahabova belə tədbirlərin əhəmiyyətini vurğulayır: "Təşkil etdiyimiz tədbirlərdən danışarkən ötən il keçirdiyimiz "Bakı-Nyu-York Dostluq Körpüsü"adlı rəsm sərgisini göstərmək olar. Azərbaycanın Əməkdar rəssamı İsmayıl Məmmədovunəsərlərindən ibarət sərgini yüzlərlə insan ziyarət etdi, bu maraqlı əsərlərətamaşa edərək Azərbaycan incəsənətinin bir qolu olan rəssamlıq nümunələri ilətanış oldu. Bəzi sənətsevərlər hətta həmin əsərləri əldə edərək bu sərginin gözəlatmosferini evlərinə də apardılar. Milli bayramlarımızın, tarixi günlərimizin məhz "Azərbaycan Evi"ndə keçirilməsidə artıq bir ənənəyə çevrilib. Həmvətənlərimiz və digər xalqların nümayəndələrigözəl musiqi sədaları altında milli mətbəximizdən dadaraq Azərbaycana məxsusatmosferdə Novruz bayramını, Milli Müstəqillik Gününü, Dünya AzərbaycanlılarınınHəmrəylik Gününü və digər milli bayramlarımızı birlikdə qeyd edirlər.

Bununla yanaşı Azərbaycantarixinin kədərli səhifələri olan 20 Yanvar, Xocalı faciəsinin ildönümlərində dəbura yığışaraq xalqımızın kədərinə şərik olur, Vətən üçün canından keçən şəhidlərimizidərin hüznlə yad edirik. Onların ruhuna dualar oxuyur, Vətənimizə bundan sonrayalnız xoş günlər arzu edirik. Çalışırıq ki, başqa ölkələrdən olanqonaqlarımıza 20 Yanvar hadisələri, Xocalı faciəsi barədə məlumat verək, ermənilərintörətdiyi vəhşiliyi dünya ictimaiyyətinə çatdıraq".

"AzərbaycanEvi"nə ayaq basan ilk andan doğma bir məkana düşürsən. İnteryerin tərtibatı,Azərbaycana aid olan rəsmlər, suvenirlər, milli musiqi alətlərimiz olan saz, dəf,divardakı Azərbaycan xalçası, bir sözlə, hər şey doğma Vətənimizi xatırladır.

Azərbaycanda istedadlıqarmon ifaçısı kimi yaxşı tanınan Əlihuseyn Cəfərov bu yaxınlarda Nyu-Yorkagedib. Onun gözəl ifasını "Azərbaycan Evi"nə gələnlər böyük rəğbətləvə maraqla qarşılayırlar. Qədim və zəngin tarixi olan mədəniyyət nümunələrimizüçün darıxan azərbaycanlılar, dağ yəhudiləri və Azərbaycandan olan digərxalqların nümayəndələri nostalji bir sevgi ilə bu musiqiləri dinləyirlər. Azərbaycanmusiqisini ilk dəfə canlı olaraq dinləyən xaricilər isə milli musiqimizdən zövqalırlar. Əcnəbi qonaqlar buradakı mehriban kollektivin sayəsində vaxtlarını səmərəlikeçirməklə yanaşı Azərbaycanda baş verən hadisələr barədə məlumat alırlar.Müsafirlərə ölkəmizdə gedən iqtisadi inkişafdan, quruculuq işlərindən, mədəniyyətvə idman sahəsində qazanılan uğurlardan danışılır, fikir mübadiləsi aparılır.Bura gələn əcnəbi qonaqların arasında müxtəlif vaxtlarda Azərbaycana səfəretmiş insanlar da var. Onlar son dövrlər paytaxt Bakıda və ayrı-ayrıregionlarımızda baş verən müsbət dəyişiklikləri yüksək qiymətləndirirlər.


Musiqinin dili olmazdeyirlər, bu doğrudan da belədir. Münəvvər xanımın sözlərinə görə, əcnəbiqonaqlarımızdan biri fikirlərini belə ifadə edib: "Azərbaycan musiqisiniilk dəfədir dinləyirəm və çox sevdim. Bundan sonra çalışacağam ki, bu gözəl məkanatez-tez gəlim və qəlbimi riqqətə gətirən musiqinizi canlı olaraq dinləyim".

Uzaq Amerikada yaşayanazərbaycanlı ailələr toy mərasimlərini, ad günlərini də "Azərbaycan Evi"ndə keçirir, sevinchisslərini bir-biriləri ilə bölüşməkdən zövq alırlar.

Vətəndən uzaqda, Vətənəyaxın

"AzərbaycanEvi" ətrafında toplaşan insanlar vətəndən kənarda yaşasalar da hər gün Azərbaycanlanəfəs alır, dövlətimizin qazandığı uğurların təşviqinə çalışırlar. Ölkəmizin əldəetdiyi hər bir nailiyyət onları sevindirir. Nyu-Yorkdakı "AzərbaycanEvi"nin üzvləri Azərbaycanda bu günlərdə keçirilən ümumxalq səsverməsi-referendumdada fəal iştirak ediblər.

Referendum günüNyu-Yorkda olan istedadlı qarmon ifaçısı Əlihüseyn Cəfərov fikirlərini beləizah edir: "Azərbaycandan uzaqda olsaq da, Vətəni heç vaxt unutmuruq."Azərbaycan Evi", onun rəhbəri Münəvvər xanımın diqqəti və qonaqpərvərliyisayəsində bura gələn hər kəs özünü doğmaməkandakı kimi hiss edir. Münəvvər xanım doğma yurdunu sevən, dövlətinə, onun rəhbərinəböyük rəğbəti olan əsl Azərbaycan qadınıdır. Referendum günü məhz onun təşkilatçılığıilə Vaşinqtona gedərək ölkəmizin ABŞ paytaxtındakı səfirliyini ziyarət etdik."Azərbaycan Evi"nin üzvləri referendumda fəal iştirak edərəkxalqımızın rifahı, dövlətimizin daha da qüdrətlənməsi üçün səfirlikdə təşkilolunan məntəqədə səslərini verdilər. Biz bir daha göstərdik ki, hər birimiz Vətəninlayiqli vətəndaşı kimi onu daha böyük uğura aparan Prezident İlham Əliyevinyeritdiyi siyasəti dəstəkləyirik".

Vətəndən uzaqdakı"Azərbaycan Evi" Nyu-Yorkda və ətraf şəhərlərdə yaşayan, çalışansoydaşlarımızı Azərbaycan naminə bir araya gətirməkdə davam edir.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV