adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

AĞILDAN BƏLA

VƏSİLƏ USUBOVA
34229 | 2013-02-09 00:36
Şəhərpoliklinikası yaşadığım binaya çox yaxındı. Arada asfalt yol var. Payız-qışaylarında ağacların çılpaq budaqları arasından poliklinikanın ikilaylı genişqapılarından girib-çıxanları rahatlıqla görə bilirəm. Müxtəlif səbəblərdən özümdə aradabir bu tibb ocağının - qapısından girən kimi canında insana məxsusbütün ağrılardan olduğunu hiss elətdirən məkanın dərman qoxulu ağır havasınıudmalı oluram. Hər dəfə də yarıqaranlıq, nəm koridorda qaynaşanları,kabinetlərin qabağında növbəyə duranları görəndə bacardıqca tez buradanuzaqlaşmaq istəyirəm...

Bir dəfə...özüm də növbəyə durmalı olanda (bu zaman xəyala dalmağa kifayət qədər vaxtınolur) ağlıma qəribə bir fikir gəldi; görəsən, insanın ağlını müalicə eləməkolarmı?! Təbii ki, mən insanın psixoloji durumunu nəzərdə tutmuram. Psixicəhətdən tamamilə sağlam adamın ağıl və zəkasından danışıram. Təsəvvür edin ki,bir nəfər əsəb həkiminin qəbuluna gəlib deyir: "Mən ağlımın azlığındannarahatam". Bu yerdə nə qədər çalışıram, həkimin necə davranacağını, nədeyəcəyini təsəvvür edə bilmirəm...

Çoxdeyirlər ki, heç kəs ağlından şikayətçi deyil. Görünür, hər kəs öz ağlını özünəyetərli sanır, bu səbəbdən də ağlının azlığının-çoxluğunun fərqində ola bilmir.O da bəllidi ki, insanlar həmişə öz ağıllarının üstündə yarpaq kimi əsirlər,onu itirməkdən qorxduqları qədər heç nədən qorxmurlar. "Allah adamın hərşeyini əlindən alsın, bircə ağlından başqa" deyirlər. Türklər çoxhirslənəndə "Ya Rəbbim! Ağlım sənə əmanət!" deyib öz ağıllarınınüstündə necə əsdiklərini bildirirlər...

İnsan onuitirməkdən qorxur. Amma şikayətçi deyil. Şikayətlənsə, nə olacaq ki?! Kim səniqəlbən duyub bir ağıllı söz deyəcək?!

Deyəsən,bir zamanlar belə şeylər olub, axı. "Get, ağlına dua yazdır!" ifadəsiboşuna yaranmayıb yəqin ki...Vaxtilə AzTV-də "Komediyalar aləminəsəyahət" adlı veriliş vardı. O verilişlərin birində rəhmətlik FazilSalayev bir səfeh aşiqin obrazını yaratmışdı. Dərdini götürüb mollanın yanınagələn cavanın bu halıynan məzələnən "Molla əmi" ona "ağılduası" yazırdı. Bədbəxt aşiq ünvanı səhv salmışdı. Özündə zərrəcə ağılolmayan "ağsaqqal" əslində ağıllını dəli edən idi...

Özündəolmayan şeydən başqasına necə pay verə bilərsən?!.

Bəlkə eləbizim çoxumuz insan ağlının nə demək olduğunu yetərincə anlamırıq. Anlamadığınşeyə sahiblənməksə, müşkül məsələdi...

***

Ağıl heç dəbütün zamanlarda, bütün cəmiyyətlərdə qiymətli sayılmayıb. Var-dövlət,şan-şöhrət çox yerdə üstələyib onu. Ağıllı adamlar həmişə tənə, rişxənd hədəfiolublar. "Dəryaca ağlın olsa, yoxsul olsan, güləllər..." Can yanğısıilə qoşulan bu bayatı əsrlərdən bəri yaxşısıynan pisində fərq qoyulmayan haqsızdünyada ağızdan-ağıza dolaşıb. Üstəlik, ağıllı adamların əzabları da böyükolur. Nə qədər anlayırsa, dərk edirsə, bir o qədər də qayğı, möhnət çəkir.İçində dərd gəzdirir, qanmazların əlində girinc olur. Heyf deyil, "ağıllıolub hamının dərdini çəkincə, dəli ol, qoy hamı sənin dərdini çəksin..."

Bu da yanlışqınaqdı. Ağıllılar dəli olanda heç onların dərdini çəkən də tapılmır...

Ağıllıolmaq həmişə insanın xeyrinə deyil. Ağlının ucbatından boynu vurulan, boğazınakəndir keçirilən, odda yandırılan azmı adam tanıyır bu qoca tarix?! Bax, eləburada, əlimin altında həmin ağıllı adamlardan biri haqqında yazı var. Ağlına,biliyinə görə tonqalda yandırıldığını məktəb illərindən bilirdim. Nəyinə lazımidi ki, Kopernikdən də bir addım irəli gedirdi?! Axı, heç kəsə gərək deyildibu. Dünyanı necə görürdülərsə, elə də qavrayırdılar. Görürdülər ki, fırlananbaşlarının üstündəki Günəşdi, Aydı. Ayaqlarının altında Yer isə tərpənməzdi.Bundan artığını bilmək, anlamaq da istəmirdilər. Çoxmu ehtiyacı vardı birağıllının qabağa çıxıb bu gördüklərinin tam əksini sübut eləməsinə?! Qətiyyən!Öz bildikləri yetərliydi ki, qara camaatın başında istədikləri kimi "qozsındırsınlar". Ağıldan, bilikdən şişmiş başı bədəninə ağırlıq edirdi,yoxsa? Belə başlar elə sabunlanmış kəndirdə də pis durmur. Tonqalda çatır-çatıryanmaq hamısından yaxşıdı...

Həmzövqvericidi, həm də ibrətli...

***

Sən demə,keçmiş vəhşiliklərlə doluymuş. Daha incə, sərfəli üsullara əl atmaq gərəkmiş.Nə cəllada əziyyət ver, nə də kəndir, odun korla. Sadəcə, özünü görməməzliyəqoy, vəssalam! Gözlərini kor elə, ağıllını, biliklini görməsin... (Bircə qalırkütlənin tamaşadan məhrum edilməsi. Eybi yox! Bu da fəlakət deyil. Başqatmaqdan ötrü o qədər vasitələr var ki... Həm də diqqət çəkməkdən ötrü). Onuyarımcan eləmək, ürəyini partlatmaqçın nə qədər incə üsullar taparsan...Məsələn, gözəldisə, yanında çirkini təriflə. Elmlidisə, gözünün qabağındanadanı yuxarı başa keçir. Elə bilirsən, eşşəyin başı xonçada durmur?! Elə dururki... Hər şey istəkdən asılıdı...

Təki sənistə. Göz yumanların qəhət olmayacaq. Səni elə dəstəkləyəcəklər ki, özün də özməharətinə heyran qalacaqsan...

BertoldBrext deyirdi ki, "doğrunu bilməyən cahildi, doğrunu bilib susan isəxain..."

Bəs, bizcahil və xain olmamaqçın nə edək?!

Hər şeyzamanına və məkanına görə qiymətlənməlidi...

İnsanlarınistedadını və böyüklüyünü üzə çıxarmaq üçün şərait lazımdı...

***

"İyirmiyaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında varlı, əlli yaşında ağıllıolmayan insan heç vaxt yaraşıqlı, güclü, varlı və ağıllı ola bilməz".Spenserin sözüdü. Görəsən, ağıl niyə belə gec lazım olur? Axı, çoxları heçəllini yaşamır. Ağılsız yaraşığın, gücün, var-dövlətin nə mənası, məzmunu,dəyəri ola bilər?!...

Bir dəki... bütün bunlar hamısı bir adamda ola bilmir. Həyatda bütöv, tam heç nəyoxdu...

Yaxşısıbudu ağlımız bütün yaşlarda bizimlə olsun...

Qiymətversələr də, verməsələr də...

VəsiləUSUBOVA

[email protected]

TƏQVİM / ARXİV