adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

BU DA BİR YAZIDI…

ƏBÜLFƏT MƏDƏTOĞLU
71828 | 2016-10-07 15:56

Bu da bir qədər

Bilmirəm indi diktə edəcəyim və sizin də oxuyacağınızfikirləri siz də ağlınızdan keçirmisiniz, yoxsa yox? Və bir də ümumiyyətlə, buhissləri yaşamısınızmı? Əgər mənim indi oxuyacağınız fikirlərim sizə xoş gəlməsəvə yaxud sizi rahatsız etsə nə olar? Allah xatirinə qınamayın məni! Çünki mən zaman-zaman ancaqyaşadıqlarımı, duyduqlarımı, necə deyərlər, köynəyimdən keçirdiklərimi yazmışamvə bundan sonra da əcəl nə qədər aman verəcəksə, o günə qədər də yazacam. Şairdemişkən, «nə qədər ki, öz əlimdi yazanım»!!!

Bəli, yuxusu ərşəçəkilən adamların gözlərinin dibini görmüsünüz? Və yaxud çıxılmaz duruma düşübözünü oda-közə vurub və sonra da bir küncə çəkilib, eləcə çöməlib əyləşən, başını da ovuclarının içərisinəalan bir kimsəni xatırlayırsınız? Belə birinə təsadüf etmisiniz? Və yenə nəhayət,öz-özünə danışan, öz-özündən qaçan, ya da öz-özünü axtaran bir kimsə sizə rastgəlməyib ki?..

Bəli, deyəsən budediklərim sizə az-çox tanış gələn mənzərədi. Elə mən də indiki anda o mənzərəniniçərisindəyəm, onu yaşayıram. Əgər bu yaşamaqdısa, onun içərisində çarpışıramsaman çöpündən yapışan kimi. Deyəcəksinizki, bunlar acizliyin, ümidsizliyin işartılarıdı, göstəriciləridi. Olsun! Onsuzda sizlərə etiraf edəcək halım da qalmayıb. Ona görə ki, ən öz durumumdaetirazı da mənasız, gərəksiz, hətta sabun köpüyü kimi bir şey sayıram. Ona görədə bu halsız halımda nəyəsə etiraf etməyə sərf edəcəyim son gücü də özbaşınaburaxıram. Qoy hara istəyir, nəyə istəyir sərf olunsun, təkcə etirazdan başqa…

Və bir dəetirazı kim eşidəcək? Mənim etirazımı kimsə gözləyirmi? Kimsə ona qapıaçacaqmı? Diqqət kəsiləcəkmi? İşıq yandıracaqmı? Yox! Belə birisi ağlıma gəlmir.Çünki ağlımın və duyğularımın hakimi olan Sevginin özü də mənim durumumayardımçı ola bilmir. Burda bir söz sahibi var. O da Tanrıdı! Yalnız onun sözükeçərlidi, onun sözü kəsərlidi. Neyləyim ki, ona nə əlim, nə də ünüm yetmir.Ona görə də içində olduğum durumun ifadəsini, onun bir növü mövcudluğunu qələmlə,sözlə kağız üzərində göyərtməyə çalışıram. Bu, sonuncu şansımdı. Çünkiolsa-olsa və yaxud da diqqəti çəksə bəlkə sinəsi qaralanmış vərəqlər çəkdi- yaküləyin hökmüylə, ya fələyin. İkisindən biri o vərəqi çəlpənək kimi havadaoynadıb harasa aparıb çıxarar. Və kimsə də əlini uzadıb tutar elə onu havadacavə oxuyar:


Ürəyimi gəzirəm

Tapsam cəzaalacaq…

Ya boğub öldürəcəm-

Ya sevgisizqalacaq!


Hə, kipriklərimbir-birindən küsüb… fikirlərim bir-birini inkar edir… səsim özümdən başqa kimsəninqulağına çatmır. Amma yolum elə həmin yoldu. Oturduğum yer də, durduğum yer dəhəminkidi. Hətta telefon nömrəm də. Lakino yolla gələn də yoxdu, oturduğum yerin qapısını döyən də, susantelefonuma zəng edən də. Bunun səbəbi görəsən nədi? Deyəsən, qəliz və çətinsualdı hə? Və yaxud da ritorikdi, mənasızdı. Amma hər halda sualdı də. Sizbununçün baş sındırmayın. Mən özüm o sualın özünün də, cavabının da nədən,hardan, kimdən yarandığını, lap dəqiq desəm, yaradıldığını bilirəm. Ammacavabını öz bildiyim kimi yozuram, tapıram. Bunu doğru sayıram. Sual verəninhansı cavabı gözlədiyini bilsəm də. Nə isə…

Ağlımdan gəlibkeçir ki, elə buradaca mənim iç dunyamın necə qaraldığını və o qaranlıqda sonümidin necə közərdiyini ifadə edim, dilə gətirim. Amma qorxuram ki, uğursuzalına. Bunu bilə-bilə də o işığı nəzmə çəkirəm və cəmi bircə bəndlə demək istəyirəmki:


Bu qapıdı, bubacadı, bu nədi?

Sınan qəlbim yeloynayan binədi!

Şükrüm ancaq bizgörüşən günədi-

Onu da ki, sonünvana dəyişdim!..


İndi yəqin ki,bu nöqtəyə qədər oxduğunuz yazının nədən bəhs etdiyini müəyən qədər duyabildiniz. Əgər fəhm etdinizsə, demək nəsə deyə bilmişəm, yaza bilmişəm. Yox, əgərbelə bir hadisə baş verməyibsə, onda mənim yazıq günümə. Burda da çiçəyitumurcuqda qaldı. Açılmadı ki, açılmadı. Əvəzində isə bir şeir düşdü yadıma.İstədim ki, onu sizə oxuyum. Yəqin bu şeirdən sonra fikrinizdə müəyyən dəyişiklikbaş verəcək. Bunu mən hökm kimi demirəm. Sadəcə, istəyimi dilə gətirirəm.


Mən yazdığımşeirlər

Sənə məktub, nəğmədi…

Odur ki, bu məktubu

Hər kəs duydu,dinlədi…


Ürək döyüntülərim

Misralarda dilaçır…

Hər məktub birtumurcuq-

Oxşayırsan, gül açır!..


Bəzən dəküskün-küskün

Etinasız ötürsən…

Bilirsən, buzsınacaq-

O məktubu götürsən!


Hər halımın əksidi

Mən yazdığımşeirlər…

Həm də sənin əksindi-

Mənə səndəndeyirlər!..


***

Hər dəfə məniküncə sıxan təkliyim, tənhalığım məni döyəcləyən sualların ağırlığı altındaiçimdən bir asilik gəlib keçir. Bu, Allaha qarşı deyil, bu dinə qarşı deyil.Bu, mənim özümə, öz taleyimə, öz hisslərimə, öz yaşamıma və bütövlükdə möcüdluğumaqarşıdı. Çünki yer tutmaq, başqasına yük olmaq, bir başqasına problem yaratmaqvə yaxud kiminsə yolunun üstündə qaya parçası kimi lal-dinməz qalıb yolu keçənənecə deyərlər, kölgə salmaq və bununla da qıcıq yaratmaq o qədər arzuolunan,alqışlanan hərəkət deyil. Nə olsun ki, bu mənə, mənim öz dünyama bir rahatlıq,hüzn gətirir. Özümü həmin o çevrədə xoşbəxt sayıram… özümü o yerdə ucadan-uca,böyükdən-böyük görürəm. Çünki həmin o durduğum yerin adı SEVGİ, yaşadığımın adıSEVGİ, xəyalımın adı SEVGİ, düşüncələrimin adı SEVGİ, udduğum hava, içdiyim suda SEVGİ!

İndi özünüz dədüşünün, bu boyda SEVGİnin içində olan birisi kimə xoş gələ bilər? Axı o,dayandığı yerdə görünür. Durduğu yerdə hiss olunur. Və bu da onun dayanmasını,görünməsini istəməyənlər üçün problemdi. Bax, bu məntiqlə, mənim öz inancımlasevgi adlandırdığım yer həm də PROBLEMdi. Mənə yox, başqalarına. Görmək istəməyənlərə,duymaq istəməyənlərə.

Mən bunu bilirəm, bunu hər gün yaşayıram və hərgün də o yerdən çəkilməyəcəyimə, o yeri tərk etməyəcəyimə daha çox israr göstərirəm.Bunun ürəyimə nəyin hesabına başa gəldiyini sevənlər bilər. Çünki onlar da mənimruh doğmalarımdı. Və doğmalığın içində mənimyaşadığımın adının Dərd olduğunu da düşünənlər var. Mən bu düşüncəni qəbul edirəm və əminliklə söləyirəmki, bu sevginin əslində bir adı da elə Dərddi - şipşirin dərd, baldan da şirin!Amma neyləyim ki:


Qarğışa düşüb Dərdim

Tək görür işini, tək!..

Yağışa düşüb dərdim-

İslanıb dişinədək!..


Gülləri bir-birdərib

Həftə uzunu sərib...

Fələk ona vaxtverib-

Bu ayın beşinədək!..


Artdıqca Dərdindəni

Çəkib gətirir çəni…

Məni tək qoyan,məni-

Oturub düşünə tək!..


***

Deyirlər ki,insanın qədəri müəyən mənada onun özündən də asılıdı. Mən hardasa bu fikrə şərikəm.Çünki Tanrı yaratdığı bəndəyə heç vaxt başdan-başa ağrı-acı, yurdsuzluq, didərginlikbir sözlə, əzab-əziyyət pay verməz. Deməli, hardasa bəndənin özü də onayazılanın, ona verilənin qədrini ya bilmir, ya da ona əhəmiyyət vermir. Beləcə,hər şeyi zamanın axarına buraxır. Düşünür ki, o axında nə olar-olar. Sondada həmin o ağrı-acı misqal-misqaltoplanıb böyük rəqəmlərlə ifadə olunan çəkilər yaradır. Bu yumruq boyda ürək oçəkinin altında sıxılır-sıxılır. Nəfəs almağa, gün işığına çıxmağa çalışır.Amma çəkinin ağırlığı ona imkan vermir.Günahkar da o ürəyi sinəsində daşıyan olur. Bunu hamı bilir. Amma o ürəyinsahibi bəxtindən gileylənir, qədərinə asi olur. Bilmirəm niyə? Bəlkə təsəlliüçün. Bəlkə bunu çıxış yolu sayır. Onu da bilmirəm. Sadəcə, bildiyim və məni həmişəöz əhatə dairəsində saxlayan bir həqiqəti tanıyıram. O da Allahın hər bir bəndəyəolan sevgisi və onun üzərinə qoyduğu missiyadı…

Yəqin ki, mənimyazılarımdan az-çox xəbərdarsınız. Bilirsiniz ki, daha çox nostalji duyğulara,kövrək notlara köklənirəm. Qışqırmadan, bağırmadan, eləcə ağrılarımı, yənisevgimi dilə gətirirəm,özü də pıçıltıyla. Böyük şairimiz Musa Yaqub demişkən, (Musa müəllim bu fikirlərinimənim "Sevgi pıçıltıları» adlı kitabımın ön sözündə yazıb –Ə.M.) mən sevgimi pıçıldayıram, eşidən və eşidənlər üçün. Bu pıçıltının yaratdığı əks-səda yenəsevgiyə çevrilir məndə. Nə qədər etiraz yüklü, alqış bükümlü olsa da, fərq etmir. Çünki eşidilibdi, sən eşitmisən. Bu artıq kifayət edir ki, səni biraz da artıq sevim. Bax, bu qərarla, bu həyat kredosuyla yol gedirəm, olumdanölümə tərəf. Bilirəm ki, getdiyim yol boyu xəyalımda, duyğularımda, ürəyimdə,yanımda, hər yerdə sən varsan. Deməli, mənim bir Allah bəndəsi kimi özümləapardığım sevgidi, mənə sizlərin dərd saydığı sevgidi. Amma bir vaxtlar yazdığım kimi, məndən də qalan sevgi olacaqdı – sənə də, sizlərə də. Çünki bu dünyada hələ heç kim özüyləheç nə, o cümlədən sevgi də aparmayıb. Hər şeyi qoyub gedib, elə sevgini də. Məndə bunu əminliklə məhz həyat təcrübəmə, gördüklərimə söykənib sizə söyləyirəm.Ona görə də çox rica edirəm, bəxtimə, qədərimə gülmə! Yaşadıqlarımı mənimhaqqım kimi qəbul et, halalım hesab elə! Və bu pıçıltıları dinlə!


Gülmə mənim bəxtimə

Yazılan buyazıya…

Ümidim vartaleyin-

Buluduayazıya!..


Enə çiynimdəki yük

Qəddim bir azdüzələ…

Sonra yaxamı verə-

Təmənnasız düz ələ!..


Hələ bunun özü də

Xəyaldan bir ləçəkdir…

Ya olanlarqalacaq-

Ya nəsə gələcəkdir!


Hə, bir xeylivaxtınızı aldım… bir xeyli sizi dağa-daşa saldım… və özüm də bir xeyli kol-kosdoğradım. Nə qədər cəhd etdim ki, sözü birbaşa deyəm, amma o birbaşa olan sözütapa bilmədim. Məcbur olub eləcə,bir nöqtədə sözü duyğularıma pərvanə etdim, daha doğrusu, Sevgimə! Lakinqoymadım qanadları ütülsün. Əvəzinə özüm yandım və o da mənim üçün bir təsəllioldu. Çünki yazı boyu etiraf etdiyim sevgiyə və sevgidən yandım. Bax, qədərdeyilən, yazı deyilən mənim üçün də elə budur!


TƏQVİM / ARXİV