adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Diri qalan xatirələr

MƏMMƏD DƏMİRÇİOĞLU
47978 | 2013-02-09 00:34
(əvvəliötən saylarımızda)

5-ci yazı

Saatınəqrəbləri 12-yə doğru hərəkət edirdi. Bir azdan sonra nələrin baş verəcəyinixəyalımdan keçirib, heç nədən xəbəri olmayan, süfrədə soyumuş xörəkləri tez-tezdəyişən ömür-gün yoldaşım Zenfira xanımın yorğun çöhrəsinə nəzər saldım. Sonrauşaqların yataq otağına keçərək mışıl-mışıl yatan körpələrimin məsum üzlərinəxeyli tamaşa edib geri döndüm. Mənə elə gəlirdi ki, bu axşam nələrin başverəcəyi haqda Müsadir heç nə düşünmür, tez-tez saata baxmaqla ancaq vaxtın tezgəlməsini gözləyirdi. Arifin sakit duruşu onun nə qədər həyəcanlı olmasınıpərdələyə bilmirdi. Zuxriddinin zəhimli görkəmi, endirdiyi ağır zərbəsi onuqamaşdırmışdı deyəsən. O, bu gecə baş verəcəklərdən istəsə belə kənarda qalabilməzdi. Onun sifət cizgilərindən içində baş verənləri aydınca sezmək olurdu.Bizim qərar verdiyimiz məsələ isə o qədərdə asan bir məsələ deyildi. Zuxriddinözünə güvənməsəydi bu ağır oyuna girişməzdi. O çox gözəl bilirdi ki,qafqazlılar, xüsusən də Namanqan bölgəsində ad-san sahibi olan bir neçədəliqanlı Azəri uşaqları belə "zarafatlara" görə adamı bağışlamırlar.Mixail Nikolayeviçin məsləhət və hədələrə bənzəyən öyüd-nəsihətini yəqin ki,öz-özlüyündə götür qoy etmişdi. Bu gecə onunçün də ağır bir sınaq gecəsi idi.Gecə döyüşlərində, xüsusuylə də qanaqan vuruşlarında qol qüvvəsi o qədərdəböyük rol oynamır. Belə zamanlarda cəsarət və şücaət qalib gəlir, canındaazacıq da olsa qorxu hissi olan nər cüssəli pəhlivanlar isə məğlub olurlar.

- Haydı, durun, tam zamanı gəldi, indi mənəZuxriddin lazımdı. Onun evini mənə göstərin, qalanı ilə işiniz yoxdur - deyib,ayağa duran Müsadir Arifi və məni san ki, yuxudan oyatdı.

Mən aniolaraq onun üzünə baxdım. O, adəti üzrə sağ əlinin şəhadət barmağıyla eynəyiniburnunun üstündən bir az yuxarı qaldıraraq dişlərini bir-birinə sıxıbxırçıldatmağa başladı. Dişlərinin xırçıltısı, sifətinin qəddar görkəmi, ucaboyu, enli kürəyi onu ova hazırlaşan aslana bənzədirdi. O, nələrin baş verəcəyihaqda heç nə düşünmürdü. Amma nə edəcəyini çoxdan yəqin etmişdi. Biz bircə şeyibilirdik ki, bu gecə Zuxriddini ağır bir imtahan, qorxunc bir məğlubiyyətgözləyir.

Gecə çox sakit idi. Hərdən xəfifcə əsən mehpayızın xəzəllərini xışıltıyla o yan-bu yana süpürərək, gecənin sükutunupozurdu. Mərkəzi küçələrdən hərdənbir keçən maşınların uğultusunu nəzərəalmasaq, Xakulabad şəhərinin şirin yuxuda olduğunu söyləyə bilərdik.

- Bu da Zuxriddingilin evi, - deyib"Jiquli"ni evdən xeyli aralı saxlayaraq maşından düşdük. Kürsüsüyerdən xeyli hündür, iri, yaraşıqlı evin işıqları yanmırdı. Evin yerləşdiyiküçə iri və geniş olmasına baxmayaraq mərkəzi küçə deyildi. Ona görə də küçətam qaranlıq içində idi. Müsadir hər ikimizi yana itələdi:

- Sizə dedim bu işə qarışmayın. Gedin küçənino başına, elə edin ki, sizi görən olmasın, - deyib qapıya yaxınlaşdı. Bunabaxmayaraq biz ondan aralanmadıq. Bir az aralıdan onun nə edəcəyini gözlədik.Adətən belə məqamlarda adamın əlində hansısa bir döyüş aləti olmalıydı. Yalınəlləriylə o nə etmək qərarındaydı - bunu fəhm edə bilmirdik. O, qapıyayaxınlaşaraq yumruğuyla qapını döyməyə başladı. Bir az ara verib yenə qapınıyumruqlamağa başladı. Qapı arxasından səs gəlmədiyini görüb bərkdən -Zuxriddin- deyərək qışqırmağa başladı. Qapı arxasından yenə də səs-səmirgəlmədi. Qeyzlənmiş Müsadir bu dəfə yerdən iri bir daş götürərək var gücü iləqapını döyəcləməyə başladı. Demək olar ki, qapının danqıltısına bütün Xakulabadşəhəri yuxusundan diksindi. Bir neçə qonşu evlərin işığı yandı və bu araZuxriddin gilin evinin də işığı yandı. İşığı görən Müsadir sevinmiş kimi olub,qapını əlindəki daşla yenə döyəcləyərək - Zuxriddin, - deyərək nərə çəkməyəbaşladı. Hasar və darvaza çox hündür olduğundan içəridə nələr baş verdiyinigörmək mümkün deyildi. Müsadirin bu hayqırtısına cavab olaraq içəridən boğuq,eyni zamanda hürkək bir ana səsi eşidildi:

- Oğlum, sizlər kim bolgən? Neme kereksizlərqə, dorvazani nime sındırıyapsız?

- Zuxridin kerək bizlərqə - deyərək Özbəkcəyaxşı danışan Müsadir sözünə davam etdi: - Biz onun Azərbaycanlı dostlarıyıq.Bu gecə sizə mexman gəlmişik. Zuxriddini çağır bizi qarşılasın.

- Zuxriddin evdə yox. Belə bir zamandamehmanmı olar? - deyərək titrək nəfəsli ana bizə dil-ağız edərək getməyimizixahiş etdi.

- Yaxşı, biz gedirik, ancaq dostumuz Zuxriddinəkəyə de ki, Azəri dostların gəlmişdi. Kişiqonaq çağırıb gizlənməz.

Müsadiryaşlı qarını arxayın salsa da baş işarəsi ilə bildirdi ki, getdi yoxdu. Sonra oyavaş səslə - "dostumuz anasını qabağa verdi. Səs eləməyin mən bu deşikdənizləyəcəm, əgər o evdədirsə bir azdan aydınlaşacaq" - deyib, darvazanınaçar yerindən həyəti pusmağa başladı. Beləcə 10 dəqiqə keçməsinə baxmayaraq birnəticə əldə olunmadı və kor-peşiman evə qayıdası olduq.

Evdəkilər (Arifin həyat yoldaşı da bizdəidi) məsələdən duyuq düşmüş kimi, böyük həyəcan içində bizi gözləyirlərmiş."Nələr baş verir?" - deyə xanımlar bizi sorğu-sual etsələr də,"Narahat olmayın, bir şey yoxdu" -deyərək onları sakitləşdirməyə çalışdıq. Bizimçün hazırlanmış yataqotağını Müsadirə göstərib "Yatmaq zamanıdı" - deyib ayağa durdum. Müsadirdə ayağa qalxaraq:

- Nə yatmaq? Yatmaq nədi. Mən iş görməyəgəlmişəm, qardaş. Haydı, durun, o əclaf yəqin evinə gəlmiş olar. Mən onunlahaqq-hesabı çürütməsəm gözümə yuxu getməz, - deyib qapıdan çölə çıxdı."Nəhlət şeytana" - deyərək onun ardınca Ariflə birlikdə biz də bayıraçıxdıq.

Mən hiss edirdim ki, ikinci həmlə əbəs birişdi. Biz artıq öz sözümüzü demişdik, Bu və ya digər halda Zuxriddinsındırılaraq alçaldılmışdı. Bu kifayət edərdi. Amma belə hallarda Müsadirisakitləşdirmək o qədər də asan bir iş deyildi. Zuxriddingilin qapısını ikincidəfə döyəcləyəndə saat 2 olardı. Müsadir gizlənmiş Zuxriddini qaba söyüşlərləsöyür, qorxaq çaqqal adlandıraraq, meydana çıxmasını istəyirdi. Yenə həmin anaqapı ağzından bizə yalvararaq, Zuxriddinin Leninabada, (Xakulabadda kənd adı)qardaşıgilə getdiyini söyləyərək getməyimizi xahiş edib yalvarırdı. Müsadir:

- Oyə (ana) biz gedirik, amma qorxaq oğlunaçatdır ki, onun satqın adlandırdığı Azərbaycan balaları satqınlığı ona sübutetməyə gəlmişdilər. Bir də başından böyük qələt etsə başını itirəcək - deyərəkmaşına əyləşdi. Bütün bunlar az imiş kimi, maşını Leninabad kəndinə sürməyimizi tələb etdi:

- Sürün Leninabada, mən onun ölümünə fərmanvermişəm, - deyib dişlərini xırçıldadmaqda davam etdi. Onu başa düşmək olardı,içindəki böhranı heç bir üsulla sakitləşdirə bilmirdi. Çox söz-söhbətdən sonranəhayət ki, onu evə dönməyə razı sala bildik.

Etiraf etməliyəm ki, həmin gecə xanımlar çoxböyük üzüntülər keçirdilər, amma nələrin baş verdiyindən çox sonralar xəbər tutdular.

Gecənin ötməsinə baxmayaraq yuxumuz ərşəçəkilmişdi. Müsadir pürrəngi çayı qabağına çəkərək:

- Qardaş o qoşduğun şeirlərdən bir-kisinisöylə, - deyib başqa bir ovqata köklənmək istəyirdi. Doğrudan da tarımaçəkilmiş əsəbləri nizama salmaq üçün bundan gözəl vasitə yox idi. Mənimsöylədiyim bir neçə şeirdən sonra Müsadir də qazamatda yazdığı qoşmalardan birneçəsini oxudu:

Gen gündədostundan sədaqət umub,

Dar gündətək qalan can, ağlama sən.

Dünyanınəzəldən işi belədi,

Arifsən səbunu qan, ağlama sən.

Bir atadanyapış, bir də anadan,

Onlarmüqəddəsdir, bilir yaradan.

Yolundacanını versən də qurban

Gecə,axşam, səhər dan, ağlama sən.

Qardaş birarxadı, qardaşa qurban,

Qohumsuz,arxasız qalarsan yeksan.

Düşmanınhər sözü olsa da dərman,

Uyma, onuzəhər san, ağlama sən.

Hər şirinsözlünün uyma felinə,

Sənə dostdeyənin yoxla, -meyli nə?

Keçirimtahandan, dəysə qəlbinə,

Alış Kərəmkimi, yan, ağlama sən.

Müsadir,axtarma düzgünlük deyə,

Çoxununfəryadı qalxıbdı göyə.

Düşman gözyaşını görməsin deyə,

Sil, gözyaşlarını dan, ağlama sən.

BƏNÖVŞƏ

Bahar həyateşqi, sevinc gətirir,

Niyəbənövşənin boynu bükükdü?

Bütün könülmülkü abad olsa da,

Mənim könülmülküm yenə sökükdü.

Yox-yox,bənövşəyə bənzəmərəm mən,

Yazıq çoxzərifdi, yükü böyükdü.

Özgəkölgəsində boy atır müdam,

Odur ki,həyatda boynu bükükdür.

Mən insanoğluyam, amalım uca,

Eşqim,duyğularım nəhayətsizdir.

Özgəkölgəsində daldalanmaram,

Öz kölgəmözümə daha əzizdir.

Müsadir,gen günün, gözəl dövranın

Sonunuhəmişə möhnətli gördüm.

Özgəkölgəsində daldalananın

Axırdabaşını töhmətli gördüm.

OLA

Yarəbb,məni imtahana çəkirsən,

Demirəmbolluca dövlətim ola.

Arif olam,könüllərdə yaşayam,

Dildən-dilədüşən söhbətim ola.

Müxənnətinşər qapısın bağlayam,

Yaltaqlarıdillərindən dağlayam.

Dostdeyənin mətləbini anlayam,

Qəlblərioxuyan hikmətim ola.

Mərdəyoldaş ola insanın mərdi,

Nadanaçəkilən zəhmət hədərdi.

Namərdəverilə dünyanın dərdi,

Az olsaartıran qüdrətim ola.

Cənnətədönsə də Vətən torpağı,

XoşduMüsadirə doğma ocağı.

Əcəl tutayar qoynunda qucağı,

Nər ikidünyada cənnətim ola...

Dan yerisökülməyə başlayırdı. Poeziyanın dili necə şirin imiş, ilahi. Qan-qada-qoxusukönlümüzdən silinmiş, ruhumuz ilahinəğmələrin qanadlarında qönçəsindən yenicə çırtlamış səhərin al-qumaş rənginəboyanmışdı.Qan-qadadan sovuşmuş gecə olayları qarabasmalarla dolu yuxuyadönmüş, səhəri diri gözlə açan gözlərimiz üfüqün qızarmış dan yerinixatırladırdı. Qaranlığın alatoranı işıqlanaraq sübhün xəfif mehiylə üzümüzəgülərək - "Sabahınız xeyir" - söyləyirdi.

(Ardı gələnşənbə sayımızda)

MəmmədDəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV